RU

Tanınmış plastik cərrah olan arvadını öldürən şəxsə ağır cəza verildi

Plastik cərrah Türkan Gündüzü öldürməkdə ittiham olunan əri Muhammet Gündüzün məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Türkiyə vətəndaşı Muhammet Gündüz xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2023-ilin mayında baş verib. M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib.

Избранный
11
11
buta.media

10Источники