RU

Fəxrəddin Teyyubun şeirləri

Sevinsin...

Gəl , bir an baxışları
görüşdürək, - sevinsin!
Həsrətdən qovrulana -
görüş verək, - sevinsin!..

Yaraq həsrət sipərin,
Aşaq qəmin çəpərin...
Ürəklərin təpərin -
Bölüşdürək,- sevinsin!

Sıxaq ruhun şirəsin
Fırladaq yer kürəsin!..
Ömrümüzün tirəsin -
Görüş!- edək, sevinsin...

 

Diz çökdüyüm İŞIQ

Çəkildiyim qaranlıq
Sükutuma bələkdi.
Gecə , sanki üzümə -
Mən tutduğum ələkdi!

Ulduzlardan yayınıb,
Daldalandım Aydan da!..
Həsrətə borcum qaldı -
Başa çatan aydan da!..

Günahımı qaşığa
Qoyub baxdım , sıxıldım...
Sevgimdəki işığa -
Dizi üstə yıxıldım!..

 

Telefonuma zəng edin -
Dodağı qaçsın hərdən...
Bir "Alo"-da söyləyin -
Dilini açsın hərdən...
Qovub sükut dumanın
Dünənin xatırlasın...
Çin etməkçün gumanın -
Dinənin xatırlasın!..
Çırpıb yaddaş tozunu
Vərəqləsin varlığın...
Qorxutmasın gözünü -
Bu dünyanın karlığı.
... Telfonuma zəng çalın
O düşməsin gözümdən.
Sevinc olur, inanın -
Zəng özümə, özümdən!

 

Gecəmə yuxu bükəcəm,
Kiprik hörgüsün sökəcəm...
Nə varsa açıb tökəcəm -
Boşaldacam sandığı da...

Yaş yuyur didəmin közün
Sıxıram dizimin gözün!..
Bilirəm, qürbətdə özün -
O, necə tək sandığın da!..

Yoxsa özgə bir gedəcək,
Duam kimə de, yetəcək?!
Saralanda hiss edəcək -
Mənsiz necə yandığın da?!.

 

Etiraf...

Mənim yuxularım şimşək kimidi,
Gözümü yuman tək ərşə çəkilir...
Bu da talehimin sarı simidi -
Mənim yaddaşımda yuxu əkilir!..

Bir şimşək çaxımı anın içində
Gördüyüm çöhrəndi, duyduğum səsin...
Elə ona görə, bunun üçün də -
Yozmuram yuxusun daha heç kəsin!..

Ələnib gözümün dibinə çökür -
Təkliyin ömrümdən kəsdiyi hər an...
Hərə bildiyi tək talayır, sökür -
Soruşan olmur ki, ağrıyır haran?!

...Mənim yuxularım xəyallarımdı -
Onu yozdururam - danışıb, sənə!
Etiraf: - nə qədər xəyal varımdı -
Olub bal arısı - darışıb sənə!..


Yaz səhərinin ŞEİRİ

Quşlar elə həvəslə
Veriblər ki, səs-səsə...
Bu şükranlıq bəs edər -
Yerdə, göydə hər kəsə!

 

Çətin ki...

Yenə qanadlanıb xəyal qatarım,
Amma yer axtarmır lələk salmağa...
Bükübdü boynunu ümid madarım -
Yoxdu bir kimsəsi dəstək almağa...

Çəhlimin ölçərək yeniş - yoxuşun,
Tapmağa can atdım yolun hamarın...
Hopdurdum ömrümə istək qoxusun -
Oxşamaq eşqiylə vaxtın damarın!..

Müddəti ötübdü bildiklərimin,
Sınıbdı ən möhkəm dayaqları da..
Bax, dünən üstünə güldüklərimin -
Oynayır əli həm, ayaqları da!

... Dəldi yaddaşımı çax-çaxın səsi...
Bir an göyə baxdım, bir an da yerə...
Soyuq suya düşən xəyal həvəsi -
Mənim, çətin bir də tumurcuq verə!..

 

Yaman...

Uzaqdan bir tək işıq
gözümü çəkir yaman...
İşıq gözüm qarışıq -
özümü çəkir yaman...

Axır, həm əzəl kimi
O,şeir - qəzəl kimi -
Hər yerdə məsəl kimi -
sözümü çəkir yaman!..

Meydan gendi xiffətə
Baxıb, susub , hər dəfə...
Səbirsiz Əbülfətə -
Dözümü , çəkir yaman!..

 

Söhbətlərdə

Yormuşam mən özümlə -
özümü, söhbətlərdə...
Tüstülənən kösövlə -
közümü , söhbətlərdə...

Daşla- qumla danışdım,
otla, şumla danışdım...
Hətta, tumla danışdım -
dözümlə, söhbətlərdə!..

Əsəb telim daramla
tək qalanda yaramla...
Naxış vurdum , aramla -
söz-ilmə söhbətlərdə!..

Qəm üzünə ağ oldum,
xəzəl yağan bağ oldum!..
Bir ümidə tağ oldum -
Gözümlə söhbətlərdə!..

 


Dünyada olubmu, ya olacaqmı?!,
Məni sevənlərin adın bilmədim,
Yaxının, uzağın, yadın bilmədim...
Mən sənə bərabər Qadın, bilmədim -
Dünyada olubmu, ya olacaqmı?!,

Ömrün xırmanında vəl işləmədi,
Qırıldı qol, qanad - əl , işləmədi!..
Mənim yaşamağım bir gəlişmədi -
Dünyada olubmu, ya olacaqmı?!.

Səhərə çatınca gecəni qovdum,
Yanımdan, yolumdan keçəni qovdum...
Bilmirəm mən nəyi, neçəni qovdum -
Dünyada olubmu, ya olacaqmı?!.

Qədir axşamında, niyyət anında
Allaha və Sənə biət anında...
Bax gör, bu Əbülfət Sənin yanında -
Dünyanda olubmu, ya olacaqmı?!.

 

HEÇ...

Mənim ürəyimin bülbül həvəsi,
Ötəri olmayan bir gül həvəsi...
Həzin pışıltılı sünbül həvəsi -
Sənin telinə də toxunmadı heç!..

Könlüm bu sevgiyə isti yuvadı,
Hər gün uzaq tutdun, hər gün bu adı!
Mənim yazdıqlarım Sənə duadı -
Dilinlə bir misram oxunmadı heç!..

Qalıbdı dünənim yadda dadıyla,
Bir az doğmasıyla, bir az yadıyla...
Həsrəti nişangah etmək adıyla -
Nə güllə, nə də ki, ox ummadı heç!

 

Bir gerçək var...

Mən susmağın ağırlığı altında
Ürəyimdə herik şumu edirəm...
Fikirlərin ətəyindən yapışıb -
Tələsmədən , vər boyunca gedirəm...

Bəbəyimdə çalxanan buludun
Kipriklərim kəsdi yolun . umudun!
Xatirələr - olan, qalan sübutum -
Gücüm yoxdu, ünvanına yetirəm!..

Xəfif mehlə yanaqlarım ilinir
Açıq, aşkar içim ölüb, dirilir!
Bir gerçək var - deməsəm də bilinir -
Ümid bitmir, mən özümsə bitirəm!

 

Yenə...

Yenə düyünlənibdi
bir hıçqırtı sinəmdə...
Hıçqırtı ilə birgə -
sızıldayır sinəm də!..

Yenə vərəqləyirəm
ürəklə göz arasın...
Təklik həm ürək üzür,
həm yeyir göz qarasın...

Yenə fikir çözürəm
yerdən göyə və... tərsin...
Öyrənməkçün dözürəm -
ahlarımın SON dərsin!..

 

Acısını

Yazıb , ürək ağrıtdım-
sözümün acısını...
Suya baxıb axıtdım -
gözümün acısını...

Ruhuma dad sızdırdım,
ovudub, yatızdırdım...
Həsrətə dadızdırdım -
dözümün acısını!..

Əlini istilətdim
hənrimlə üstün örtdüm...
İçimdə tüstülətdim -
közümün acısını!..

Əbülfət, gecdi, lap gec
Gizlədə bilmədin heç -
Allahdan, susub da keç -
özümün acısını!..

 


Sıramız seyrəlir...

Çevrəmə baxıram - gözüm nəmlənir,
Titrəyir dodağım, sözüm nəmlənir...
Üşüyür ocağım, közüm nəmlənir -
Sırası seyrəlir dostların yaman...

Uzanır içimdə , ahın yolları,
Bu ömrün ən uzaq, yaxın yolları...
Ot basır sakitcə, baxın , yolları -
Sırası seyrəlir dostların yaman...

Güc gəlir, ilahi, sellənən təklik
Havalı, havalı yellənən təklik!..
Budayır bu ömrü , el, gələn təklik -
Sırası seyrəlir dostların yaman...

Telfonda onlarla nömrə " lal" olur,
Susqunluq qəlbimdə qara xal olur!..
Fələk , elə bil ki, Rüstəm Zal olur -
Sırası seyrəlir dostların yaman...

Bilirəm, qədərdi, qaçılmaz yoldu,
Bağlansa , bir daha açılmaz yoldu!..
Amma, xəzan mənə acımaz oldu -
Sıramız seyrəlir, dostlarım, yaman...

 

 

Yenə küsüb, dindirmir
Gözün çəkib gözümdən...
Səsiylə isindirmir -
Kül ələyir közümdən!..

Yarpaq-yarpaq qopuram,
Damla - damla hopuram...
Yoğurmadan yapıram -
Ruha kündə sözümdən!..

Qəlbinə qəlbi dinlət,
Qoymadan mənə minnət!
Qoy!- söyləyir Əbülfət -
Baş daşımı, özümdən!

 


Atdım...

Bağlanıb bütün bənd - bərə,
Duyğular batıb qan - tərə...
Bu ömrü ovcumda zərə -
Bənzədib, oyuna atdım...

Hönkürən buludun səsin,
Siz üzü dərəyə kəsin...
Könlümün sevgi həvəsin -
Nəmərtək toyuna atdım...

Axan ulduzun ahını,
Saydım ruhumun yaxını!
Mən illərimin şaxını -
Adına, soyuna atdım...

 


Görmədiyim yuxuları,
Hər sübh deyirəm suya mən....
Beləcə pak duyğuları -
Qoruyuram tam, guya mən!..

Açıram iftar adınla,
Addan duyduğum dadınla!..
Allah, bu mələk qadınla -
Çıxıram yaza, yaya mən!..

Könlümü fərəh ovudur
Bu mələk - könnül ovudur!..
Şerim könül söz-sovudu -
Qaldım ümid bu paya mən!

Ruhumun daşıb həsrəti
Üstümə aşıb, həsrəti...
Arada çaşıb , həsrəti -
Bənzətdim tənha Quya mən...

 

 

Düşün məni...

Dərdimin adı bəllidi,
Həm ayaqlı. həm əllidi...
Düşünmək də təsəllidi -
düşün məni!..

Çətin olsa Pir adına,
Yerdə, göydə Bir adına...
Lap istəsən sirr- adına -
düşün məni...

Axan ulduz, üzən saman
Doğan Günəş, ötən zaman...
Dodağında "aman, aman!" -
düşün. məni...

Kipriyə şeh düzüləndə,
Yanaq boyu süzüləndə...
Düşünməkdən üzüləndə -
DÜŞÜN MƏNİ!..

 

 

Ömür kitabım...

Çətinləşib qapı açmaq, yol keçmək
Nə ayağım, nə də əlim həmindi...
Sağı gördüm, bacarmadım sol keçmək -
Sol sənindi - həm o zaman, həm indi!..

Sıralanıb kipriklərdə tumurcuq
Göz qırpmagın qorxusunu yaşıyır...
Son ümidim boynundakı göy muncuq -
Baxışımı özü ilə daşıyır...

Ağrı sorur dizlərimin gücünü.
Qaysaqlayır ruhumdakı dilək də...
Həsrət sanki. dərənin bir gicini -
Boğur hər an , göz-görəti bələkdə!..

...Çətinləşən durumum da, günüm də
Son ahıyla sənə tərəf əyilir...
Bir kitab var-"Ömür" adlı önümdə -
Orda yalnız Sənin adın deyilir!..

 

Sükutun süqutu...

Bir günün və bu anın
hakimi oldu sükut...
Bu biçimdə , inanın -
sükut elədi süqut!..

Nə gözlərim sevindi,
nə də dodağım qaçdı...
Ruh sükuta çevrildi,
dözmədi, ürək sancdı!..

İlməsi qaçan xəyal,
axıtdı bənd, bərəni...
Boynu bükülü qoydu -
şehdən ümid dərəni!..

...Bu günün və bu anın
sükut oldu cikgəsi!..
Sınanan, həm sınanın -
çilikləndi hikgəsi...

Yenə sancaqlamışam

gözlərimi buluda...
Xəyal həddin aşmışam -
bu sonuncu umudla...
Bəlkə yağdı o bulud
çətir oldum bir anlıq...
Dil tökdüm o buluda -
Hər an mən bir Quranlıq!..
Heydən düşən ruhumla,
"bəlkə" yazıb ... baxıram...
Dünən gördüm yuxumda -
ulduz kimi axıram..


Gecə əridikcə dan yaxınlaşır,
Qısalır məsafə, qısalır zaman...
Elə tələsirsən, sən, yağın daşır ?! -
Ay ürək, səbirsiz olmusan yaman!..
Bax, gözün kökü də, səssiz göynəyir
Elə bil, yır-yığış eləyir gecə...

Açıq hiss olunur, aşkar kövrəlir -
Ayaq səslərinçün darıxan küçə...
İşığa boylanır sısqa bir ümid
Sonuncu cəhd ilə sıxıb dişini.
Üzümə səhər aç, ümidi kirit -
Yuyum gül şehiylə gözün şişini!..
 

Utancaq ŞEİR

İlaxır çərşənbə qapımı kəsdi
İçimdən boğanaq gilavar əsdi...
Bayram ovqatına cəhdim əbəsdi -
Gizlincə mən onu ürəyə taxdım...

Səsin xatırlayıb, fındığın, qozun
Çırpdım yaddaşımdan zamanın tozun!..
İstəyir yüz yerə, min yerə yozun -
Heç nəyə yaramır cibi boş vaxtım!

Sirdi mənim üçün yaşamın kodu,
Qarsıyır üzümü bazarın odu!
Tərslikdən çatışmır suyun da yodu -
Güzgüdə bir daha özümə baxdım!..

Düşünmək bu qədər de, ta bəsdimi?
Öldürür içimdə gün təbəssümü!..
Biraz ucuzvari Çin təbəssümü -
Onu da tapmadım - gülmədi baxdım!

 

Həyatımın şəkili

Mənə kədər öyrədir
dözümün dərslərini...
Məni sükut göynədir
çəkdikcə dərd-sərini!..
Ağlımın yalın əli,
dizimi qançır edir...
Ağrım olub məzəli -
gəlir, gah qaçıb gedir...
Çapar olan xəyalım
yorulub heydən düşür...
Üzgünəm ki, bu halım -
anidən göydən düşür...
Bildiklərim ilğımdı,
bilmədiklərim həyat...
Deyəsən axırımdı -
son dəfə məni oyat!..

 


***

( Atamın ruhuna)

Səni yuxuda gördüm...
Yenə həmən sitildə...
Can köynəyin də həmən -
Uzandığın mitil də!
Çöhrən solğun - ağarmış
Kipriklərin titrəyir...
Sinən bir az qabarmış -
Barmaqların büdrəyir...
Dodağını dilinlə
İsladırsan bir təhər...
Gözlərinin dibində -
Qürub edir bir səhər...
Baxışların "Əlvida" ...
Notlarında köklənib...
Sən ruha çevriləndən -
Nimdaş ömrüm təklənib!..
... Səni yuxuda gördüm
Yenə alnında tər var...
Sənli günlərə döndüm -
Ürəyimdə tər qabar...
Tənhalıq mənzərəsi
Dilim dualıdı, ruhum da kövrək
Bütün anlarım da sözdə qovrulur...
Elə istəyirəm möcüzə görək -
Amma... istəklərin külü sovrulur...
Əlimə dolaşıb "ah"-ın ətəyi
Baxıram tay ona ümid yeri tək!..
Ürəyim "ah"-ların arı pətəyi -

İstəsən onunla birgə selfi çək!
Hər gün"buxarlanır" canımdakı güc,
Sıxılan dişlərim bir-birin didir...
Diqqətdən uzaqdı dayandığım künc -
Ora nə gün düşür, nə kölgə bitir!..
Kövrək ruhum ilə, dualı dilim
Hər yerdə sevgimə dilmanclıq edir...
Hərdən nəsə olur, nədən, nə bilim -
Görürəm ağzımda dil aclıq edir!..

 


Allah, sənə açdığım əl,
Ruhdan qopan saf diləkdi...
Onu söz-söz yaddaşıma -
Ürək əkdi, həm dil əkdi!
İçdə yuyub istəyimi,
seçdim mən lap üst deyimi!
Bildim O-dur dəstəyimi -
verən, gətirən mələkdi!
Yaşadığım anda anı,
Özün seçib, özün tanı!
Qəlbi, hətta bütün canı -
Bükdüyün sevgi bələkdi!
Ərk edib, əl açıb dinən
Mən, sevgi adlı bir dinəm!..
Nurunla dolubdu sinəm -
Misralarım da çələngdi!..

 


Anmaq istəyəndə...

Sanki qor səpilib, tikan döşənib
Səsimi boğaraq durduğum yerə...
Elə istəyirəm bu anımda O -
Səhəri açmağa ipucu verə!..
Canım lalıxlayıb, - ağrı kirkirə
içimlə bərabər çölüm üyünür...
Xəyal yönəltdikcə məni zikirə -
Nəfəsim üşüyür, gözüm böyüyür...
Sükutun dərirəm soyuq otağın
Mənə xatırladır solan yarpağı...
Anmaq istəyəndə qədər ortağın -
Ovucla , bir xışma qara torpağı....

