RU

Təyyarə qəzasına görə nəqliyyat naziri istefa verəcək

Cənubi Koreyanın nəqliyyat naziri ölümlə nəticələnən təyyarə qəzasına görə istefa vermək niyyətində olduğunu bildirib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

"Mən bu fəlakət üçün ağır məsuliyyət hiss edirəm", - Park Sanq Vu mətbuat brifinqində bildirib.

Qeyd edək ki, dekabrın 29-da Tailanddan Cənubi Koreyaya uçan “Jeju Air” təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 181 nəfərdən 179-u həlak olub.

Избранный
24
6
avtosfer.az

7Источники