RU

Gürcüstandan Fransaya çağırış: "Çıxış yolunuz yeni seçkilər keçirməkdir"

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili siyasi böhrandan çıxış yolu kimi Fransa hakimiyyətini yeni seçkilər keçirməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün X səhifəsində yazıb.

“Mənim Fransanın daxili işlərinə qarışmaq fikrim yoxdur, amma nəzərə alsaq ki, fransızların 61%-i prezident Emmanuel Makronun istefasını dəstəkləyir və 50%-i Milli Assambleyanın buraxılmasını istəyir. Bu baxımdan siyasi böhranı həll etmək üçün yeni seçkilər yaxşı həll yolu ola bilər", deyə qeyd edib.

Xatırladaq ki, Makron bazar ertəsi Rusiyanın qonşularına qarşı “daha ​​aqressiv” olduğunu deyib və buna misal olaraq 26 oktyabr 2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkilərini göstərib.

Fransa liderinin sözlərinə görə, Rusiya Gürcüstanda seçki prosesini pozmağa çalışıb.

Bizim.Media

Избранный
3
1
bizim.media

2Источники