***

Sərmişəm ruhumu Ay işığına,
Susaraq baxıram - mən növbədəyəm!..
Qarışır Allahdan pay işığıma -
Köksümə sıxıram - mən tövbədəyəm!..
Sirr deyil heç kəsə imanım , dinim
Gözümsə yol çəkir -Qibləm sən tərəf!..
Bir"Allah!" söyləyir, bir də "Yar!" dilim -
Budur mənim üçün ən böyük ŞƏRƏF!..
İlıq məqamı da, küsgün anı da
Qaçılmaz sayıram, qədər bilirəm...
Tay dilə tutmuram yanan canı da -
Öpdüyüm şəkilin gözün silirəm!..

 

Ürək sevindir

("Bir Qadına..." dualarımdan)

Olduğuntək otur, düşün , fənd elə
Gecələri gündüzlərə bənd elə...
Sən dilini biraz şəkər, qənd elə -
Ürək sevindir!..
Buludları silkələyib selləndir,
Yarpaqları budaq- budaq yelləndir!..
Nə gəlirsə oymaqnandı, elləndi -
Ürək sevindir!..
Canın odun, gözün nurun baltala
Qoru düşsün qəm geyinən paltara!..
Zaman-zaman , sayılıbdı xal qara -
Ürək sevindir!..
Ovud dua, ya namazla ruhunu,
Şehə çevir, səp kipriyə yuxunu!..
Verib eşqin qədimini, nuhunu -
Ürək SEVİNDİR!

 

***

Quraqlıqdı, çiçəkləmir söz bağım
Ümid qalıb o, bir topa buluda...
Tanrı ilə aramdakı söz bağım -...
Çox kövrəkdi - dönüb ən son umuda!..
Qələm olub gözə batan bir tikan,
Vərəqlər də müştərisiz bir tükan !..
Ələ yatmır bu halımda o sükan -
Çırpınıram gah suda, gah quruda!..
Ağıl hissə qulaq asmır, dil vermir
Pəstə tutur, ayaq vermir, zil vermir!..
Tor atıram, Allah görür, bil , vermir -
Axtarsam da , həm lildə, həm duruda!..
Öz adımın kölgəsində öz halım
Qalan ömrü için-için sozalım...
İşdi , birdən nə zamansa o, zalım -
Gələ burda kipriyini quruda!

 

Bacarmadın...

Ömrün boşdu və heçdi
bir məqam idi - keçdi !..
bundan sonra ta gecdi -
bacarmadın sevməyi,
bacarmadın, Əbülfət!..
Dünya fikir meydanı,
xoşdu sənə mey tamı!..
lap olsan da heyranı -
bacarmadın sevməyi,
bacarmadın, Əbülfət!..
Ağlın ,gözün kor oldu
od-alovun qor oldu...
ürəyin də yoruldu-
bacarmadın sevməyi,
bacarmadın, Əbülfət!
Yolun kəsdin kimin sən,
indi kimsən, kiminsən?!
qırdın ümid simin sən -
bacarmadın sevməyi,
bacarmadın, Əbülfət!..
Bu gün qınaq özünsən,
sənə qıraq -özünsən!..
sönən çıraq özünsən -
bacarmadın sevməyi,
bacarmadın, Əbülfət!.

 

 


Yuxum...

Hər gecə qaçıb gedir
axtarıram hər səhər...
Gözümü girov edir,
Qan çanağı bu qəhər -
Yuxum!..
Otağımı sükuta,
Yatağımısa qora...
Sərgi edib, izinsiz
Ruhumu saldl tora -
Yuxum!
Arzumu, xəyalımı
Sevindirmədi heç vaxt...
Dəyişmədi halını
Oldu devrilmiş bir taxt -
Yuxum!..
Yozumuna mövzu yox,
Axtarmağa da həvəs...
İndi mənə daha çox
Xatırladır son nəfəs -
Yuxum!..

 

Özümlə danışıram

Mən divarla danışıb,
daşla pıçıldaşıram...
Kipriklərim qarışıb -
yaşla pıçıldaşıram...
Çaşdırıram fikrimi,
ilmə qaçır, sap itir...
Daşdırıram zikrimi -
söhbət bitir, gap bitir!..
Danışıram tavanla,
döşəmə qıcıqlanır...
Aramız bu zamanla -
yenə də açıq qalır!..
...Axtardım söhbət üçün -
gördüm ki, mən səndədi!...
Ruhumu açıq-aşkar -
Bir Qadın mənimsədi!

 

Et...

Bir qəmin ağlayan vaxtı,
bir sevinc güldü - şükür et...
Ay doğdu, bir ulduz axdı -
düşün. barış və zikir et!..
Nəfəs tıncıxıb daraldı,
gözün altı da qaraldı...
Əlindən məni də aldı -
nə verdi? - onu fikir et...
Əbülfət , gözünün nəmin
sən sil, nişanəsin qəmin!..
Axtar tap, sevilmək çəmin -
Hamısın cəmlə - bikir et!..

 

Qoşma...

Dörd divar arası çırpındığım yer,
Ömür ütülənir, an ütülənir...
Bir azca əl saxla, biraz ara ver -
Ağrı dəzgahında can ütülənir!..
Sızır bəbəyimdən üzü aşağı,
Cızır yanağımı qəmin başağı!..
Qızır ah içində, qələm uşağı -
Fikir cilalanır, söz itilənir!..
Əl göydən asılır, diz qalır yerdə
Hara tərpənirsən iz qalır yerdə...
Üzürsüz olanda üz qalır yerdə -
Tapdanır, ya da ki, can fitillənir!..
İncidir könlümü köhnə düyünlər,
Dostun köhnəsinə güvən,- deyirlər!
Əldən də, gözdən də düşür bu günlər -
Əbülfət, həyatın tay mitillənir!..

 

Yazıram...

Axşam sənə yazmadım...
Ağrı imkan vermədi...
Səsimi göndərmək də -
Heç ağlıma gəlmədi!..
Qıvrıldım ilan kimi
Öz-özümə dolaşdım...
Son nəfəs alan kimi -
Ağrılarla dalaşdım!..
Həyat söndü gözümdə...
Tək bir ulduz işardı!
Ümid güldü üzündə -
Bunu o qız bacardı!..
Ovuşdurdum sinəmi...
Ovcumda qəm əridi...
Hiss etdim ki, əlimdə -
Bir xilas kəməridi!..
...Sənə səhər yazıram
Sən verdiyin ümidlə!..
Məni könlündə saxla -
Yaxanı da kilidlə!

 

Ürək...

Yenə gözdən yayınıb,
çıxıb "aradan" ürək...
Lap əzəldən sayılıb -
duyğu yaradan ürək!..
Zaman, zaman bu kodu -
bildi ki, "Sevən!" - odu!
Bu atəşi, bu odu -
alır haradan, ürək?!.
Bəbəkləri hıçqırır,
öz içində qışqırır...
Hələ də qan fışqırır -
köhnə yaradan, ürək!
O qız həsrətdən doya
əlin sinəmə qoya!..
Yoxdu başqa tünd boya -
Vallah qaradan, ürək!
Əbülfət, bəxt yazınla,
saçdakı bəyazınla...
Yayda da ayazınla -
olub qar ada - ÜRƏK!..

 

Tərəf...

Gecikmiş səsdi ya, yubanmış haydı...
İlahi, bu necə sovqatdı, paydı?!,
Qışın oğlan çağı elə bil, yaydı -
Məni kölgə çəkir özünə tərəf!..

Edir bitdə-bitdə, gəzir içimi,
Sanki yumruqlayır - əzir içimi...
Sorğusuz götürüb əsir, içimi -
Sürüyür , bu ağrı közünə tərəf...

Ovcumun içi də qaşınır hər gün,
Xəlbirdən ələyə daşınır hər gün!..
Kəsin Əbülfətin başını ,hər gün -
Axsın son damlası, sözünə tərəf!..

 

ADSIZ DUYĞULAR...

Özünü sahilə atan ləpətək
Bir istək içimə sığışmır indi...
Özün dağ biçimdə görən təpətək -
Xəyalım yanından yığışmır indi!..
Sıxdıqca sızlayır gözümün kökü,
Dilimin ucundan "Ah..." qanadlanır ...
Bürüyür ruhumu ötəri bürkü -
Ağrılar havayı qol-qanad alır!..
Saçı ağardıqca dualarımın,
İstəklər büdrəyir - dizləri əsir!..
Adı "Təklik" olan bu anlarımın -
Həsrət açıq-aşkar kəndirin kəsir!..
Burda ummaq olmur kimsədən nəsə
Yalnız dərdləşdiyim solan şəkillər...
Sən diqqət ayırsan gələn o səsə -
Bilərsən tənhalar nələr çəkillər!

 

 

Bir yarpaq xatirə

Bir uzaq xatirə kövrəldir məni,
Əlim yar əlində, ruhum diriydi!
Gözümün içində görürdüm səni -
Həyatım O idi, O da piriydi!..
Çiçək topasıydı saçı sinəmdə,
Öpüb məst olmuşdu, saçı, sinəm də!..
Nəfəs də, baxış da, elə dinən də -
Onda iki deyil, onda biriydi!..
Yaşamaq olmuşdu sevilən sənət,
Pərvanə etmişdi məni də bir əhd!
Biz Adəmlə Həvva - ürəksə Cənnət -
Dünyada ən pünhan , isti yeriydi!
... Bir uzaq xatirə məni özüylə ,
Gəzdirib yandırdı sönmüş közüylə!..
Arada boylanıb yuxu gözüylə -
Gördüm dan sökülüb, saat geriydi!..

 

***

Pəncərəm tərləyib, sanki utanır-
Ona əl toxunmur, həfəs toxunmur...
İçimdə bir ümid hər gün budanır -
Ahı eşidilmir, sözü oxunmur...
Əyilir üstümə səssiz divarlar,
Qapı da çırpılır son gücü ilə...
Bəbəyim lilənib, yoxsa suvarar -
Solan dibçəkləri gətirər dilə!..
İncikdi durumdan yazı masam da,
Hər gün eyni hissi həzm edə bilmir...
Daha boşalıbdı səbir kasam da -
Dolub harayıma heç yetə bilmir!..
Özümün özümə çatmır gücüm də,
Susan telefon da həm yükdü, həm dərd!..
Bircə işartı var indi içimdə -
Şəkillər və Allah !- mənimlə həmdərd...

 


Ömür mənzərəsi...

Məni incitməyin, məni yormayın
Nə işim iş deyil, nə də gücüm güc!..
Məndən kimliyimi heç vaxt sormayın -
Kimə ağıllıyam, kiməsə də gic!..

Bir qoca sevgidi yaşam amacım,
Bilirəm, əminəm odur əlacım!
Gərəksə şeytana , hətta ,əl açım -
Gərəksə lal olum, danışmayım heç!..

Vurmuşam ovcumda daşı - daşa da,
Səsə rəhmi gələ, məni yaşada!
..Baxıb imkana da, baxıb yaşa da -
Əbülfət, bu qəmin vərlərini biç!..

 


Qadın...

Mən hələm ötən illərin
Yuxusun yozuram, Qadın!
Sənə bənzəyən güllərin -
Qoxusun yazıram, Qadın!..

Ürəkdə qorranan közün,
İstisin duyursan özün!
İçimdən gəlməyən sözün -
Çoxusun pozuram, Qadın!..

Qıyma günlər boşa keçə,
Sola ömür. dönə heçə!
Qəm özünü mənə necə -
Toxusun, dözürəm, Qadın!

Fərman var,Eşq adlı şahdan -
Hörülübdü ilgək ahdan!
"Hə!" deməsən, bil, sabahdan -
Özümü asıram, Qadın!

 


Qış gecəsinin ŞEİRİ

Buz sınanda suya düşən -
İndi, adamdan betərəm!..
Amma çağırıb "Gəl!" desən -
Bil ki, hayına yetərəm!..
İliyəcən titrəyirəm-
Bükülüb qaldığım küncdə...
Danışanda büdrəyirəm -
Sökülüb qaldığım küncdə...
Gözümün söykəyi şəklin
Oyadır əl yaddaşımı...
Xatirələrdi vəkilin -
Susmaqla qatır başımı!..
Heç nəyə yoxdu marağım,
Hətta limonlu çaya da!..
Küsübdü qələm, varağım -
Almır heç məni saya da!..
Ağlımın hakimi Sən, Tək
Bir də etdiyim dualar!..
Sən fikrində adımı çək -
Bəlkə isinə buralar!

 

Sönən ümid...

Döymədən açdı qapımı -
Gözaltı baxıb...qayıtdı...
Üç yerdən düydü sapımı -
Şimşək tək çaxıb ...qayıtdı -
ÜMİD!

Kölgəsin sərdi üstümə
Bilmədim qoruyur nədən?!.
Göndərdi dərdi üstümə,
Gah oldu arada çətən -
ÜMİD!

Xəyalda onun saçını
Kiprikləriynən daradı...
Bal sayıb gələn acını -
Hər zaman vüsal aradı -
ÜMİD!

...Sığınıb soyuq bir küncə
Xəyaldan özünə dönür!..
Tay özünü qoymur dincə
Sadəcə, şam kimi sönür -
ÜMİD!

 


 

Bir yerə

Bir ovuc darıtək dağılıb fikrim
Cəm edə bilmirəm onu bir yerə!..
Təsbeh çevirirəm , düz gəlmir zikrim -
Toplanmaq istəmir sonu bir yerə!
Daşa toxunantək dəyib qayıdır,
Əl atıb bir budaq əyib, qayıdır...
Xəyalım gerçəyə deyib , qayıdır -
Nə vaxt yığışacaq 10-u, bir yerə?!.
Əlim göz yaşımda, sözüm kağızda
Bir ad bala dönüb vallah , ağızda!..
Belə gül görməyib heç bağınız da-
İz salıb könlümə - qomu bir yerə!
Ruhumda şeh izi, ağlımda işıq
Tükənib qalıbdı səbir bir qaşıq!..
Əbülfət olandan dəli bir aşiq -
Baxır gecə- gündüz yönü bir yerə!

 

Təkliyim...

Əsib içimdən keçir
Yol azmış külək kimi...
Kəsib, içimdən keçir ,
Yumruqlu bilək kimi -
boyat təkliyim!..
Yol daranır gözümdə,
Döngələrdə büdrəyir...
Atəş saçan közüm də
Soruşmadan kükrəyir-
Soy, at, təkliyim!..
Ağrılarım daş döyən,
Məlhəmim də səbirdi...
Ötür bomboz yaş , deyən
Mənə gerçək cəbirdi -
Həyat, təkliyim!..
Canımdan püskürən ah,
Çırpıb gözdən yuxumu...
İnsaf edib sən sabah ,
Silkələyib ruhumu -
Oyat, təkliyim!..

 

Əl çək...

("Yaşanan bir anın pıçıltısı - Əl çək və bil ki, bəzən köməyə Allah da, söz də çatmır"-bir məktubdan...)

Əl çək"-deyir sevməkdən,
Yəni, həyatdan əl çək!..
Bezdirmədi geyməkdən -
Səni bu həyat əlcək?!-
Əl çək...

Görünmə, nə var olma...
Yoxdu sənə gələcək!..
Hər an sınıb , xar olma,
Nə də ömrü şəllə, çək!-
Əl çək...

Özünə bax, ona bax
Kimliyini ələ, çək...
Sən bir təpə, o da DAĞ -
Gör heç uyğun gələcək?!-
Əl çək...

Bax , əzilən daş qumdu,
İstəyirsən , hələ çək!
Bir də gördün yaş umdu -
Gözlərini, bələ, çək!-
Əl çək...

 


Gəzirəm

Mən gecədə gündüzün
damarını gəzirəm...
Kədərin köntöyünü -
hamarını gəzirəm!..

Dizimə dəyən daşın
Kiprikdə donan yaşın...
Hər an çatılan qaşın -
tumarını gəzirəm...

Yıxıldığım nöqtədə
Güldü mənə nöqtə də!
Bu ömürə diqtədə -
nübarını gəzirəm!

Bal yoxdu, sözün təki
Odur ki, özündəki
Gözümün gözündəki -
xumarını gəzirəm!..

 


Özü bilir...

Üzü günbatana boylanır, baxır
Nələr düşündüyün bir özü bilir...
Gözündən qəm damır özündən ağır -
Çözülməz sirdi bu, sir - özü bilir!..

Durna qatarından düşən lələk də
Boğulan arzudu , elə bələkdə!
Sovurub ələyir ömrü ələkdə -
Kimə qurban deyib, Pir özü bilir!..

Çırpınan bu yorğun ürək uçuq dam,
Tənhalıq əlindən bir gün uçar tam!..
Bir duam qalıbdı gərək uçurdam -
Göyə,bu duamı BİR özü bilir!..

Adi bir səhnədi boylanıb baxmaq,
Atəşə təkandı barmaqda çaxmaq!..
Araza sarılıb Xəzərə axmaq -
Bu necə vüsaldı? - kür özü bilir!!

 


Yumul gözlərim, yumul...

Özünə o, gözü sən
bağlaya bilmirsənsə...
Özündə o, gözü sən
saxlaya bilmirsənsə -
yumul gözlərim, yumul...

Didən lilin mədəni
daşdı qəmin bədəni !..
O vaxtı, bu vədəni
ağlaya bilmirsənsə -
yumul gözlərim, yumul...

Bir cüt şam tək yanaraq
yana-yana anaraq...
Özünə inanaraq
çağlaya bilmirsənsə -
yumul gözlərim, yumul...

O dağı, bu dənizi
öpdüyün o bənizi...
Ürəyinin əkizin
tağlaya bilmirsənsə -
yumul, gözlərim, yumul...

 


Sənin ad günün

(Köhnə dəftərdən " Bir Qadına"...)

Nə qədər etsən də sən, inad, günüm -
Sənin ad günündü - mənim şad günüm!..
Digər günlərimi sayıb " yad" günüm -
Qafiyə gəzmədim misralarıma...

Günəş qaranlığın yaxasın sökdü,
Baxışım sevgimi üstünə tökdü!..
Ömür özü hopdu, ruh özü çökdü -
Mən heç nə düzmədim misralarıma!..

