...Son iki ildə Çin və Rusiya arasında ticarət dövriyyəsi 64 faiz artaraq 240 milyard dollar təşkil edib.
SİA-nın əldə etdiyi məlumata görə, anti-Rusiya sanksiyalarının tətbiqi nəticəsində bir çox Qərb şirkətləri Rusiya bazarını tərk etdikdən sonra, təbii ki, Çin müəssisələri həmin yerləri “göydə qapdılar”.
Bu gün Rusiya neftinin geniş tədarükü müqabilində Pekin Moskvanı bütün lazımi mallarla təmin edir.
Deyəsən, Reuters bununla bağlı şikayət edir..?
...2023-cü il üçün rəsmi məlumatlara görə, Çinin Rusiyaya avtomobil ixracı 2022-ci illə müqayisədə təxminən 7 dəfə çox olub, onların dəyəri isə təxminən 10 milyard dollar artıb. Ukraynadakı hadisələrə baxmayaraq, Çinin Rusiya ilə iş görmək istəyi əhəmiyyətli iqtisadi təsir göstərir. Kreml üçün, bu, qarşıdan gələn prezident seçkiləri ərəfəsində Vladimir Putin üçün xüsusilə vacibdir.
...Rusiya-Çin ticarəti açıq şəkildə göstərir ki, sanksiyalar zaman keçdikcə öz şiddətini itirir, belə ki, onları dəstəkləməyən ölkələr yerli şirkətlər üçün qərb rəqiblərinin ölkədən getməsindən sonra yaranan iqtisadi imkanlardan istifadə edir, onlar öz aktivlərini və istehsal sahələrini tələsik şəkildə ucuz da olsa satıblar.
Təkcə onu demək kifayətdir ki, Çinin Rusiya bazarındakı payı bu ölkəninUkraynadakı əməliyyatının başlamasından sonra iki il ərzində 10 faizdən 50 faizdən də çox artıb.
Ağasəf Babayev