Demokrat.az "Report"-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər birinə hüquqları izah edilib.
Martin Rayan müdafiəçi və tərcüməçi ilə təmin edilib.
Açıq məhkəmə prosesində yerli va xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.
Məhkəmə istintaqı açıq elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına görə, Martin Rayanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən Martin Rayan eyni zamanda bəzi xarici dövlətlərin Azərbaycandakı səfirliklərində işləmiş şəxslərlə məqsədyönlü şəxsi münasibət qurub məlumatlar alaraq xarici xüsusi xidmət orqanına ötürməkdə şübhəli bilinir.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən Martin Rayan Azad Məmmədlini Səbail rayonunda kirayə yaşadığı evdə və həmin ərazidə yerləşən restoranların birində Fransanın xüsusi xidmət orqanları əməkdaşları ilə görüşdürüb.
Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub.
Təqsirləndirilən şəxslər - Martin Rayan və Azad Məmmədliyə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onları 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Açıq məhkəmə prosesində təqsirləndirilən Martin Rayan cinayət işi üzrə özünü qismən təqsirli bildiyini deyib və bunu sübuta yetirəcək dəlillərinin mövcudluğunu qeyd edib.
Növbəti məhkəmə prosesi fevralın 19-na təyin edilib. Növbəti prosesdə təqsirləndirilən şəxslər ifadə verəcək.
Qeyd edək ki, Martin Rayan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Rayana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
10Источники
-
tehsil.bizNaxçıvanda məktəblilər arasında II Kimya-Biologiya olimpiadası keçiriləcək ( 15220385)
-
yenicag.azCasusluqda ittiham olunan Sarkis Qalstyandan XƏBƏR VAR – MTX-nin “podva”lında SAXLANILIR ( 15160693)
-
xalqqazeti.azQürbətdə Vətən sevgisi ( 15159635)
-
yenisoz.azMəktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri... ( 15159171)
-
konkret.azNəzrin Mansurlu işində yeni adlar – Növbədə olan həkimlər kim olub? ( 15148309)
-
Ajans.azMəktəblərimizdən FRANSAYA axan milyonlar: “KENQURU” Olimpiadasının şok sirləri ( 15139595)
-
xezernews.azSüni şəkildə artırılmış məbləğ, MƏNİMSƏNİLMİŞ MİLYONLAR ( 15138629)
-
referans.azSüni şəkildə artırılmış məbləğ, MƏNİMSƏNİLMİŞ MİLYONLAR: Metroda gedişhaqqı ucuzlaşacaq? ( 15136565)
-
demokrat.azRüşvət almaqda ittiham olunan keçmiş vəzifəli şəxs Ali Məhkəməyə müraciət etdi ( 15120329)
-
viral.azLaoslu tələbələr Azərbaycanı özlərinə ikinci Vətən hesab edirlər ( 15078591)