İstəyim "SEVİRƏM!" - o bir sətirdi,
Adının yozumu dalğa gətirdi!
Şerim bəyəndiyin köhnə ətirdi -
Sən dodaq büzmədin misralarıma!..

Dilimi sevgiyə adınla açdım,
Hər kəsdən sevdiyim qadınla qaçdım !..
Mən sözün başına çox oyun açdım -
Saxtasın süzmədim misralarıma...


Kitablaşan yuxularım...

Sən yuxuma qor səpmisən qovrulur
Tüstüsü də üzərliyi andırır...
Bu yuxunun külü elə sovrulur -
Zərrəsi də ürəkləri yandırır...
Düşünməki nəm çəkəndi yastığım,
Mən üzümü şəkil üstə qoyuram...
Səhərəcən ürəyimə yazdığım -
Misraları yaddaşıma oyuram...
Gecələri mənimlədi səsin də
Hakimisən yaşadığım hər anın...
Mən ömrümü bir Məhəbbət dərsində -
İmtahandan keçirirəm inanın!..
...Min cilidlik bir kitabdı bəllkə də
Sənlə keçən məqamlarım yuxuda!
İnsafa gəl, çəkilib bir kölgədə -
O kitabın bir vərəqin oxu da!

 

 

Edirəm...

Öz-özümlə söhbətdə
Günü axşam edirəm...
Gözlərimdə gecəni -
Yanan ağ şam edirəm!..

Tükəndikcə səbirim
Şaxələnir cəbirim!
Əl isitmir hənirim -
Boyat bir tam edirəm...

Ruhumdakı tərdimi?
Dərib günə sərdimi?!
Böyüdürəm dərdimi -
Onu adam edirəm!..

Düşməmək üçün gözdən,
Tonqal çatmaqçün közdən...
Özümü asıb sözdən -
Bəzən , edam edirəm!..

 


Alsın

Ruhumu bir layla üstə -
oxşa gül tək , bağla dəstə...
Səsin olsun həzin bəstə -
Ruhum səndən həvəs alsın!..

Göz önündə duran cisim
Həm sifətdi, həm də isim!
Səni yoran sözüm, səsim -
Hardan , nədən əvəz alsın?!.

Öyrəşibdi yerişə yol,
Dönür bəzən verlişə yol!
Dur, özünü ver işə, yol -
Cana gəlsin, nəfəs alsın!

 

Çatmadı...

Ürəyimi kiritməyə
Gözümün yaşı çatmadı...
Həsrətimi üyütməyə -
Dəyirman daşı çatmadı...

Qaranlıq çökdü gözümə,
Kül pərdə çəkdi közümə...
Bir ümid qoşdum özümə -
Yaşıma yaşı çatmadı...

Əbülfət qumun ələdi...
Qatqıya, suya bələdi...
Hörüb Daş adam elədi -
Düşünən başı çatmadı...

 

***

Səpdim hənrimi şeh tək
Tellərinə mən bir-bir...
Qatdım səsimi meh tək -
Səsinlə oldu əlbir...

Ruhumu çətir etdim
Yanınca gəzdim, getdim....
Hər kəsə, haya yetdim -
Ömrüm olsa da xəlbir!..

Könlümdə ümid şüydü,
Bu şüy tumurcuq düydü!..
Dizimə yollar döydü -
Sən də bir fikir bildir!

 

Məktub...

Qələmlə, gözlə yazıram...
"Özünü gözlə!.." yazıram
Ən isti sözlə yazıram -
oxuyanda biləcəksən...

Tapıb bir forma - yazıram,
Uyğun bir norma - yazıram...
"Özünü yorma!" - yazıram -
oxuyanda güləcəksən!..
"Özünü şux tut!" - yazıram,
"Özünü sıx ,tut!" - yazıram...
"Əlimdən, çıx tut!" - yazıram -
oxuyanda gələcəksən...

...Sünbül, sən dəndən yazıram,
Bülbül mən, məndən yazıram ...
Hər an, mən səndən yazıram -
Bu günsən, həm gələcəksən!

 

Həyatım

Zərbələri dözülməzdi,
Qayğıları çözülməzdi...
Dil anlamaz, söz bilməzdi -
həyatım!..

Yoxuşları yeniş namlı,
Qəm sfrəsi geniş, tamlı...
İşıqları sönmüş damdı -
həyatım!..

Nəm çəkdikcə üzüm üzdə,
Gün qaralır üzümüzdə!..
Boğulur, gah üzür üzdə -
həyatım!..

Elat köçüb, kənd qalıbdı
Çay süzülüb, qənd qalıbdı...
Bir qadına bənd qalıbdı -
HƏYATIM!..

 

XƏYAL ŞEİRİ

Ürəyimdə bir havanı zümzümə,
Xəyalımda bir yanağı öpürəm....
Bir baxışı bənzədərək Zəm-zəmə -
Həm içirəm, həm gözümə təpirəm!
Calayıram duanı da, vaxtı da
Toxtatmağa vəsilə tək, ürəyi!
Bir şairin boy biçimi baxtı da -
Xatırladır , vaxtsız əsən küləyi!
Baş qatmağın min yolunu arayıb
Tək birinin girişində dururam...
Hansı güman istəyimə yarayıb -
Bu sualı mən üzümə vururam!..
Ürəyimin havasında sızıltı,
Xəyalımda əvəzlənir şəkillər...
Bu dəfə də göz yaşımla cızıldı -
Bəbəyimdə həsrət tingi əkirlər!

 


Gecə ağrılarının ŞEİRİ

Ovutmağa çalışıram özümü,
Bir az divar söhbətiylə, bir az da -
Düz divara zilləyəndə gözümü -
Kipriyimdə lil bağlayır Araz da!
Nömrəsinə zəng etmədən heç kimin
Qulağıma gətirirəm səsləri...
Qapısında Xatirələr köşkümün -
Növbə tutmuş görürəm çox kəsləri!..
Elə bil ki, dilimlənir varlığım
Ağrıların çeşididə çoxalır...
Qəmdi indi sinəmdəki yarlığım -
Canım onun caynağında yuxalır!..
Dizlərimi yumruqlayır öz əlim
Səsin boğub küsdürürəm özümdən...
Hiss edirəm , ağrı adlı gözəlim -
Gətirəcək , bu gecəni gözümdən!..

 

Günümün şeiri

Yenə havalanıb, yenə yol ölçür
Sığışmır heç yerə o, əl-qol ölçür...
Nəyi də ölçürsə yaman bol ölçür -
Ümid işığına söykənmişəm mən!
Baxmayıb irada, nə də öyüdə
Dar sayıb özünə yeri, göyü də!
Ruhumu sərərək salxım söyüdə -
Bir durna səsinə köklənmişəm mən!
Fikrimə gətirib ağın əksini,
Həmin an düşündüm dağın əksini!
İndi yaşadığım çağın əksini -
Anıb, yad eləyib kövrəlmişəm mən!..
Bir dərin quyuya atıb daşını,
Onu çıxarmağa qatıb başını...
Ayların qoynunda yatıb, yaşını -
İlləri sayanda öyrənmişəm mən!
Sağımda, solumda yarpaq tökümü,
Sıxıb qucağına torpaq kökümü....
Zaman yorğun saldı vaxtsız lökümü -
Qalmışam ortada - təklənmişəm mən!

 


Mən indi...

Budaqları çırpılmaqdan göynəyən
Tut ağacı halındayam mən indi...
Buludunun bir ucunu göy döyən -
Get!-inndə həm, qal!-ındayam mən indi...
Çəkə, çəkə ağrıların zülümün
Dodaqların çartlatmışam günümün!
Bax, üzünə güldüyüm bu ölümün -
Saçlarının çalındayam, mən indi!..
"Ah" isinən ürək adlı otağın,
Həsrətindi açıb, yığan yatağın!..
Zirvəsində qar tarlanan o dağın -
Günəş batan yalındayam mən indi...
Toxtaqlıqdı dünənimin seyiri,
Kimdi dəlin, Əbülfətdən qeyiri?!,
Hansı vədə, oxusan bu şeiri -
Biləcəksən yanındayam mən indi!

 


Alır...

Bu nə gözəllikdi, bu nə baxışdı
Könlümü coşdurub, canımı alır...
Sevgi talehimə düşən naxışdı -
Ruhumu oynadıb, qanımı alır!
Bir özgə aləmdi səsinin mehi,
Sinəmə səpilir kipriyin şehi!
Məni bu gecənin eləyib behi -
Səhərə açılan Danımı alır!
Ulduz düzümünü boynunda gördüm,
Yuxuda özümü qoynunda gördüm ...
Ağlımı, özümlə oynunda gördüm -
Dünyanın bir mələk xanımı , alır!

 

Buz baxışın ŞEİRİ

Buzu qan dondurur baxışlarının,
Artırır iflicin hərəkətimin...
Gücü, həsrət adlı yağışlarının -
Dadını qaçırır bərəkətimin!..
Qəddi düyünlüdü sənsiz günlərin,
Ovmaqla , heç cürə çözülən deyil!..
Sərçə dimdiyində dənsiz dinlərin -
Verdiyi fətvalar dözülən deyil!..
Hər zaman kəsiyi ömür itgisi -
Axtarış istəyi - ilğımı tutmaq...
Yaman artımlıdı qəmin bitgisi -
Nə çiynəmək olur, nə də ki, udmaq!..
Çəkisin bilmədən yorğunluğumun,
Edirəm qatqılı yük, ürəyimə!
Buzun əritməkçün soyuqluğunun -
Sən onun parasın bük, ürəyimə!..

 

Gecə nağılı...

Yağış kəsir, ayazıyır göy üzü
Ulduzların gözü gülür bu anlar...
Bilmirdim ki, belə vaxtda , mən düzü -
Göyərəcək dodağında suallar...
Telefonuma zəng çatmayıb? - səbəbi -
Yozulacaq neçə yerə bu günah!..
Gözlərinin gözlərimdən tələbi -
Uçuracaq sinəmizdən neçə ah!..
Yaşanacaq yenə həmin küsgünlük
Çırpınaraq qısqanclığın əlində!
Qalxacaqdı aradakı üzgünlük -
Yanaqlarım gizlənəndə telində!..
...Bu yağışın damcıları sayında
Fikir məni üyüdsə də bir anda...
Qayıdıram, mən olsam da hayanda -
O sevgiyə - biz göz- gözə duranda!

 

***

Ətəkləri yer süpürür dumanın,
Yerişi də ləngərlidi, ağırdı...
Can köynəyi süzülübdü gumanın -
Ürəyimə lopa-lopa yağırdı...
Mən düzəndə, gözdən uzaq bir vələs
Budaqlarım bir-birinə dolaşıb...
Qurutmağa könlün varsa dur, tələs -
Budandıqca kipriklərim bulaşıb...
fikir yükü duz yükündən çəkili,
Həm ruhumu, həm cismimi çökdürür...
Ürəyinə toxuduğun şəkili -
Öz əllərin öz sözünlə sökdürür!
...Ətəkləri yeri öpən gumanda
Güzgü gəzdim gözlərimi görməyə...
Sənsə, məni unudaraq bu anda -
Vaxt qazandın saçlarını hörməyə..

 

Unudulmayacaq anın ŞEİRİ

Tutulubdu qaş-qabağın, indicə
Hönkürəcək ürəyimin üstünə...
İnanmırsan ? - Diqqətli ol, sakitcə -
Özün də bax, səndən qalxan tüstümə!..
Elə bil ki, gur tonqalı dörd yandan ,
Söndürməyə cəm olubdu bir qoşun!..
Sən qorumu yelə verib yayandan -
Gəldimi de, bu yanmaqdan heç xoşun?!.
Tək qalmağın meydanında var-gəlim,
Son sınaqdı, yoxsa kökdən qırılmaq?!
Bu qış günü puçurladı can tərim -
Bax bu imiş, tənhalığa sarılmaq!..
Gah özümü, gah ürəyi danladım -
Dedim bir az, mən çevrəmi güldürüm!
Kimliyimi dərk elədim, anladım -
Əgər gecsə, de, özümü öldürüm!..

 

HALSIZLIĞIN ŞEİRİ

Bir qəriblik kölgə salır üstümə,
Sıxılıram, darıxıram və bir də...
Ruhum yanır içimdəki istimə -
Tüstülənir, öləziyir səbir də!..
Canım sanki, didiklənir, didilir
Əl- ayağım kösövləşir, quruyur...
Dözümünü yarı canım itirir -
Bu səbəbdən həzin-həzin uluyur...
Əl qələmə, qələm isə kağıza
Bir az incik, bir az yorğun göz qoyur....
Dörd misranı daddırmaqçün ağıza -
Ürək , sözün arasına köz qoyur!..
Uyuşmuram çevrəmdəki kəslərə,
Yadlaşıram açıq- aşkar yuvama...
Köklənməyə gücüm yoxdu səslərə -
Allah, məni qovuşdur son duama!


 

Dörd divara etirafım...

Mən özümlə söhbətlərdən yoruldum,
Dayanmışam daha üzü divara...
Necə oldu, gülüm sənə vuruldum -
Danışacam. nə var düzü , divara!
Döşəməni Yer sayıram - tapdanmış,
Tavanı da Göy bilirəm - buludsuz...
Kədərimin təmənəsi saplanmış -
Əllərimsə boşda qalıb - umudsuz!..
Səkil kimi söykənmişəm divara,
Bu söykənmək asılmağa bənzəyir...
Mehir salıb öyrənmişəm divara -
Əl izlərim onu hər gün bəzəyir...
Dörd divarda səsim, kölgəm yazıdı
Nöqtə nöqtə axıracan hopmuşam...
Məndən təkcə bu dörd divar razıdı -
Sükutunun yaxasından qopmuşam!..

 


Mən...

Dinib, danışmaq fikrim yox,
Səsimin baş daşıyam mən...
Çəkdiyim bu həsrətlə çox -
İnanmıram, yaşayam mən!
Ələnən günün sonunda
Nə qaldı ümid donunda?!.
Zənnimcə elə onun da -
Tanıdığı naşıyam mən.
Olsam da sıradan bəndə
Şahiddi Allah da, sən də...
Nişan üzüyüyəm səndə -
O üzüyün qaşıyam mən!..

 

 

Dönsün

Daş düşsün durduğum yerə,-
Göyərsin, adama dönsün...
O yer, mənimlə son kərə -
Adamsız adaya dönsün!..
Sərib səsimi qurutsun,
Yuyub gözümü durultsun!..
Məni yeritsin, yürütsün -
Anama, atama dönsün...
Özü özünə qısılmaq,
Özü özündən asılmaq...
Özü sözündən basılmaq -
Bir xəyal ədama dönsün!
Bu yaşın urvatsız anı
Kül etdi olan ad, sanı!
Ruhumun tökülən qanı -
Son sözə, sədama dönsün!


 

Eşq rüsumu

Kipriklərim hürküşdü -
kədərim damcıladı...
Hicran - vüsal görüşdü
qədərim qamçıladı -
ruhumu!..
Dizimi söykək edib
qəddimə divan tutdum...
Xəyalı köynək edib
geyindim və...unutdum -
yuxumu!..
Hər an səcdəyə getdim -
hər halımda yarımı!
Candan əmanət etdim -
Allaha, mən varımı -
yoxumu!..
Ağlımdan fikir ötür,
bilmir, bunu da heç kim!
Məndən məni al, götür
olsun, bir halal eşqin -
rüsumu!

 


Edər

Saçın salıb kölgəsini sinəmə
Bu kölgəni yağış sandım çiləmə...
Daha mənə başqa heç nə diləmə -
Ürəyimə bu diqqətin bəs edər!..
Qəbul etdim yanaşmanı ağıllı,
Düzdü, bir az bu təsvirim nağıldı!
Gözlərimdən qara bulud dağıldı -
Kipriklərim günə çıxıb səs edər!
Saç kölgəndə körüklənər ovqatım,
Sən ovlayan qəlbə necə ov qatım?!
Özüm olum dili bağlı sovqatın -
An sayanda, dilim bilməz , nəs edər!..
Əbülfətin bəxti atlı, özü dəm
Dəm görünür, danışanda sözü, dəm!
Alovlanmış ocağı dəm, közü dəm -
Gülüb demə, dəmliyi hər kəs edər!

 


Gəzirəm

Sancmışam gözümü ağ vərəqlərə,
Orda itirdiyim naxşı gəzirəm...
Sıxıb kipriyimi azı min kərə -
Buludun çırpdığım yağşı gəzirəm...

Çətindi həsrətin ütüyü olmaq,
Günün baltalanan kötüyü olmaq!..
Bir az ağrılıdı itiyi olmaq -
Gözümdən yayınan baxşı gəzirəm!..
Sevinc göz yaşımdı, kədər dayağım!
Ulduz qəhərimdi, gecə Ay ağım!
Sözümə baxmır tay əlim, ayağım -
Yenişdə büdrəyib, yoxşu gəzirəm!
Əbülfət ömrünü - yurd seçib qübar,
Qoymur ki, sevinci eləsin nübar!..
Çox da axtarışa bələdliyim var -
Deyə bilmərəm ki, yaxşı gəzirəm!
Uzaq bir xatirənin ŞEİRİ
Gözlərimi bu bəyazlıq oxşayır,
Üstündəki ləpiriylə, iziylə...
Qartopası kürəyimi oxlayır -
Xatirələr gətirərək özüylə...
Qonağına yolu açıq çibimin
Hərarəti hiss olunmur əlimdə....
İlmələri qarışıbdı fikrimin -
İp ucunu axtarıram təlimdə!
Tapmaq üçün " sim-sim"-ini ovqatın,
Yağan qarın dənələrin sayıram!..
Yeni ilin bu yubanmış sovqatın -
Misraların arasında yayıram ...
Əlimdə qar - şəkilimi çəkən an
Dodağımı isindirir yanağın...
Bu xatirə şimşək oldu, sən inan -
Təzələnir o andakı qınağın!..
Məkan fərqli, zaman ötmüş, sevgisə
Ağardıbdı bu illərdə saçını...
Ürəyimiz bu sevgiyə evdisə -
Qoy mən öpüm saçın bəyaz tacını!..

