RU

“Mavi Vətən-2025” təlimləri bu gün başlayır

Qara dəniz, Egey və Şərqi Aralıq dənizində keçiriləcək Mavi Vətən Təlimi bu gün başlayır. 10 gün davam edəcək təlimdə 90 gəmi və 50 təyyarə iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Kocaelinin Gölcük rayonundakı Dəniz Hərbi Mərkəzi Komandanlığında keçirilən mətbuat konfransında Hərbi Dəniz Qüvvələrinin rəisi kontr-admiral Kənan Kaan Türkkan bildirib ki, “Mavi Vətən-2025” təlimi Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən həyata keçirilən aktual bir təlimdir.

Bildirilib ki, təlimin məqsədi Hərbi Dəniz Qüvvələrinin tabeli komandanlıqlarının operativ komandanlıq və idarəetmə səmərəliliyinin qiymətləndirilməsi, təlimdə iştirak edən elementlərin əməliyyata hazırlıq səviyyələrinin artırılması, qərargahın şəxsi heyətinin mühakimə, uzaqgörənlik və qərar qəbul etmə bacarıqlarının inkişaf etdirilməsidir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
76
ikisahil.az

1Источники