RU

"Qadınların hüquqlarının qorunması və erkən nikahlarla bağlı maarifləndirmə 2025-ci il prioritetlərimizdəndir" - QHT sədri

"İnkişaf Təşəbbüsləri" İctimai Birliyinin sədri Ziba Quliyeva QHT.az-a özəl açıqlamasında təşkilatın 2025-ci il üçün əsas prioritetləri haqqında danışıb.

O bildirib ki, növbəti il ərzində təşkilat qadınların hüquqlarının qorunması, məişət zorakılığı, gender əsaslı zorakılıq və erkən nikahlarla bağlı maarifləndirmə işlərinə xüsusi diqqət yetirəcək:
"Cəmiyyətin bu mühüm məsələlərdə daha məlumatlı olması və qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində fəaliyyətlərimizi genişləndirəcəyik. Məqsədimiz, qadınların sosial və hüquqi müdafiəsini təmin etməklə yanaşı, erkən nikah və məişət zorakılığı kimi problemlərin aradan qaldırılmasına töhfə verməkdir."

Ziba Quliyeva təşkilatın maarifləndirmə kampaniyaları, təlimlər və ictimai tədbirlər vasitəsilə qadınların və gənclərin hüquqi və sosial biliklərini artırmağa davam edəcəyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Избранный
75
15
qht.az

7Источники