 

 

Özümə TƏSƏLLİ

Çıxıb dayanıbdı yolun başında,
Boylanır, axtarır əli qaşında...
Ay Allah, gülmə sən, ahıl yaşında -
Olub il dəlisi , Mədətin oğlu!
Çəkir diqqətini sözün işığı ,
Gözündən boylanan gözün işığı!..
Söndürüb. yandırdın özün işığı -
Olub dil dəlisi, Mədətin oğlu!...
Seyrangah edibdi baxcanı, bağı
Ruhunun şehiylə göyərdib tağı!
Təkcə sən bilirsən, dünyada axı -
Olub gül dəlisi, Mədətin oğlu!
Öpür çiçəyini quru torpağın,
Alır qoxusunu xəşəm yarpağın
Günaha yazmayın belə durmağın -
Olub el dəlisi, Mədətin oğlu!

 

Kövrək sətirlər

Yazıb ... sildim və sonra
Ağladım sətirləri...
Yaddaşımda bir yolla -
Saxladım sətirləri!..
Düşdüyüm söz tilsimi
Mum elədi hirsimi!..
Hopduraraq hissimi -
Tağladım sətirləri...
İsrar və inad kimi
İçdiyim son and kimi...
Bu şerimə band kimi -
Bağladım sətirləri!

 

Bakıya yağan qarın TƏRİFİ

Yağarsa qar
üz ağardar
əkinçilə
bərəkət arasında -
gözəllikdi!..
Yağanda qar
üz qaraldar
Bakımızla
hərəkət arasında -
özəllikdi !..
Yağanda qar
sevinməyə
vaxt tapmırlar -
sürüşməkdən,
daha nədən
və adamlar -
gözmuncuğu,
üzərrikdi!..

 

Əli...

Çırpına- çırpına baxır içimdən
Çatmır istəyimə hələ yar əli!..
Yorulub qayıdıb, sanki biçindən -
Titrəyir, tərpənir - demək var əli!
Nəmini qurutmur kipriyin ucu,
Dünyaya sığışmır, yəqin ki, suçu!
İlıq təbəssümlə kaş versin gücü -
Kasıb ümüdümə onun var, əli!
Hələ tüstülənir odu, ocağı
Əbülfət unutmur , ötən o çağı!..
Könüllü seçmişəm son olacağı -
Bağlasın gözümü onun qar əli!

 

Qırıq səs...

Hərdən sakit, lal su kimi
Qırışlanır, ləpələnir...
İçimdə ağlayan səsim -
Dodağımda qəlpələnir!..
Divardakı çapıq yeri
Qəlpələnmiş səsin izi...
Ayağı yalın şeirlər -
Görüşdürür ikimizi...
Bax onda da danışmırıq -
Çıxa bilmir səs köynəkdən...
Nəsə deyən olacaqmı -
Bizdəki sınıq örnəkdən?!.
İndidəd son günün çözüb,
Yükünü yığır bir küncə...
Əvvəldən qədərə dözüb -
Səsimi qoyuram dincə!..

 

Ümüdli ŞEİR

Dan sökülür, işartı
gülümsəyir üzümə...
Göyün yükü boşaldı! -
deyirəm öz- özümə...
Qaranlığı toz kimi
səma çırpır üstündən...
İz də qalmadı, hətta -
ulduzların dəstindən!..
Bəlkə də bir qom bulud
gözümdən köçüb getdi...
Yuxuya qalan umud -
içimdən keçib getdi!..
...Hər dağın öz düzü var
bölünüb heca kimi...
Göyün də tərs üzü var -
gündüzlə gecə kimi!..

 

Mənim

Sümüklərim sızıldayır, göynəyir
Bu ağrıdan hətta ruhum kövrəlir!..
Sanki kimsə dözümümü öyrənir -
Dözümümün halvasını çal , mənim!..
Bir- birinə sarmaşıbdı ağrılar,
Gözlərimin dibində də ağrı var!..
Köynəyimin cibində də ağrı var -
Yarış olsa , qalib gələn "bal" mənim!
Boş ver getsin, ötəriymiş hay. küyüm
Tək anlarım üst-üstədi. bir düyün!..
Yaraşığım sir deyilki, qoy deyim -
Sinəmdədi sən vurduğun xal , mənim!..
Gördüm söz var, acılıqda soğandı!
Tez unutdum , dilə bəlli çox andı !
Səni sevdim - ümidlərim çoxaldı -
Nişanəmdi. göndərdiyim şal . mənim!

 

LENTDƏKİ SƏS...

Səsim solub, boyatıyıb
Kül alıb üstün bir az da...
Bir buğum da boy atmayıb -
Olmayıb üstün, bir az da!..
Eşidən qapı bağlayıb ,
Pəncərə çırpıb üzünə...
Səsim içimdə ağlayıb -
Əlin də çırpıb dizinə !
Elə bil qara kağızı
Büküblər səsə kəfən tək...
Quruyub dili , ağızı -
Boğulur, qoyma, dilin çək!..
...Səsimi yaddaş lentində
Xəlvət dindirib dinləyən...
Dəfn elə məni bətnində -
Mən olum, bunu bilməyən!..

 

 


(Uzaq illərin ŞEİRİ)

Sən əkən gülləri mən sulayıram,
Gözümün nurunu sərib üstünə...
Təklikdən Boz qurd tək mən ulayıram -
Ağrılı sinəmi gərib üstünə...
İynəm tikiş tutmur,ruhum ilinmir
Qərarsız adam tək vaxtı ölçürəm...
Kipriyin ucunun nəmi silinmir -
Artıq hiss edirəm necə köçürəm...
Mənə ögey baxır. hərdən güllərin
Sanki günahkaram harda, nədəsə...
Sənsiz ötən ilin, ayın, günlərin -
Payıma düşübdü qəmi nədisə...
Bəlkə ya gələsən, ya göndərəsən
Bu incik güllərə öz təmasından...
Üzümü ümüdə sən döndərəsən -
Çəkilsin həsrətin göz səmasından...
...Əkdiyin güllərə həsrət yaşadıb,
Könlümə toxudun qəm naxışları...
Gəlib ötənləri başdan başlayıb -
Sən özün qurula nəm baxışları!..

 


Kədərin bəy tərifi

Gözümü güldürən kədər,
Ruhumu öldürən kədər...
Yorma heç özünü hədər -
boyuna qurban!..
Günümü xəlbirlik edən,
Qədərlə əlbirlik edən...
Ömrümü səbirlik edən -
soyuna qurban!..
Yeri göynəyən son ahın,
Paylaşdın səsin, sorağın!..
Etdin dəvətsiz qonağın -
toyuna qurban!..
"hoy" deyərək hoyladığn,
Boy söyləyib boyladığın!..
Mənim üçün oynadığın -
oyuna qurban.
Sən ərköyün, başı qallı
Dedim sənə boynu şallı
Dizi xallı, alnı xallı -
Qoyunu qurban...

 

Aç ümüdün qapısın...

Gözlərimin dibinəcən qəm sızıb,
Elə bil ki, çəhlim salıb - yol ölçüb...
Qədər sevinc badəmi də kəm süzüb -
Üstəlik də yumruq düyüb, qol ölçüb!..
Xəyalımın pəncərəsi taybatay,
Yaddaşımın rəngi bir az soluxub...
İndi ömrüm. təsəvvür et, boş saray -
O da sənsiz tənhalığa yoluxub!..
Çiliklənib ümüd çoxdan gumanda,
Cırmaqlayır yeri, göyü boşuna!..
Bildinmi ki, qalib gəldim dumanda -
Tək canımla göz yaşı tək qoşuna!
Pozmaq üçün ləşgərini buludun
Sevincimi mən ön xəttə köçürtdüm...
Aç üzümə qapısını umudun -
Mən həsrətin işığını keçirtdim!

 

Təkliyin günah üzü...

Mən özümü yaxalatdım, bilmədən
Marığıma yatıb, duran təkliyə...
Bir az da ki, qurban getdim dinmədən -
İçimdəki baş töhmətim ləngliyə!..
Çox işlərim ləngliyimdən yubandı,
Qınaq yeri özüm oldum sonunda...
Baxışlarım baxışından utandı -
Pərt görəndə baxışını onun da!
Uzandıqca bu uğursuz silsilə,
Mən daha çox unuduldum, təkləndim...
Salınmışdım elə bil ki, tilsimə -
Bu ağılla özümdən də şəkləndim...
... Dayanaraq indi üzü qüruba,
Sıxıram mən içimdəki son ahı...
Deməsəm də, bilirsən bu təkliyin -
Bir azca da səni tutur günahı...

 

İlin ilk sərxoş ŞEİRİ

 
Dan yeri söküləndə
Dünya mənə yad gəldi...
Xatırlamadım heç nə -
Ağlıma bir ad gəldi...
Gecənin boy ölçüsü
Dan üzünə qədərmiş...
Ömrün bir üzü sevinc -
Bir üzü də kədərmiş...
Bu olmuşlar və bir də
Olacaqlar qaçılmaz...
Gecə səhərə doğru -
Getməsə sübh açılmaz!..
...Ağlımdakı tək adın -
İşığına büründüm...
Sənin, ay sirli Qadın -
Həyatında göründüm...

01  01 2024

 


RUHUMUN İSTƏYİ

Ötənləri gələnlərin adına,
Calayıram bir-birinə aramla...
Yetmək üçün harayına, hayına -
Yol ölçürəm qaysaqlayan yaramla...
Düyün düşüb ümüdimin kəndiri,
Cəhd yeri də qalmayıbdı çözümə...
Xatırlayıb odu sönmüş təndiri -
Dən verirəm için-için gözümə...
Oxşayaraq bir xatirə budağın,
Nəfəsimlə ilidirəm o , anı...
Qulağıma söykəyərək dodağın -
Dinləyirəm həmin anda olanı!..
Ovunuram bir az belə, bir az da
Öz özümə dərs keçirəm ağıldan...
Tay içimdə kişnəyən son muraz da -
Növbə tutub - birincidi axırdan!..
... Ötənlərin hər zərrəsi bir kitab -
Yazanı Sən , oxuyanı bu bəndən!
Baxışın da ən mükəmməl bir xitab -
Xoşbəxt elə, sən ruhumu busəndən!..

 31.12 .2023

YUXU XOŞBƏXTİ

Saçlarını üzümə sər bu gecə,
Səhərəcən mən ətrini qoxlayım...
Arada bir sayıb, öpüb, beləcə -
Bunun ilğım olmadığın yoxlayım!..
Ocaq qala nəfəsinlə sinəmdə
Ürəyimin oduna od qatılsın...
Mən unudum özümü də bu dəmdə -
Balıq ruhum dizin üstə atılsın...
Gözlərinin işığında bir misra
Dodağımdan dodağına ötürüm...
Qoy təziqim enib düşsün sıfıra -
Təki səni mən yxuma götürüm!..
Saçlarının təmasından bu gecə
Ulduz sayı vüsalına bayılım...
Bu yuxumla Xoşbəxt oldum gör necə -
Öpmə məni, qorxuram ki ayılım!..

30.12.2023

 

 

Mənzərə

Nəriltisi at oynadar dərədə
Fərqli -fərqli hal oyadar hərədə...
Sular coşar, lap boy atar , bərədə -
Sel belə...sel belə...sel belə...

Min illərdi dəyişmədən peşəsin
Qəm şumlayar ürəyin hər guşəsin!..
Döyəcləyər pəncərənin şüşəsin -
Yel belə...yel belə...yel belə...

Bulud sıxar öz - özünü - durular
Bir işığa yüz pərvanə vurular...
Yar əlinin təmasından burular -
Tel belə...tel belə...tel belə....

Dil lal olər, istəkləri göz deyir
Döz halına, dözümünü çöz deyər!
Hər aşiqin barəsində söz deyər -
El belə...el belə...el belə...

Çırp ağrını vücudundan toz kimi...
Yaz dəftərə, ya istəsən poz kimi...
Bəxt ağacın bar verməyən qoz kimi -
Selbələ...selbələ...selbələ!..

Ömrü ələ, günü çevir tərsinə...
Hazırlıqsız açılmaz ki, tər sinə!...
Ay Əbülfət, sən məhəbbət dərsinə -
Gəl hələ...gəl hələ...gəl hələ!

 29.12.2023
Küləklər şəhəri

Yenə ulayır külək
Şəhər küçələrində...
Biləcək nələr uçub
səhər, küçələrində -
Bakı...

Bir qaydasz döyüşün
Olub geniş meydanı...
İdarə edə bilmir -
külək donlu " şeytanı" -
Bakı!

Pəncərələr az qalır -
küsüb getsin yerindən...
Bir təhər nəfəs alır
boğularaq , dərindən -
Bakı...

Əl uzadır adamın
gözünün dibinəcən...
Külək nəsə axtarır
adamın cibinəcən -
Bakı!..

Şikəst olur ağaclar
Aparır neçə damı...
Küləklər şəhərisən
sirrini bilir hamı-
Bakı!..

 

Yandırdım...

Xatırlayıb olanların dadını,
Allah üçün pıçıldadım adını...
Səndən alıb, ay dünyamın Qadını -
Ürəyimdə ümüd qoru yandırdım !..
Yardımına güvənərək ağlımın,
Yolun çözdüm əvvəlimin, axrımın!
Məlhəm olsun, deyə ürək ağrımın -
Mən hörülmüş neçə toru yandırdım...
Qaçılmazdı - yazılan an gələcək,
Həyat özü kiprikləri siləcək!..
Bu gün tezdi, ertəsi gün biləcək -
Özüm yandım, həm də goru yandırdım!
Əbülfətin izi tozda itəcək,
Bir sevgini bitirəcək...bitəcək!..
Ruhu sənin harayına yetəcək -
Çox söylədin "Canı qoru!" ,- yandırdım...

 


O, BOYDA

Göy adamı deyiləm -
yoxdu ərkim o boyda!..
Göydə də doğulmadım -
olum mən də o, boyda!..
Yerdə bəndə - fağıram
su tək səmtə axıram...
Üzü göyə baxıram -
versin mənə o, boy da!..
Mən görkəmdə, biçimdə
gün kül oldu içimdə!..
Sönür daha içim də -
kimə lazım bu boy ta?!

Yuxusu olmayan gecə ...

Kirpikləri görüşməyə qoymadım
Səhərəcən qaranlığı üyütdüm...
Şəkillərnən danışmaqdan doymadım -
Ürəyimdə bir ümüdü böyütdüm!..
Səslə açdım dan üzünün qapısın
Ulduzları yola saldım - əl edib...
Kaş ki, mənim axtardığım tapılsın -
Görüm Allah istəyimi həll edib...
Cığırını tapdamadan xəyalın,
Gülümsədim üz-gözünə kədərin...
Bu gecənin , mən ən qəliz sualın -
Qarşısına çıxartmışdım qədərin!..
İz düşdükcə vərəqlərin üstünə
Lap sərtləşdi fikirlərin düyünü...
Bu məlumdu, həsrət durub qəsdimə -
Xatirəylə yola verim bu günü...

 

Göz ovunun mənzərəsi

Başqa qapı tanıtmadın sən mənə , 
Göz ovunu bəyəndirdin əzəldən...
Daha gərək qalmayıbdı demənə -
Sünbül olub,yoxsa səncə , əzəl dən?!.
Can varlıqsa yaşam ona biçilib,
Zaman özü zərgər gözlü dərzidi...
Bir-birində yaşadıqca keçilib -
Yaranışdan bu da, həyat tərzidi!..
Ütüsüz də sətirləşən sözləri,
Puçurlatdım mən dəli bir həvəslə...
Yalnız sənə aid olan söz ləli -
Boyunbağın elədim mən nəfəslə!..
... Bir ünvanı qiblə bilib - pir etdim
Ətəyində namaza da dayandım...
Mən yuxuya ayaq üstə getmişdim -
Ona görə pıçıltıya oyandım...

 

 

Əsəb ŞEİRİ

(Ünvanlı)

Onun "adam" olmağı
Adamlığa ar olur!..
Sürü tutur dörd yanı -
Adamlıq da xar olur!..

Çayırlaşır mərəzi,
İtir ölçü - tərəzi!
Sözün, lap əl-qərəzi -
Yer kiçilir, dar olur!..

Yuvadı nəfsə, kinə
Quluq edir hər dinə!..
Düz sözə, xoşbəxt günə -
Göz kor, qulaq kar olur!

Bu yalaqdan saf ürək -
Sınır, olmur tay gərək!..
Kəsilmiş halal çörək -
Dönüb zəhrimar olur!

 

 


SÖZ anı...

Mənim söz dünyamın yönü Günəşə,
Hava qaralanda Aya doğrudu...
İsti göz yaşından duyuram nəşə -
Saxta təbəssümsə gizli qorxudu!
Yarımçıq sözlərlə , qısır fikirlər
Ruhumu içindir, qəlbimi üzür...
Gedir , elə bil ki, boşa zikirlər -
Qələm də zarıyır, vərəq də küsür...
Yeri cırmaqlayır, vaxtı ələyir
Dilim, ucundakı hər biçimdə söz...
Qəlbimi ümüdə büküb bələyir -
Göyərən ən halal, tər içimdə söz!..
... Boylanıb yaxına, uzağa baxıb
Qururam xəyalda asma körpü də!
Ruhumdan dodağa bir şeir axıb -
Kaş ki, oxucunu yerdən tərpədə!..

 

Bir havasızlıq anı

Ağrı yükü çəkisizdi bu anın
Nə daş deyil, nə duz deyil, nə dəmir...
Kəsərini hiss etmirəm duanın -
Ürəyimə bu ağırlıq hey damır!..
Çiyinlərim qollarımın hayında,
Dizlərimin gücünə də şərikdi...
Allahımın mənə sevgi payında -
Sevən bilir , yer iki nəfərlikdi!
Ölçməsəm də qucağımın tutumun
Bilirəm ki, sığar onun dünyası...
Bircə anlıq " Eşq havası" udumun -
İstəyəndə olmaz məni qınyası!..
Bir istəklə kökləndiyim bu ömür,
Əsirinə çevrilibdi bir anın!
Gözlərimə bulud gəlir , bəxt çönür -
Düşmür mənə tay havası buranın!..

