RU

Türkiyə və İordaniya Suriyanın yeni hakimiyyət orqanlarına sabitliyin təmin edilməsində dəstək verəcək

Türkiyə və İordaniya Suriyanın yeni hakimiyyət orqanlarına inklüziv hökumətin yaradılması və sabitliyin təmin edilməsində dəstək verməyə razılaşıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı həmkarı Ayman Hüseyn Abdullah əs-Səfədi ilə danışıqlardan sonra deyib.

"Biz Suriyada sabitliyin təmin edilməsinin vacibliyini vurğuladıq və razılaşdıq ki, beynəlxalq və regional səviyyədə, o cümlədən inklüziv hökumətin yaradılması məsələsində yeni hakimiyyətləri dəstəkləməliyik. Həmçinin, onlara hansı addımların atılması lazım olduğuna dair fikirlərimizi çatdırmalıyıq. Sabitliyi mümkün qədər tez təmin etmək, əsas xidmətlərin təmin edilməsi üçün Suriya xalqı və Suriya hökuməti ilə tam həmrəy olmağa razılaşdıq. Bundan əlavə, Suriyanın yenidən qurulmasında əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq" , - deyə Hakan Fidan qeyd edib. 

Избранный
40
operativmedia.az

1Источники