Əsas məqsədləri idmanda dürüstlüyün təşviqi və cinayətlə mübarizə aparılması olan ULIS idman assosiasiyası hesabat təqdim edib.
Arena.az məlumat verir ki, qurumun son hesabatı 2024-cü ilin dekabr ayını əhatə edir.
Qurum 2024-cü ilin dekabr ayında bütün idman növləri üzrə 89 mümkün danışılmış oyunun keçirildiyini, bunlardan 85-nin futbolda olduğunu bildirilib.
Assosiasiyanın məlumatına görə, mümkün danışılmış oyunların yarıdan çoxu (55 oyun) Asiyada oynanılıb. İkinci yerdə 20 danışılmış oyunun keçirildiyi Avropa yer alıb. İdman adına xələl gətirməkdə Afrika 7 mümkün danışılmış oyunla ilk üçlüyü qapayır. Cənubi Amerikada 5, Şimali Amerikada isə 2 mümkün danışılmış oyunun keçirildiyi bildirilir.
Maraqlıdır ki, digər idman növləri üzrə danışılmış oyunlar misqal təşkil edir – cəmi 4 mümkün danışılmış oyun baş tutub.