 

Gedir...

Səs kimidi , lap uzaqdan
Nəfəslə görüşüb gedir...
Üşüyür sanki, sazaqdan -
Əlimdən sürüşüb ...gedir!
Yeriyir, amma təngiyir
Odu, alovu səngiyir!..
Aşkar büdrəyir, ləngiyir -
Sıxılır, bürüşüb...gedir!
Bu sirrin açması bəlli
Sormadan qaçması - bəlli...
Əbülfət , ömür təsəlli -
Vermədən , yetişib ... gedir!

 

Həyatımız...

Çiçək açıb, göz oxşayır kədərim
Duruşu da diqqət çəkir andırın...
Deyirsiniz yəqin budur qədərin -
Bu məntiqlə məni siz az yandırın!..
Gücü artır qollarında təkliyin
Çəkir məni hücrəsinə sorğusuz...
Elə bil ki, biçib yığır əkdiyin -
Üşənmədən , açıq-aşkar, qorxusuz!..
Bu məlumdur, bəndə çəkir, yaşıyır
Ağrıların topasın da, təkin də!..
Biz ağrını, ağrı bizi daşıyır -
Hərəmiz də ayrı- ayrı şəkildə!
...Dünyamızın nizamı bu, düzü bu
Görə görə, baxa-baxa keçirik...
Həyatımız bir ləçəkdi - üzü su -
Təbəssümə, həm də aha köçürük!

 

 

Nimdaş dərd...

Geymişəm təzə vaxtında
əynimdə nimdaşı çıxıb...
Bu elə dərddi baxtımda -
yükün ürəyimə yığıb!..
Gücüm səssiz öləziyib,
Baxıram gün dalınca...
İlıq göz yaşı bəzəyib -
naxış salaraq balınca!..
Torranıb tavan küncləri
hörümçək görüb öz işin...
Cücərib kədər tingləri -
ürəyə sancaraq dişin!..
Əzginlik sallaşıb candan,
Həvəs də donub, buzlayıb...
Təklik ömrə yol açandan -
Ruhu da döyüb, duzlayıb...
... Könüllü geyib bəyəndim
biçilib zərgər gözüylə...
Sevginin dilin öyrəndim -
Qalsam da sönmüş közüylə...

 

Yuxusuzluğun ŞEİRİ

Bu gecəm də gündüzüm tək doluxsunub,
Bir "him" gəzir üz-gözümə çilənməyə...
Ümidimin ayağı həm qolu sınıb -
Oturubdu ürəyimdə dilənməyə...
Düyün düşüb, çözmək olmur fikirləri
Xəyalın da gücsüzlüyü bilinibdi!..
Göz yaddaşım saxlayırdı şəkilləri -
Kövrəldikcə bir neçəsi silinibdi...
Yumruqlanıb əl çənədə, ya da dizdə
Sıxıldıqca dırnaqlarım ovuc didib...
Bu gecə mən dərədəyə, yoxsa düzdə -
Ətrafımdan hamı qaçıb, hər şey itib...
...Doluxsunmuş bu gecənin və bu günün
Harasında dayanım ki, yıxılmayım...
Halımı gör,sən dilinin aç düyünün -
Adımı çək,- nəfəs olsun, sıxılmayım!..

 

 

Atmadım

 
Mən özümü heç vaxtı-
vaxt ağzına atmadım...
Yaşamaqçün bu baxtı -
xətir üstə yatmadım!..

Gecəmi göz ələdi,
göz gözə göz elədi!
Sevgim bir gözələdi -
ha yüyürdüm çatmadım...

Qəm olsa da yaşıdım,
ürəyimdə daşıdım!..
Göz yaşımdan yaş idim -
boğulsam da, batmadım...

Üstümə gün ac gələ -
acam eşqdən, ac, hələ!..
Ürəyimi aç, bələ -
o , sənindi, satmadım!..

Üzü nurlu duamın
bitirmədim davamın!
Yel oynayan yuvamın -
odun külə qatmadım!..

çınqı hənrim, qor tağım...
gəl ay hicran ortağım!
Bir yerdəndi torpağım -
bir də qaldım - artmadım...

 Ağrılı düşüncələr...

Söykənib durmuşam qapı küncünə
Ev də sıxır məni , durduğum yer də!..
Ağrı balta çalır qalan gücümə -
Görürəm kölgəm tək özümü yerdə!..
İlişib dilimə səsimin sonu,
Əvvəli yəqin ki çatıbdı Sənə!
Dərk edə bilmirəm hələ də onu -
Niyə əlçatmazdı , bu sevgi mənə?!.
Çoxdan köçüb məndən canımdakı can,
Yurd salıb dünyamda tək olan TƏKDƏ!
Onsuz həyatımda yoxdu elə an -
Desinki, yaxamdan əlini çək də!..
Belə dayanmağım, belə durmağın
Havası sevgidi, mayası sevgi...
Bu yolda özünü oda vurmağın -
Əbülfət dağının , qayası SEVGİ!..

 

Tənhalıq uverturası

Elə göynəyirəm bu tənhalıqdan -
Sanki təşnəsiyəm bir udum suyun!..
Çıxarın siz məni bu qaranlıqdan-
Şəkillər, gözümün dibini yuyun!..
Yer çoxdan qaçıbdı ayağım altdan,
Göy də sürüşübdü qüruba doğru...
Asılıb qalmışam hansısa qatdan -
Tutaşıb içimdə ilğımla doğru!
İzi ovcumdadı dırnaqlarımın
Sıxılan yumruğun acısı dizdə...
Anlaya bilmirəm, niyə təkliyin -
Dırnağı göz tökür, - qayçısı bizdə?!
Divar da bezibdi, tavan da çöküb
Çəkdiyim ahların ağırlığından!
Allah da əlidən harasa köçüb -
Ya da kömək etmir paxıllığından!
...Elə göynəyirəm, belə sönürəm
Kirpik ölçüdədi aramızda yer!...
Mən, kimə deyirsən ona dönürəm -
Allahım, sən ona bir az insaf ver!..

 

***

Gah yuxuda, gah xəyalda, gah sözdə
Dayanıram mən üz-üzə özümlə....
Gah dağdayam, gah dərədə, gah düzdə -
Ovunuram oxuduğun sözümlə!..
Sağda da sən, solda da sən, öndə sən
İşığına büdrəmədən gəlirəm...
Vallah məni hansı səmtə döndərsən -
Qibləm harda olduğunu bilirəm!..
Zaman ölçüm üzündəki təbəssüm,
Məkan ölçüm görüş yeri uzunu...
Bu ölçülər içərsində tələsdim -
Görmək üçün hər anımda üzünü!..
İnancımı inamımla tənlədim
Yuxuda da, xəyalda da, sözdə də...
Ümüd dənin bircə bircə dənlədim-
Göyərtməkçün ürəyimdə, sözdə də!

 

Göz yaşları...

Çöküb üzümə çən kimi,
Bitib ovcumda dən kimi!..
Məni görürsən, mən kimi -
Günahkar göz yaşlarında?!.

Sevgim olmayıb heç sir ki,
Dərd bizi niyə seçir ki?!,
Ağlımdan gəlib keçir ki -
Günah var, göz yaşlarında...

Dolan didədən duyulur,
Gözün dibində yuyulur!..
İçin-için də suyulur -
Gün, ahlar göz yaşlarında!

Boş deyilmiş yazı, qədər
Sevgi heç vaxt üzmür hədər!..
Məni elə mənim qədər -
Gün anlar, göz yaşlarında!.

 


Dumanlı yolun ŞERİ

Tez gələ bilmədim, yol duman idi
Hətta büdrədim də çala, çuxurda...
Bələdçim axsaq, həm kor guman idi -
O da karıxırdı gülüm, axırda!..
Hayıma çatmırdı yol nişanları,
Büküb gizləmişdi onları duman...
Özü - özü ilə danışanları -
Yolda müdrük etdi, gözümdə zaman!
Gəlirdim dumanı mən yara, yara -
Bir sevgi adına inadlanaraq...
Bir az çəkilsə də əsəbim dara -
Gəlirdim, xəyalən qanadlanaraq!..
...Yolun günahına şərikəm mən də,
Gecikdim, ...ləngidim...yubandım...nəsə -
Artıq yetişirəm sən olan səmtə -
Adını deyirəm, dön bax, bu səsə!..

 

Çərçivəsiz...

Mənim Günbatanda günüm batıbdı,
Dalğıc axtarıram suya baş vursun!..
Yorğunluq daşını ünüm atıbdı -
Gözümdə bacarsa, indi yaş dursun!..
Əlin titrəyişi yarpaq bənzəri,
Kirpiyin ucu da qırov yuvası...
Qaldırıb üstümə həsrət Xəzəri -
Yetişmir Allaha, girov duası!
Külək "diringi"-si, yağış bəstəsi -
Oynadır əlimdə sükut çətiri...
Düşübdü yatağa sevgi xəstəsi -
Üzümə çökübdü bulud ətiri!..
Sıxmayın vərəqi, şeri əzməyin
Dilim də, sözüm də tər - şivəsizdi!..
Divara baxmayın, mismar gəzməyin -
Mənim bu şəkilim ÇƏRÇİVƏSİZDİ!..

 


İstəmirsən...

Sən halımı bilə - bilə susursan,
Gözlərində gülə- gülə susursan...
Elə bil ki, gilə- gilə susursan -
İstəmirsən, ümüd şamı alışsın?!.
Sən kənardan izləməyi sevirsən,
Ürəyimi bizləməyi sevirsən!..
Tapdalayıb, dizləməyi sevirsən -
İstəmirsən , ümüd şamı alışsın!..
Sən özün də bu yaşamda tərəfsən ,
Varlığınla tamlığıma şərəfsən!..
Yandıran da, həm də yanan tərəf, sən -
İstəmirsən , ümüd şamım alışsın!
Sən bu halla , hal tutursan , halıma
Qurban olsun ömür o tək xalına!
Həsrət edib dodağının balına -
İstəmirsən ümüd şamım alışsın...

 


Görürəm

Mən səbr etməkdə ölçünü
Ancaq dözümdə görürəm!..
Ümüdsüz dönən elçini -
Ancaq özümdə görürəm...
Gəzmədən dağın o yanın ,
Burda gəzməkdən doyanın...
Əli hər yeri soyanı -
İynə gözündə görürəm....
Çox sərtdi haqqın silləsi
Yenişdi ömrün pilləsi!..
Havayı naşı gülləsi -
Gülür, sözümdə görürəm...
Xam bulud üzü mənədi
Yaxasını büzmələdi...
Qəm adımı düz mələdi -
Sönən közümdə görürəm!..
Arxamca topa "ah" baxdı...
"Ah"-lar da belə bədbaxtdı!...
Axşam da mənə sabahdı -
Çözüb - çözümdə görürəm !

 

Öyrən...

Sən "Yasin"-i bilirsən,
bir az da ağı öyrən...
Bir hönkürtü üstündə -
vurmağa dağı öyrən!..
Xatirəm hər addımda
təzələrin atdım da...
Nə qalmasa yadında -
bu axşam çağı öyrən!
Görüş anda zərrəmiş,
Üzümə tel sərməmiş
dodaqdan gül dərməmiş-
gəz baxca, bağı öyrən!..
Mənəm kamın, həsrətin
həm də ki, bəsirətin!
Ürəklə çöz kəsmətin -
quruyan tağı öyrən...

 

Ürəklə söhbət

 
Bu küləkli gecənin
Qapısın döymə, keç get!..
Qoy ortalıq seyrəlsin -
Ləngiyib bir az gec, get!..
Onsuz da yol həminki,
Getdiyin ünvan da bir...
Ay ürəyim, qəminki -
Ziyarətdi,- O da pir!
Bu gerçəklik içində
Çox bənd olma küləyə...
Axı özün özünü -
Tuş edirsən gülləyə!
... Çaşıb nəsə umdum da -
Guya dəyişəsisən?!
Sənki özün tutumda -
Bir sevgi təşnəsisən!..

 


Şəklimi yastığa çək...

 
Sellənib gözümün lili -
Yanağım selovdu, selov...
Damlanın batıbdı dili -
Kirpiyim tiovdu, tilov!..
Xəyalım sındırıb nalın
Əvvəlki kimi çapılmır...
Ağrıyan ürəyin halın -
Bilən, soruşan tapılmır!..
Xatirələr asma körpü,
Tağları çökür gün-gündən...
Uçub tökülür bu hörgü -
Küt gedir təndirdə kündəm...
Yer gəzir özün atmağa,
Tənhalıqdan boğulan Tək!..
Göz yaşınla sən yastığa -
Yatanacan şəklimi çək!..

 


Sevgi cizgiləri...

Gecələri ulduz saymaq eşqinə,
Gündüzləri yola baxmaq adına...
Mən demədən istəyimi heç kimə-
Yaraşdırdım özümü Bir Qadına!..
Xəlvət yanıb, aşkar çəkdim ahımı,
Qoymadım ki, çölə çıxsın tüstümü!..
Tanıtmadım həsrətinə qapımı -
Xəyalıyla gizlin örtdüm üstümü!..
İçimdəki dua da O, and da O
Təkcə Allah qarşısında büküldüm...
Şahidimdi, görüb həmin anda, O -
Yanağına səssiz damıb ...töküldüm!..
... Hər ötən an mənə cəza damğası
Basıldıqca ürəyimə susuram...
Uzaq deyil buludumun yağması -
Nə Allahdan, nə də ondan küsürəm

 

Özümə dediklərimdən

Deyim bil : -
Özüm boyda, ölçüdə
özüm oldum çölçü də!
bu qədərə elçi də -
özüm düşdüm!..
Deyim bil :-
Ocaq nədi, kül nədi,
kim bəxtimi küllədi?!
deməsən də , güllədi -
sözün, düşdüm!..
Deyim bil : -
Durub sanki dağ üzə,
kölgə enib ağ üzə!
sən məndəki bax, üzə -
gözüm düşdü!..
Deyim bil : -
Bu hay, nə də bu haray
nə qəsirdi, nə saray!..
canımdan hər gün, hər ay -
dözüm düşdü!..

 

Gücüm çatmır...

Buludları sıxmağa,
damcıları yığmağa...
damcı, damcı çıxmağa -
göyə, gücüm çatmır ki...
Ulduzları dərməyə,
dərib telə sərməyə...
bu boşuna cərməyə -
heyə, gücüm çatmır ki!..
Ayın üzündən xalı,
günün çiynindən şalı...
almağa, keçid balı -
meyə, gücüm çatmır ki!..
Düşüb məndə "do" " si"-yə
əlim qalıbdı tiyə...
dönüb sormadın niyə -
nəyə gücüm çatmır ki?..

 

 

Kövrəldim...

Mən titrəyən əlimdəki,
Qələmə baxıb...kövrəldim...
Yaşadığım aləmdəki -
Ələmə bağıb ...kövrəldim...
Dünya yumruq boyda kiçik
Hürür it tək yaltaq küçük!..
Adi bir hal olub giclik -
Sələmə baxıb, kövrəldim!..
Dolub, daşan küplərin də
Div oturub diblərində...
Ovcum da boş, ciblərim də -
Şələmə baxıb ...kövrəldim!..
Sonu buymuş yır-yığışın
Dişi daşa keçib xışın!...
Tələsi var, - ömür , qışın -
Tələyə baxıb ...kövrəldim...

 

Gəlmir...

Çəkilməz bir "ah" borcum var,
Edilməz günah borcum var...
Q!əlb deşən silah borcum var -
Ödəməyə əlim gəlmir...
Mən dinləyən nağıl hanı?!
Məndə həmən ağıl hanı?!
Əvvəl hanı, axır hanı -
Çoxdan deyib "gəlim?" - gəlmir...
Hər anıma yetən özü,
Məni qoyub gedən, özü!..
Məni dəli edən özü -
Olub dəli,- dəlim gəlmir!..
Bu yaşamın tamı, dadı
İtib. qalıb quru adı!
65-im qapıdadı -
Dönüb geri, əllim gəlmir...

Arxasında...

Gecəni üzümə tutdum -
Gizlətdi Ay, arxasında...
Payız olduğun unutdum -
Söykəkdi yay, arxasında!..

İşlədib köhnə kələkdən,
Yaxamı aldım küləkdən!
Sirrim yoxdu ki, mələkdən -
Vəd durur pay arxasında!

Baxmadan günə, nə vaxta
Əl açdım , İlahi taxta!
Gülüm, şəriksən bu baxta -
Nə olsa tay, arxasında!..

 

 

 

Bir ŞƏKİLƏ etirafım

Gecikmiş məktub kimiyəm -
Oxunmuram...
Qəm didib yeyir içimi -
Toxunmuram...
Yorulmuş atın tərkin
Buraxmır, ömür sərgin!
Mən ,istədiyin hər gün -
Doğulmuram!
Bu sirr yad deyil dilə,
Deyim bil, bilə -bilə
Asırsan saçın ilə -
Boğulmuram...
Sınasan da hər necə,
Qoşulmuram hər köçə!
Kölgə deyiləm , gecə -
Yox olmuram!..

 

Bir olub...
dolaşıb bir-birinə
iki budaq bir olub...
sevgiyə bax, İlahi -
iki dodaq bir olub!..
bir "OL!"-dan yaranıbdı,
baxışla daranıbdı...
qadasın yar alıbdı -
dünya-otaq bir olub!..
sirri birdi "OL"-ların,
və kəsişən yolların!
arasında qolların -
iki yataq bir olub...
kirpik yaşa şəritdi,
heyrət daşı əritdi!
məni vüsal kiritdi -
iki butağ bir olub!

 


Bəxtəvərim...

( "Bir Qadına" silsiləsindən)
Külək səpib saçlarını üzünə
Toxunmur ki, külək küsər, inciyər...
Bu qız , bu gün heç bənzəmir özünə -
Tanımayan ona "həlim, dinc "-deyər!..
Bulud çəkib gözündəki od üstə,
Qaysaqladıb dodağının balın da...
Titrəyiş var, ipək kimi o səsdə -
Şeh iz salıb buxaqdakı xalında!..
Oturubdu çənəsinə bənd əli,
Hiss etdirmir gözlədiyin sükutla...
Həm inanclı, həm inamlı bəndədi -
Zikir edir içindəki umudla!..
...Bu qız özəl ovqatıyla məni də
Özəl sevgi dünyasına köçürüb...
Bəxtəvərim, bəxtim çoxdan səni də -
Köynəyimdən, ürəyimdən keçirib...

 


Duyğular

Gözüm yola sancaqlı,
Qulağımsa bir səsə...
Ən əziz adam olur -
Müjdə!- verən hər kəsə.
Fikrin qərarsız anı,
Canı üzür, an, canı!
Arayıram dörd yanı -
Tapmaq üçün hər nəsə!..
Məni məndə "mat" edən,
Duyub olur "mat" yetən !..
Görüş yerinə gedən -
Yolu salsam da kəsə!..
Ağrılarım kükrədi,
Qalan ömrüm fitrədi!..
Zildə səsim titrədi -
Son ümüd qaldı pəsə...

 

Yağışla söhbət

Şüşəsiz pəncərədən
üzümə yağış yağır...
Damlalar ilk zərbədən -
üzümə naxış salır...

Hava sanki suyulur,
bir həlimlik duyulur...
İçimdən qəm yuyulur -
üzümdə yağış qalır...

Baxmır fikrə, zəndə də
çəkir hər cür fəndə də!..
Mən adlı bu bəndə də -
Yağışa bağışlanır!

 

Yenə qəlbə gecənin
Pıçıltısın köçürtdüm...
Ürəyindən keçəni-
Köynəyimdən keçirtdim...
Ulduzların çələngin
Üzük etdim ruhuma...
Görüşməyə gələydin -
Kaş bu gecə yuxuma...
Ayın üzündəki xal
Qoynundakın andırdı...
Öpüşümdən olub lal -
Dodağımı yandırdı!..
Bu gecəki nağılı
"Biri var"-dı bitirdim...
Ürəyi, həm ağılı -
"Biri yoxdu" - itirdim...

 

 

 

Ağrılı anın istəyi

"Bir Qadına..." silsiləsindən

Məsafə önəmli deyil,
Önəmli olan qayğıdı...
Sızlayan ürəyim deyir -
Diqqət ən gözəl sayqıdı!..
Yanağa toxunan nəfəs
Ağrının kəndirin kəsər...
Oyanıb, közərər həvəs -
Ruhun da dodağı əsər...
Çözülər dilin düyünü,
Sözlər yağış tək ələnər...
Anındaca can evini -
Gül ətirli işıq bələr!
Gözün dibində buludu,
Edərək iki damla yaş...
Sinəmə sıxıb umudu -
Gülüm, xoşbəxt olaydım kaş!..

 

Daşdan çıxan ümüd...

Tarazlığın itiribdi xəyalım
Gah uzağa, gah yaxına üz tutur...
Sir deyil ki, sənə mənim bu halım -
Büdrəsə də, qamətini düz tutur!..
Şaxələnib yaddaşımda yol , cığır
Gözə dəymir nə bir gedən, nə bir iz....
Ürəyimdən bircə dənə yol çıxır -
Gedəni də, gələni də ikimiz!..
Mənzərəsi bulanlıqdı, tutqundu
Biz yaşayan bu dünyanın lap başdan...
Dəfələrlə sevincimiz udqundu -
Çünki, çıxır ümüdümüz sal daşdan!
...Düymələri sökülübdü yaxamın,
Tərslik edən tənhalığın əliylə!..
Sən ay məni , hər anımda yaxanım -
Püşkün düşüb mənim kimi dəliylə!..

 

 


Bələnir...

Günü ələmək olmur,
Ələk gündə ələnir!
Dən sünbüldə gözləyir -
Evdə, kündə ələnir!

Xəyal dağdı qəlbimə
Var xəyaldan qəlbi, nə?!
Qəm sığmır qəlibinə -
Ürəkdə kündələnir!

Hicran bir dərin kaha,
Çıxış girişdən baha!
Hətta çəkdiyim aha _
Soruşmur, gün bələnir!..

Ömür adlı viranda
Ömür olur, bir an da!
Ölüm adlı tiran da -
Haq olub , - din bələnir!..

 

Şəhər mənzərəsi

Sənə şükürlərlə açdım səhəri,
Qovdum içimdəki qəmi, qəhəri...
Tay sevə bilmirəm, mən bu şəhəri -
Qarşıma çıxmırsan, şəhər boş qalıb!..
Silib-süpürüblər, yığıb gediblər
Söküb dağıdıblar... yıxıb gediblər...
Gedənlər havalı çıxıb gediblər-
Qarşıma çıxmırsan , şəhər boşalıb!..
Düşsə də kökündən hayım, harayım
Olub ziyarətgah sevgi sarayım!
Görüş yerimizin saçın darayım -
Saçından bilinir, şəhər qocalıb!..
Artıb qayğı yüküm, artıb duz yüküm
Bir yüküm olubdu indi yüz yüküm!..
Özüməm özümə indi öz yüküm -
Məni də deyəsən, şəhər borc alıb...

 

 

 

Təkliyin hıçqırtısı...

Dörd divar içində tək, tənha vaxtı
Bəzən öz səsim də üşüdür məni...
Bilirəm, yatmayıb, hələ oyaqdı -
Bi Allah, bir də o eşidir məni!..
İçimdə var,-gələ ara verməyən
Xatirələr baxır sükutla mənə...
Özü öz çəkdiyi ahla göynəyən -
Boylanır sonuncu umudla mənə!..
Hər an doğma nəfəs, isti br baxış
Ruhumdan süzülən şüa tək keçir...
Sənə varlığımdan, dilimdən alğış -
Bitib tükənməyən dua tək keçir!..
Bütün hallarımın ortağı təklik,
Bir də dinlədiyim öz pıçıltımdı...
Məndə bir ümüd var - o da bir ərklik -
Qapın döyülürsə bil, hıçqırtımdı!..

 

 

Sözüm də ...

İçimdə gəzib dörd yana ,
Yenə söz təsbeh çevirir...
Özünü batırıb qana -
Qələmim sükut devirir!..
Gəlib günümü ləkliyin,
Görün qəlbimin çəkdiyin!
Yarıb bağrını təkliyin -
Sözüm də sözlə sevilir!..
Ahı göyə körpü etmək,
Bu körpüynən çıxıb getmək..
Son istəyim - SƏNƏ yetmək ! -
Bunu bir el, bir ev bilir!..

 


Gəlmişəm...

Yarıb qaranlığı, söküb dan yerin
Sənin səhərinə keçib gəlmişəm...
Vallah bir nəfəsə- içində tərin -
Gülüm, şəhərinə köçüb gəlmişəm...
Qəfil havalanıb axan ulduz tək,
Sahilə üz tutub baxan sal buz tək...
Sevən ürəyimlə tənha, yalqız, tək -
Sənə Qibləm! - deyib, seçib gəlmişəm...
Olub büdrək ayaq, əl, əsməmişəm
Sevib, sevilməkdə tələsməmişəm...
Hər an axtarmışam, gəl, səsləmişəm -
Bu fikri ömrümə biçib gəlmişəm!

 

Yenə...

Yenə dünənimə üz tutub gedim,
Gedim dünənimin ilməsin söküm...
Özümü özümlə mən məşğul edim -
Dərib göz yaşımı üzümə töküm...
Çəkilib oturum ağac dibində
Ya daşa söykənim əlim cibimdə!..
Yol keçən görəndə mən öz tipimdə -
Onun yaxasına sualla çöküm...
Nəsə eləyim ki, qarışsın başım...
Arada kükrəyib həddimi aşım...
Çənəmin küncündə düyülən yaşım -
Səni də , ovcumun içiylə büküm...
Məndən bezənəcən qalım dünəndə,
Sükut da mən olum, elə dinən də!
Mənim dodaq yerim sənin sinəndə -
Olsun sevgimizə yazılmış hökm!

 

Anın pıçıltısı...

Qapını döyürəm , açmadan "get!" de
Cəzamı çəkməyə göndər sən məni...
"Sənə nə demişəm , sən onu "et"" -de -
Yenidən başına döndər sən məni!..
Bilim ki, gəlməyim könlüncə oldu,
Gözlərin yol çəkdi, fikrin qarışdı...
Arada qəlbinə hıçqırıq doldu -
Kirpiyin bir damla yaşla barışdı...
Yanağın oxşadı əlim, qapının
Tutacaq yerini sıxıb...saxladım.
Ucundan yapışıb xəyal sapının -
Əlimi əlinə sanki bağladım!..
Unudub həmin an bu soyuqluğu
"Get!" deyən səsini götürüb getdim...
Amma , deməsəm də, özün bilirsən -
Səni bu gecə də ziyarət etdim...

 

Çətin ki...

Ruhumu saz etməyə,
Ən xoş avaz etməyə...
Bu qışı yaz etməyə -
Çətin ki, gücüm çatsın...
Ahlarım ahıllanıb,
Bir az da ağıllanıb...
Canımda ağrı qalıb -
Çətin ki, gücüm çatsın!..
Dizim tez-tez yer öpür,
Deyir mənə gör, götür...
Üstümdən sevgi ötür -
Gedir ki, dinclik tapsın!

 

Deyil...

Buludlardı axıb gedən -
göy üzü deyil...
Adamlardı baxıb gedən -
göy , özü deyil!..
Bu yaş ki, piranlıqdı,
Ömür , gün bir anlıqdı...
Yarılan qaranlıqdı -
gündüzü deyil...
Ahın ətəyi uzun,
Naxışı kədər, hüzün...
Hər ada bir şam düzün -
bu cüzi deyil!..
Söndürüb odun, közün
Yumdum ürəyin gözün!..
Sizə dediyim , sözün -
ən düzü deyil!..

 

 

Deyəsən

(Yarı gerçək, yarı da...)

Deyəsən ömrümün ilməsi qaçıb -
Naxışlar bir-birin vurur deyəsən...
Bir xoş an yoxdur ki, qapısın açıb -
Mənimlə üz-üzə durur! - deyəsən...
Xəyalın az qalır nalı qırıla,
Dərdin əlindəki yaxam cırıla...
Məni haldan salan həsrət yorula -
Fərəhlə bu eşqə Qürur! - deyəsən...
Salsın Tanrı bizi, salsın yadına
Söylə Şərəfinə, de ki ,adına -
Pərvanə olduğum , mələk Qadına -
Əbülfət hələ də, vurur, deyəsən!

 

 

Çatır

Yaman uzun oldu gecə
Bir ucu səhərə çatır...
Qoşulandan mən bu köçə-
Yürüşü qəhərə çatır...
Ağır imiş yükün daşı,
Göz yaşıma bükün daşı!..
Ətəklərdən tökün daşı -
Gücümüz yəhərə çatır!..
Məndən məni uman alıb,
Ümüdümü guman alıb!..
Kəndi çoxdan duman alıb - -
Atlanıb, şəhərə çatır!..
Canım, ip ki, üzülmürsə
Sinənə gül düzülmürsə...
Dilimdən bal süzülmürsə -
"Sağ ol!"-u "zəhərə" çatır...

Alınmayan söhbətin ŞEİRİ
 
Özümlə söhbətim tutmur bu gecə -
Mövzular qarışır, fikir dolaşır...
Ola da bilmirik hələ heç-heçə -
Söz sözlə çəkişir, cümlə dalaşır!..
İncikdi , elə bil, qələm kağız da
Susub dayanıblar yönü aşağı...
Kəsər də duyulmur dildə , ağızda -
Zəmi biçilmədən olub başağı!..
Arası dəyibdi daşla divarın
Dəyib bir-birinə qayıdır geri...
Məni düşünəndə kirpik suvarın -
Duanız göyərtsin olduğum yeri!
...Özümlə söhbətin canlı şahidi -
Allahdı, bir də ki, sənsən hər bir an!
Həzin ağı söylə, sevgi şəhidi -
Duysun ki, üstündən çəkilir duman!

Qırılıb dor ağacı,
Bir kədər lövbər salıb...
İçimi didib acı-
Əlim üzümdə qalıb ...
Fikirlərin düyünü
Bir az da sərtləşibdi...
Bulud alıb göyümü -
Yerləmi şərtləşibdi ?!.
Xatirələr dəstəyim -
Ruhuma yayılıbdı...
Gülümsəmək istəyim -
Ömrümdən yayınıbdı!..
...Asıldığım kəndirin
Bir ucu doğanaqdı!
Odu sönmüş təndirin -
havası boğanaqdı...
Qırılan dor ağacı
Kədəri işə salıb ...
Çırp arxamca, ucunda -
Kipriklərin şeh qalıb...

 

Gecə düşüncələri

 
Bu gecə də göz-gözəyəm tavanla,

Nə görmüşəm heç bilmirəm mən onda...

Günlərimi yağlı. ya da yavanla -

Yola verib, bitirirəm mən sonda!..

Cansıxıcı olsada bu gözləşmə,

Hərdən xəyal yelpikləyir ruhumu...

Aramızda olmasa da sözləşmə -

Səhərəcən axtarıram yuxumu!..

Tənhalığın gücü artır gecələr

Boğuluram, gah batıram özümdə!..

Hamı yatıb , boşalıbdı küçələr -

Kimə isə dəyməcə yox gözümdə!

...Bir nöqtəni qaralayıb tavanda

Qınamıram həsrətimi çəkəni...

Tək buraxma , sən də vüsal davanda -
Ürəyinə, şəkilini əkəni!..
Çatırsan...

 
Əlim boşda qalanda ,

Boşluq olan yalan da

Məni məndən alanda -

Sən hayıma çatırsan!..

Dişim dili didəndə,

Susdu dil də, didən də!..

Qəm bitəndə didəmdə -

Sən hayıma yetirsən!

Son nəfəsdə , son anda

İçim oddan donanda ...

Elə həmən o, anda -

Sən hayıma çatırsan!..

Sirri -xuda -sən - tilsim-

Əbülfət hardan bilsin ?!

Ruhuma bəlli sim-sim -

Sən , hayıma çatırsan!..
Gözümü

 Fikrim dolaşıqdı, başım dumanlı -

Torranıb, saçınla silim, gözümü!..

Mən bir az ümidli, bir az gumanlı -

Saçının içində bilim, gözümü!

Baxmadan bir daha acı anlara,

Halıma, günümə acıyanlara!..

Ömrümdə gül kimi açılanlara -

Sayım gözmuncuğu, gülüm, gözümü!

Ümid aradıqca sökülən danda

Olmusan anbaan ruhumda, canda!..

Gözümü görməyə darıxan anda -

Göstərsin gözünə əlim, gözümü!

Şəkliylə təması görüş saydığım,

Həsrətin qəmimə örüş saydığım...

Əlinlə sığayıb, susub bağlıyım -

Səninçün qoruyum - ölüm, gözümü!
Yaxam əlindədi yenə ağrının

Ovuram dincəlmir, sıxıb dişimi!

Təsəvür edərək ömrün axırın -

Qurtarmaq cəhdim var qalan işimi...

Açılmır . nədənsə, dizin büküyü

Sanki daş altdadı çiyinlərim də...

Bu nimdaş ömürün çoxdu söküyü -

Görmək istəmirəm əyinlərində!

Hər gün bulansa da gözümdəki lil

Susan xatirələr qoruyur özün...

Mən səni sevirəm!- təkrar deyim, bil -

Yazarsan ,olarsa sən də , bir sözün!

 

 


Anama CÜMƏ ŞERİM

Heç vaxt şəkilinlə danışmadım mən
Yadıma düşəndə telefon açdım...
Sənin yoxluğunla barışmadım mən-
Yuxuda , bu gecə , üstünə qaçdım -
Mənim çiçəklərdən, ay çiçək, anam!
Evdə gün sayırlar, məndən xəlvətdə
Deyirlər , az qaldı qırx tamamına...
Gizlin söhbət gedir səndən əlbətdə -
Mən girib -çıxıram dərd hamamına -
Gücüm də tükənir, tay çiçək anam!..
Vaxtın sürətinə sübhəm çoxalıb
24 Aprel...və bəlli də il...
Mənim ürəyimdə qırıq ox qalıb -
Ananda o günü - sızıldayır dil -
Mənim qaçqın bəxtli. ağ birçək anam!
İndi albomları açıb baxıram
Səninlə şəklim çıxmır önümə...
Yersiz öz-özümdən coşub çıxıram -
Yazıq, bu şəkilsiz, yazıq günümə -
Qəlbi şəhid dağlı, ağ çiçək anam!
Nə ola bilər ki, mənə təsəlli -
Ancaq xatirələr, bir də ki, dua...
Hərdən yuxuma gəl, qoy nəfəsinlə
Yenə də isinsin sən quran yuva -
Mənim çiçəklərdən,ay çiçək anam!

 


Bəlkə...

 İlahi, bu gecə də
Sevgi izi görünmür...
Uçur köhnə divarlar -
Təzəsisə hörülmür...
Yeri öpür gözlərim
İzinin dadı üçün...
Sıralanır sözlərim -
Bir qızın adı üçün!..
Yaddaşıma güc düşür,
Əsir ruhun dodağı...
Mehə yellənçək olur -
Bir sevginin otağı!..
...Çox uzaqdan bir kölgə
Gözümü çəkib aldı....
Düşündüm ki, bu bəlkə -
Ruhum "Bəlkə"-də qaldı!

 

Xəyalımdakı gecə

 Səhərə gör nə qalıb? -

Qalıb bir gecəlik yol...

Gözünü yuxu alıb -

Yat ay gülüm, rahat ol!

Mən Ayın bədirlənən

Vaxtına qalacağam...

Yuxunun ətirlənən-

Ləzətin alacağam!~

Ölçürəm bir gecəlik -

Kirpiklərimlə yolu!..

Açıram sənlə birgə -

Gecəni vüsal dolu...

... Arzuladığım gecə,

Xəyalımda süslənir...

Qurduğum səsli saat -

Kirimədən səslənir!..
Görünmür...

 
Duası var hər məqamın, hər anın

O duanı düşünənin, ananın...

Allah verən Sevgisini dananın -

Yeri göydə, nə də yerdə görünmür!..

İstəyi var həm ürəyin, həm ruhun

Seçimini xatırladım mən Nuhun!..

Gözlərinə tərs baxanda bil, yuxun-

Yerin göydə, nə də yerdə görünmür!..

Baxışı var hər bəndənin, hər kəsin

Yatımı var hər avazın, hər səsin...

Hürküdəndən Əbülfətin nəfəsin -

Yeri göydə, nə də yerdə görünmür!..

 

 

Ayla görüş...

(Bir az lirik şeir)

Pəncərəmdən üzümə

Boylanır bu gecə , Ay!..

Deyirəm öz-özümə -

Tapdı məni, necə, Ay?!.

Tanrım verən payımın

Xərclədim il sayını...

Mən ömrümün Ayını -

Görmək üçün neçə ay!..

Həsrət ruhumda ləkə -

Rəhm eləyə bu, təkə!

Yır-yığış edib , bəlkə -

Mən tərəfə keçə, Ay?!,

Kim üçünsə bir kəsəm...

Göz yaşıyla qəm yesəm!

İnanmazsınız , desəm -

Tapdı məni gecə, Ay!
Məni kim düşünür...

 Kimdi vərəqləyən xatirələri,

Məni kim düşünür, ay Allah, indi?!

Sinəmə yazdıqca bu sətirləri -

Ürəyim üşünür, ay Allah indi!..

Telinin ucunda yağış damlası,

Kirpiyin ucunda işıq çalması...

Belə xəyallanıb yada salması ...

Məni kim düşünür, ay Allah indi?!.

Gözümü kökündən dərib ,götürən,

Qəlbinə ruhumu sərib, götürən...

Kimdi pəncərədən baxan, ötürən -

Məni kim düşünür, ay Allah , indi?!.

Əllərim qoynumda, ümid daş altda

Bir daş üstündədi və bir daş altda!..

Məni düşünəni deyib, yaşat da -

Məni kim düşünür, ay Allah indi...
Dərd abunəçisi ...

 Özümə baxıram, sənə baxıram -

Ömrümə, günümə tənə baxıram...

Adəməm, Cənnətdə dənə, baxıram -

Düşünüb bu nədi, ya da nəçidi?..

Odamı dərdlərə abunəçidi?..

Adına köklənmiş dillə, dilçəklə

Bundan da ümidli biir gələcəklə...

Əgər mən deməsəm, kim biləcək, nə -

Düşünüb, bu kimdi, ya bu nəçidi?

Odamı dərdlərə abunəçidi?..

Ürək ağrı çəkən, köz ələyəndi

Fikir kələfini çözələyəndi!..

Həsrət buludunu , göz ələyəndi, -

Düşünüb, bu kimdi, ya bu nəçidi?

Odamı dərdlərə abunəçidi?..

Mənəm ya gecikən, ya vaxtsız gələn

Baxtı yeyin olan, ya baxtsız gələn!..

Dünyaya şah , amma boş taxtsız gələn -

Deməyin, bu kimdi, ya bu nəçidi-

Bu, bütün dərdlərə abunəçidi!..

 


Tənhalığın şəkili...

 Qapısını külək döyür ömrümün,

Pəncərəsin yağış edir nişangah...

İstəkləri çiliklənmiş könlümün -

Həsrətindən ,arada bir , ol agah!..

Ağırlığı işin görür buludun,

Gözlərimin kötüyüdü saralan...

Yarpağına vər düşübdü umudun -

Bir işıqdı - yavaş, yavaş qaralan!..

Kəsərin də avazıyıb tay səsim

Tək özüməm səni susub, dinləyən...

Tənhalıqdan üşüyən nəfəsimi -

Görməmişəm , bu günədək inləyən!..

Mənzərəsi uçuq - sökük bir həyat
Xatirələr təkəmseyrək işarır...
Bir səs göndər, lap olsa da səs boyat -
Gəlib görsün kirpiklərim yaşarır...

 
***
Gedirəm, dərdimin üstə

Təzə dərd qoyub ucaldım...

Sonra da boyunu sevdim -

Sevə, sevə də qocaldım!..

Ürəyim üz tutduğu səmt

Başımı da dəvət edir...

Bir-birinə olandan bənd -

Başım ayağına gedir!..

Fikrimin atı nalsızdı,

Dərdim də çapır durmadan...

Yenə gözümə qan sızdı -

Yolu axıra vurmadan!..

Nə yaxşı hörgü bacardım,

Nə dərdə divar hörməyi...

Gəlim sən açan məktəbə -

Öyrət mənə, yeriməyi!

 Gülümsəyən kədər

 Yenə təbəssümün gizləyə bilmir,

Yenə kədərimin dodağı qaçır...

Özü -öz addımın izləyə bilmir -

Özünü götürüb özündən qaçır!..

Suyu kəsilibdi xəyallarımın,

Quraqlıq yaşayır yuxularım da...

İzin itirmişəm xoş anlarımın -

Görə bilmədiyim yuxularımda!

Bir səmtə üz tutmur düşündüklərim,

İtirəm onların pərənliyində.

Hisslərə qapılıb . bir də görürəm -

Batmışam kədərin dərinliyində!

Halım diqqət çəkir, könül oxşamır

Qaçmış dodağında söz var kədərin!

Bu fikir yaxamı heç cür boşlamır : -

Gözündə bir isti "DÖZ!" -var kədərin!
***

Mənim ömrüm bir ağ vərəq və qələm

Duyan da sən, görən də sən, yazan da...

Bilirəm ki, son ümidə vədənəm -

Oldum məni ürəyinə yazanda!

Olumumla olmağımın arası -

Düşüb gecə və gündüzə parası!

Sızıldayıb ürəyimin yarası -

Həm duada, zəkatda , həm azanda!

Düşünməki bir ilğımam - görnüşəm,

Gumanları ümidlərə hörmüşəm...

Bu dünyanın Cəhənnəmin görmüşəm -

Baxışlarım yolun, izin azanda!..

Ahlarımı ürəyimin közü bil-

Nə yazdımsa , onu şair sözü bil !

Günahların ünvanı bil, özü bil -

Sən də məni , hər qıldığın qəzanda!
Gəncliyimdən BİR PIÇILTI...

 Titrəyir dodaqları

Qızılgül ləçəyi tək...

Alışan ürəyimin -

Közün ,o dodaqdan çək!

Danışan baxışları

Ruhumu edir lək -lək!..

Daddıqca baxış barı -

Gözünü, gözümə çək!..

Qızaran yanaqları

Oyadır dəli istək...

Qaçırma bu anları -

Üzdə , dodaq izi ək!..

Bu xəyalı nağıl tək

pıçılda öz -özünə...

Pıçıltından şəkil çək -

Yar görünsün gözünə!
***

Günümü yuyub sərmişəm,

Yarpaqsız , quru budaqdan...

Dərindən nəfəs dərmişəm -

Səsim çıxmayıb yataqdan !..

Həvəsim bir az xəstəhal,

Ağlıma da heç nə gəlmir...

Həm nida var, həm də sual -

Birləşib olublar əlbir...

Sərdiyim günün üzünü,

Allah gördü, bir də ki, sən!..

O üzdə Sənə izini -

Göstərəcəm, yerdəki mən!

 


İçimdə

 Yüklənmə mənim qəmimlə,

Boş burax, batım, içimdə...

Tər dərddi düşüb ,əlimə -

Ələyib satım , içimdə!

Yaşıdım sevinc, yoxsa qəm -

Bilinər, əgər toxsa qəm!..

Sayca ümiddən çoxsa qəm -

Büzüşüb yatım ,içimdə!

Xatirəm meydan açacaq,

Cüt şəkil kölgə salacaq!

Son nəfəsə dək qalacaq -

Adın və dadın içimdə!..

 

 


Anama məktub...

Yenə gözlərim çeşmədi-

Məzarına tərəf axır...

O məzardan bu çeşməyə -

Anamın ürəyi baxır!..

Gözüm, selindən doy, axdı

Lillidi, demə boyaqdı!

Bütün diqqətim oyaqdı -

Eşidəcəm , məni çağır!..

İçimdən işıq köç edib,

Bilmirəm tez, ya gec edib!

Məni sındırıb, heç edib -

Ah çəkdirir ağır, ağır!..

Sənə oğulluqmu etdim?

Ya hansı gününə yetdim?!

Yetimlik - indi hiss etdim -

Nəymiş, anladım mən fağır!..
Tək qalıram...

 Hamı yolun ayırır -

Tində, tək qalıram mən...

Məcnunluğum sayılır -

Min də . tək qalıram mən!..

Bu bəxtdi, nə yazıdı

Olanların azıdı!

Bir gözəlin nazıdı -

Gündə tək qalıram mən!

Ruhumu sərib niyə,

Deyirsən "Qərib!" - niyə?

Salıbsan qəribliyə -

Çində, tək qalıram mən!

Göylərə açıb əli

De, Allahu-Əkbəri!

Məcnun - yəni ki, dəli -

Dində tək qalıram mən
Çıxmır...

 Əlimin əsası da

Əlimə , sahib çıxmır...

Sözümün əsası da -

Dilimə, sahib çıxmır...

Fikir oyur - ovulur...

Həm də soyur - sovulur...

Günümdən gün qovulur -

İlimə, sahib çıxmır!

Lap olsa da harada ,

Rəngdi - ağ da, qara da!..

Vurdu, qaldım arada -

Ölümə, sahib çıxmır!..

 

 


Məni...

Mən heç kiməm, heç nəyəm...

Nə bulaq, nə çeşməyəm!..

İstəyirdim düşməyəm -

Kədər düşürtdü məni!

Əlim üzülən gündən

Nuş etdim ahdan, ündən!

Asıldığım son dindən -

Qədər düşürtdü məni!..

Ömrün vüsal dadından-

Pay umdum bir Qadından!

Osa Ümüd atından -

Hədər düşürtdü məni!

Yubanıb, illədiyim -

Əbülfət, bilmədiyim

Vaxtında silmədiyim -

Bədəl , düşürtdü məni!
Tək adamın mənzərəsi...
 
Fikirlidi, danışmaq da istəmir

Öz içində heykəl kimi oturub...

Dizi əsir, amma kömək səsləmir -

Sanki Yeri o, çiyninə götürüb!..

Bir yaşamın ağrıların üzündən,

Bir də ahın tüstüsünü gizləmir...

Bu dünyada - Allah, Sən və özündən -

Başqasının diqqətini gözləmir!

Sükutunun kirkirəsi daş çəkir,

Xəyalında məktub yazır - qələmsiz...

Şəkilinə gözləriylə baş çəkir -

Əvəzində ümid alır - sələmsiz!..

O nə qədər yüklənsə də fikirlə,

Bir addım da duran deyil geriyə!..

Gecə, gündüz elədiyi zikirlə -

İnamı var - bir gün qoşa yeriyə!..
Demir...

Dilim qıfıllanıb sanki,

Tərpənib " Salam!"-da demir...

Hətta üz tutub inan ki,

"Od ver, bir qalam!"- da demir...

Duyanlar baxıb bükülür,

Yaz öynü yarpaq tökülür!..

İçimdə divar sökülür -

"Tikmədim,Qalam!"- da demir...

Allah!- deyib bitirdiyim,

Əlin haqqa yetirdiyim...

Mənə indi yetimliyim -

"Ay yazıq balam"- da demir...

 


***
Sanki qurumuşam, sanki donmuşam

Allah göz yaşı da vermir, ağlayım...

Gözləri gözümə köç etdi indi -

Anamın gözünü necə bağlayım?!.

Sönüb varlığımda həyat izləri

İçimin tüstüsü qara buluddu...

Bu hansı günahım, hansı ahımdı -

Yanımdan sürüşüb anamı tutdu?!

Söz tapa bilmirəm -dilim də dönmür

İçimdən keçəni mən açıb tökəm...

Bilirəm, analar köç edir, - ölmür -

İndi gücüm yoxdu, önündə çökəm!..

Ana, göz yummaram tay bundan sonra

Sənin gözlərini güldürmək üçün!..

Hər gün axtaracam, gəzəcəm çarə -

Ana ölümünü öldürmək üçün!

    ***

Təsəlli verən hər kəsə -

"Sağ ol!" - söyləyib susuram...

Tapmayıb başqa bir nəsə -

İçimdə sözdən küsürəm!..

Bu anım ahın tüstüsü

Canımı ütür istisi!..

Pozulub ömrün ütüsü -

Mən tay ümidi kəsirəm!

Dolaşır ayağım, dilim

Uzanır saqqız tək ilim...

Anamı aparan ölüm -

Başı aşağı gəzirəm!..

Lap ilkdən belədi axın -

Deyən, ay uzaq, ay yaxın!

Məndə oğulluğa baxın -

Bir həftədir ki, dözürəm!..
***

Nə zəng gözləyirəm, nə də ismarıc

Artıq son ümid də döndü ilğıma...

Bu da məzar yeri - on-onbeş qarış -

Gəlməzdi bu mənim heç vaxt ağlıma!..

Diz çöküb son dəfə öpdüm üzündən,

Göz yaşım oyada bilmədi onu...

Dünyanın ən acı selin gözümdən -

Tərpənib, ovcuyla silmədi onu...

Özümü sıxmağım uğursuz oldu,

Hönkürtü içimdə üsyan elədi...

Bu necə qədərdi, bu necə yoldu -

Heç kim "Yolun açıq olsun!" - demədi.

Bəlkə fikirlərim yersiz, mənasız

Ya da kimlərəsə gülünc görünür...

Mənsə barışmıram, çünki anamın -

Əbədi deyilən evi hörülür...
Bitsin...
 ( Cümə axşamına açılan sabahın ŞEİRİ)

Sabaha bir an qalıb -

duamı edim,- bitsin...

Ağrılı bir can qalıb -

çəkilib gedim - bitsin!..

Əqrəbi qırıq saat

baxıram, donub həyat!..

Mənə verib təzə ad -

çağır tay "Yetim!" - bitsin...

Bir cüməlik yol keçdim -

Kiprikdən qırov biçdim...

Göz yaşımı həm içdim-

həm də ki, yedim - bitsin...

Sən də oxşa şəklimi

El tanısın vəklimi!..

Elədim təklifimi -
bu da son!- dedim - bitsin...
Giley notları...

Ulduzları pərən düşüb ömrümün

Nə gecəni, nə gündüzü duyuram...

Kölgəsinə sığındığım əhdimin -

Duasını , diləməkdən doymuram!..

Od püskürür tərpənişi ahımın

Dilim, ağzım puçurlayır bir anda,,,

Heç bilmirəm mən hansı günahımın -

Adın çəkim, sən Namaza duranda!

Binə qurub, çəpər çəkib, arx açıb

Ürəyimi edib özəl məhəllə!..

İstəyəndə ya oxşayıb, ya sancıb -

Bitirmədim həsrət elmin mən hələ!..

İlə doğru gün karvanı yol ölçür,

Pərən düşən bəxt ulduzun saymadan...

Cisim qalır, içimdən bir ruh köçür -

Bir qadına məhəbbətdən doymadan!
Bəlkə...

İlahi, bu gecə də

Sevgi izi görünmür...

Uçur köhnə divarlar -

Təzəsisə hörülmür...

Yeri öpür gözlərim

İzinin dadı üçün...

Sıralanır sözlərim -

Bir qızın adı üçün!..

Yaddaşıma güc düşür,

Əsir ruhun dodağı...

Mehə yellənçək olur -

Bir sevginin otağı!..

...Çox uzaqdan bir kölgə

Gözümü çəkib aldı....

Düşündüm ki, bu bəlkə -

Ruhum "Bəlkə"-də qaldı!

 Xəyalımdakı gecə

Səhərə gör nə qalıb? -
Qalıb bir gecəlik yol...

Gözünü yuxu alıb -

Yat ay gülüm, rahat ol!

Mən Ayın bədirlənən

Vaxtına qalacağam...

Yuxunun ətirlənən-

Ləzətin alacağam!~

Ölçürəm bir gecəlik -

Kirpiklərimlə yolu!..

Açıram sənlə birgə -

Gecəni vüsal dolu...

... Arzuladığım gecə,

Xəyalımda süslənir...

Qurduğum səsli saat -

Kirimədən səslənir!..
Görünmür...

Duası var hər məqamın, hər anın

O duanı düşünənin, ananın...

Allah verən Sevgisini dananın -

Yeri göydə, nə də yerdə görünmür!..

İstəyi var həm ürəyin, həm ruhun

Seçimini xatırladım mən Nuhun!..

Gözlərinə tərs baxanda bil, yuxun-

Yerin göydə, nə də yerdə görünmür!..

Baxışı var hər bəndənin, hər kəsin

Yatımı var hər avazın, hər səsin...

Hürküdəndən Əbülfətin nəfəsin -

Yeri göydə, nə də yerdə görünmür!..

 

 


Ayla görüş...

(Bir az lirik şeir)

Pəncərəmdən üzümə

Boylanır bu gecə , Ay!..

Deyirəm öz-özümə -

Tapdı məni, necə, Ay?!.

Tanrım verən payımın

Xərclədim il sayını...

Mən ömrümün Ayını -

Görmək üçün neçə ay!..

Həsrət ruhumda ləkə -

Rəhm eləyə bu, təkə!

Yır-yığış edib , bəlkə -

Mən tərəfə keçə, Ay?!,

Kim üçünsə bir kəsəm...

Göz yaşıyla qəm yesəm!
İnanmazsınız , desəm -
Tapdı məni gecə, Ay!
Məni kim düşünür...

 Kimdi vərəqləyən xatirələri,

Məni kim düşünür, ay Allah, indi?!

Sinəmə yazdıqca bu sətirləri -

Ürəyim üşünür, ay Allah indi!..

Telinin ucunda yağış damlası,

Kirpiyin ucunda işıq çalması...

Belə xəyallanıb yada salması ...

Məni kim düşünür, ay Allah indi?!.

Gözümü kökündən dərib ,götürən,

Qəlbinə ruhumu sərib, götürən...

Kimdi pəncərədən baxan, ötürən -

Məni kim düşünür, ay Allah , indi?!.

Əllərim qoynumda, ümid daş altda

Bir daş üstündədi və bir daş altda!..

Məni düşünəni deyib, yaşat da -

Məni kim düşünür, ay Allah indi...
Dərd abunəçisi ...

Özümə baxıram, sənə baxıram -

Ömrümə, günümə tənə baxıram...

Adəməm, Cənnətdə dənə, baxıram -

Düşünüb bu nədi, ya da nəçidi?..

Odamı dərdlərə abunəçidi?..

Adına köklənmiş dillə, dilçəklə

Bundan da ümidli biir gələcəklə...

Əgər mən deməsəm, kim biləcək, nə -

Düşünüb, bu kimdi, ya bu nəçidi?

Odamı dərdlərə abunəçidi?..

Ürək ağrı çəkən, köz ələyəndi

Fikir kələfini çözələyəndi!..

Həsrət buludunu , göz ələyəndi, -

Düşünüb, bu kimdi, ya bu nəçidi?

Odamı dərdlərə abunəçidi?..

Mənəm ya gecikən, ya vaxtsız gələn

Baxtı yeyin olan, ya baxtsız gələn!..

Dünyaya şah , amma boş taxtsız gələn -

Deməyin, bu kimdi, ya bu nəçidi-

Bu, bütün dərdlərə abunəçidi!..

 

 

Tənhalığın şəkili...

Qapısını külək döyür ömrümün,

Pəncərəsin yağış edir nişangah...

İstəkləri çiliklənmiş könlümün -

Həsrətindən ,arada bir , ol agah!..

Ağırlığı işin görür buludun,

Gözlərimin kötüyüdü saralan...

Yarpağına vər düşübdü umudun -

Bir işıqdı - yavaş, yavaş qaralan!..

Kəsərin də avazıyıb tay səsim

Tək özüməm səni susub, dinləyən...

Tənhalıqdan üşüyən nəfəsimi -

Görməmişəm , bu günədək inləyən!..

Mənzərəsi uçuq - sökük bir həyat

Xatirələr təkəmseyrək işarır...

Bir səs göndər, lap olsa da səs boyat -

Gəlib görsün kirpiklərim yaşarır...
**

Gedirəm, dərdimin üstə

Təzə dərd qoyub ucaldım...

Sonra da boyunu sevdim -

Sevə, sevə də qocaldım!..

Ürəyim üz tutduğu səmt

Başımı da dəvət edir...

Bir-birinə olandan bənd -

Başım ayağına gedir!..

Fikrimin atı nalsızdı,

Dərdim də çapır durmadan...

Yenə gözümə qan sızdı -

Yolu axıra vurmadan!..

Nə yaxşı hörgü bacardım,

Nə dərdə divar hörməyi...

Gəlim sən açan məktəbə -

Öyrət mənə, yeriməyi!
Gülümsəyən kədər

Yenə təbəssümün gizləyə bilmir,

Yenə kədərimin dodağı qaçır...

Özü -öz addımın izləyə bilmir -

Özünü götürüb özündən qaçır!..

Suyu kəsilibdi xəyallarımın,

Quraqlıq yaşayır yuxularım da...

İzin itirmişəm xoş anlarımın -

Görə bilmədiyim yuxularımda!

Bir səmtə üz tutmur düşündüklərim,

İtirəm onların pərənliyində.

Hisslərə qapılıb . bir də görürəm -

Batmışam kədərin dərinliyində!

Halım diqqət çəkir, könül oxşamır

Qaçmış dodağında söz var kədərin!

Bu fikir yaxamı heç cür boşlamır : -

Gözündə bir isti "DÖZ!" -var kədərin!
**

Mənim ömrüm bir ağ vərəq və qələm

Duyan da sən, görən də sən, yazan da...

Bilirəm ki, son ümidə vədənəm -

Oldum məni ürəyinə yazanda!

Olumumla olmağımın arası -

Düşüb gecə və gündüzə parası!

Sızıldayıb ürəyimin yarası -

Həm duada, zəkatda , həm azanda!

Düşünməki bir ilğımam - görnüşəm,

Gumanları ümidlərə hörmüşəm...

Bu dünyanın Cəhənnəmin görmüşəm -

Baxışlarım yolun, izin azanda!..

Ahlarımı ürəyimin közü bil-

Nə yazdımsa , onu şair sözü bil !

Günahların ünvanı bil, özü bil -

Sən də məni , hər qıldığın qəzanda!
Gəncliyimdən BİR PIÇILTI...

 Titrəyir dodaqları

Qızılgül ləçəyi tək...

Alışan ürəyimin -

Közün ,o dodaqdan çək!

Danışan baxışları

Ruhumu edir lək -lək!..

Daddıqca baxış barı -

Gözünü, gözümə çək!..

Qızaran yanaqları

Oyadır dəli istək...

Qaçırma bu anları -

Üzdə , dodaq izi ək!..

Bu xəyalı nağıl tək

pıçılda öz -özünə...

Pıçıltından şəkil çək -

Yar görünsün gözünə!
***

Günümü yuyub sərmişəm,

Yarpaqsız , quru budaqdan...

Dərindən nəfəs dərmişəm -

Səsim çıxmayıb yataqdan !..

Həvəsim bir az xəstəhal,

Ağlıma da heç nə gəlmir...

Həm nida var, həm də sual -

Birləşib olublar əlbir...

Sərdiyim günün üzünü,

Allah gördü, bir də ki, sən!..

O üzdə Sənə izini -

Göstərəcəm, yerdəki mən!

 


İçimdə

 Yüklənmə mənim qəmimlə,

Boş burax, batım, içimdə...

Tər dərddi düşüb ,əlimə -

Ələyib satım , içimdə!

Yaşıdım sevinc, yoxsa qəm -

Bilinər, əgər toxsa qəm!..

Sayca ümiddən çoxsa qəm -

Büzüşüb yatım ,içimdə!

Xatirəm meydan açacaq,

Cüt şəkil kölgə salacaq!

Son nəfəsə dək qalacaq -

Adın və dadın içimdə!..

 

 

 


Güməniz MÜBARƏK Dəyərli DOSTLAR,Çox HÖRMƏTLİ Xanımlar və Bəylər!!!

Dünən Anamın Tanrı Dərgahına köçməsi ilə bağlı adını andığım Cümə axşamı MƏRASİMİNDƏ Fiziki və Mənəvi anlamda yanımda olan, Telefonla TƏSƏLLİ verən hər kəsin ayrı-ayrılıqda qarşısında BAŞ ƏYİR, sonsuz TƏŞƏKKÜRÜMÜ bildirirəm!!! Məni Tək buraxmayanları Uca Allahımız da heç vaxt TƏK VƏ ÜMİDSİZ BURAXMASIN!!!!Var olun, DƏYƏRLİLƏRİM!!!

***

Bu gün bir Cümə də uzaqlaşdın Sən -

Mən, inanmaq istəməsəm də hələ...

Düşünürəm, inama güvənən mən -

Anam gedib Cənnətə dəyib gələ!..

Yolun uzaqlığı, bir də ki, gediş

Ağlıma qarışıq fikir gətirir...

Bu necə yüksəliş, bu necə yeniş -

Adam ən doğmasın cismən itirir!..

Daha bir Cümə də öz sükutuyla

Ağrılı günümə nöqtələr düzdü...

Üzümü isladan göz - buluduyla -

Anamdan əlimi bir az da üzdü!..

 
Tək qalıram...
 
Hamı yolun ayırır -

Tində, tək qalıram mən...

Məcnunluğum sayılır -

Min də . tək qalıram mən!..

Bu bəxtdi, nə yazıdı

Olanların azıdı!

Bir gözəlin nazıdı -

Gündə tək qalıram mən!

Ruhumu sərib niyə,

Deyirsən "Qərib!" - niyə?

Salıbsan qəribliyə -

Çində, tək qalıram mən!

Göylərə açıb əli

De, Allahu-Əkbəri!

Məcnun - yəni ki, dəli -

Dində tək qalıram mən
Çıxmır...

Əlimin əsası da

Əlimə , sahib çıxmır...

Sözümün əsası da -

Dilimə, sahib çıxmır...

Fikir oyur - ovulur...

Həm də soyur - sovulur...

Günümdən gün qovulur -

İlimə, sahib çıxmır!

Lap olsa da harada ,

Rəngdi - ağ da, qara da!..

Vurdu, qaldım arada -

Ölümə, sahib çıxmır!..

 


Məni...

 Mən heç kiməm, heç nəyəm...

Nə bulaq, nə çeşməyəm!..

İstəyirdim düşməyəm -

Kədər düşürtdü məni!

Əlim üzülən gündən

Nuş etdim ahdan, ündən!

Asıldığım son dindən -

Qədər düşürtdü məni!..

Ömrün vüsal dadından-

Pay umdum bir Qadından!

Osa Ümüd atından -

Hədər düşürtdü məni!

Yubanıb, illədiyim -

Əbülfət, bilmədiyim

Vaxtında silmədiyim -

Bədəl , düşürtdü məni!
Tək adamın mənzərəsi...

Fikirlidi, danışmaq da istəmir

Öz içində heykəl kimi oturub...

Dizi əsir, amma kömək səsləmir -

Sanki Yeri o, çiyninə götürüb!..

Bir yaşamın ağrıların üzündən,

Bir də ahın tüstüsünü gizləmir...

Bu dünyada - Allah, Sən və özündən -

Başqasının diqqətini gözləmir!

Sükutunun kirkirəsi daş çəkir,

Xəyalında məktub yazır - qələmsiz...

Şəkilinə gözləriylə baş çəkir -

Əvəzində ümid alır - sələmsiz!..

O nə qədər yüklənsə də fikirlə,

Bir addım da duran deyil geriyə!..

Gecə, gündüz elədiyi zikirlə -

İnamı var - bir gün qoşa yeriyə!..
Demir...

 Dilim qıfıllanıb sanki,

Tərpənib " Salam!"-da demir...

Hətta üz tutub inan ki,

"Od ver, bir qalam!"- da demir...

Duyanlar baxıb bükülür,

Yaz öynü yarpaq tökülür!..

İçimdə divar sökülür -

"Tikmədim,Qalam!"- da demir...

Allah!- deyib bitirdiyim,

Əlin haqqa yetirdiyim...

Mənə indi yetimliyim -

"Ay yazıq balam"- da demir...

 

 


Bitsin...
( Cümə axşamına açılan sabahın ŞEİRİ)

Sabaha bir an qalıb -

duamı edim,- bitsin...

Ağrılı bir can qalıb -

çəkilib gedim - bitsin!..

Əqrəbi qırıq saat

baxıram, donub həyat!..

Mənə verib təzə ad -

çağır tay "Yetim!" - bitsin...

Bir cüməlik yol keçdim -

Kiprikdən qırov biçdim...

Göz yaşımı həm içdim-

həm də ki, yedim - bitsin...

Sən də oxşa şəklimi

El tanısın vəklimi!..
Elədim təklifimi -
bu da son!- dedim - bitsin...

 Giley notları...

Ulduzları pərən düşüb ömrümün

Nə gecəni, nə gündüzü duyuram...

Kölgəsinə sığındığım əhdimin -

Duasını , diləməkdən doymuram!..

Od püskürür tərpənişi ahımın

Dilim, ağzım puçurlayır bir anda,,,

Heç bilmirəm mən hansı günahımın -

Adın çəkim, sən Namaza duranda!

Binə qurub, çəpər çəkib, arx açıb

Ürəyimi edib özəl məhəllə!..

İstəyəndə ya oxşayıb, ya sancıb -

Bitirmədim həsrət elmin mən hələ!..

İlə doğru gün karvanı yol ölçür,

Pərən düşən bəxt ulduzun saymadan...

Cisim qalır, içimdən bir ruh köçür -

Bir qadına məhəbbətdən doymadan!
***
(Anasızlığımın 7 günü...)

Təsəlli verən hər kəsə -

"Sağ ol!" - söyləyib susuram...

Tapmayıb başqa bir nəsə -

İçimdə sözdən küsürəm!..

Bu anım ahın tüstüsü

Canımı ütür istisi!..

Pozulub ömrün ütüsü -

Mən tay ümidi kəsirəm!

Dolaşır ayağım, dilim

Uzanır saqqız tək ilim...

Anamı aparan ölüm -

Başı aşağı gəzirəm!..

Lap ilkdən belədi axın -

Deyən, ay uzaq, ay yaxın!

Məndə oğulluğa baxın -

Bir həftədirki, dözürəm!..
Qədərimin mənzərəsi

 Bükür dizlərimi, əyir qəddimi

Bir az can ağrısı, bir az da qədər!..

Sınmazdım, aşmazdım bəlkə səddimi -

Sən sevə bilsəydin elə mən qədər!..

Gözdən keçirirəm həyat yazımı -

Hər gün təzələnən boyat yazımı!..

Dondurub qışımı, oyat yazımı -

Qoyma gülümsəsin, bu acgöz kədər!..

İçim xırman yeri, xırmançı xiffət

Qəlbim qəlbin ilə bağlayıb ülfət...

Səni sevən gündən bilir Əbülfət -

Hədər yaşamayır, bu ömrü, hədər!..

 

 


Anamın əbədi evi...

Nə zəng gözləyirəm, nə də ismarıc

Artıq son ümid də döndü ilğıma...

Bu da məzar yeri - on-onbeş qarış -

Gəlməzdi bu mənim heç vaxt ağlıma!..

Diz çöküb son dəfə öpdüm üzündən,

Göz yaşım oyada bilmədi onu...

Dünyanın ən acı selin gözümdən -

Tərpənib, ovcuyla silmədi onu...

Özümü sıxmağım uğursuz oldu,

Hönkürtü içimdə üsyan elədi...

Bu necə qədərdi, bu necə yoldu -

Heç kim "Yolun açıq olsun!" - demədi

Bəlkə fikirlərim yersiz, mənasız

Ya da kimlərəsə gülünc görünür...

Mənsə barışmıram, çünki anamın -

Əbədi deyilən evi hörülür...
Anasızlığıma ağı

 Sanki qurumuşam, sanki donmuşam

Allah göz yaşı da vermir, ağlayım...

Gözləri gözümə köç etdi indi -

Anamın gözünü necə bağlayım?!.

Sönüb varlığımda həyat izləri

İçimin tüstüsü qara buluddu...

Bu hansı günahım, hansı ahımdı -

Yanımdan sürüşüb anamı tutdu?!

Söz tapa bilmirəm -dilim də dönmür

İçimdən keçəni mən açıb tökəm...

Biılirəm, analar köç edir, - ölmür -

İndi gücüm yoxdu, önündə çökəm!..

Ana , göz yummaram tay bundan sonra

Sənin gözlərini güldürmək üçün!..

Hər gün axtaracam, gəzəcəm çarə -

Ana ölümünü öldürmək üçün!
Salma...

 (Zarafat damarlı ŞEİR)

Məni qarşılama göz yaşıyla sən,

Məni göz yaşıyla yola da salma...

Ürəyi sonacan dinlə , səbirlə -

Məni olmayandan, ola da salma!..

Yarılan qaranlıq, sökülən dandı

Ağrıyan ürəkdi, göynəyən candı!

Mənə Səndən artıq Allah inandı -

Yolumu dağ- daşa, kola da salma!..

Susuram, dinmirəm, sükutam bu gün

Haqlısan , bəlkə də, qınamaq üçün!..

Amma , Əbülfəti sınamaq üçün -

Hirsini, hikkəni qola da salma!..

 

 

 
Yuxu...

 Dan üzündən boylanır,

gecə ,gördüyüm yuxu...

Allahım, getməyə kaş -

heçə , gördüyüm yuxu!

Ruhuma daş atır ah,

Susur, ya göynəyir gah...

Qəlbimə sabah, sabah -

köçə, gördüyüm yuxu!..

Sızma var dəhnəmizdən,

bu həyat səhnəmizdən!

Lap elə məhləmizdən -

keçə, gördüyüm yuxu...

Nə qədər olsa da kür,

qəm özü də dürdü, dür!..

Soruşma bitdi nə cür -

necə, gördüyüm yuxu!..
Yaz yağışlı gecə

Yağışlı bir gecədi

damlalar da sayılır...

Sayılan damlaların -

səsi ruha yayılır...

Üz-gözümə çilənib -

dincliyimi qaytarır...

Xatirələrlə dolu -

gəncliyimə hay salır...

Kövrəklik hakim olur,

bu duyğulu anlara...

Yəqin bu, təsəllidi -

yağışı duyanlara!

 


Aşağı...

 Gözümə yük olan yorğunluğumu

Çırpdım kipriyimdən yaxam aşağı...

Səni göy üzündə axtardığımdan -

Çəkindim, nə vaxtsa baxam aşağı!..

Bilirəm əyilir həm duman, həm çən

Damır ömürlüyə nöqtə, nöqtə dən...

Şəlalə olmuram, uca nöqtədən -

Sızıb qayalardan axam aşağı!..

Şair ürəyidi sənin otağın!-

Bunu söyləmirsə dilin, dodağın,

Edim etirafın həmin o , dağın -

Yüksəyə təpəyəm, dağam aşağı!..

 


Yaşıyıram

 Ümidlənib səslə, mehlə

Üz-gözümü yudum şehlə...

Biraz "ah"-la, bir az "eh"-lə

yaşayıram...

Əridikcə ünüm - ündə,

İtib-batır günüm- gündə!

Bilən yoxdu hansı gündə -

yaşıyıram?!.

Boşdu ömür qalaçası,

Qalaların balacası!

Baxır gözün alacası -

yaşıyıram?!.

Güc qalmayıb hay salmağa

Selbə atıb, pay salmağa!..

Dəyərmi, belə qalmağa -

yaşıyıram?..

Dərd əbədi -qarı düşmən! -

Yarı - dostdu, yarı - düşmən!

Bilə həsrət - barı, düşmən -

YAŞIYIRAM!

 

Mən kədərin sarayıyam            Anamın əlləri
(Şeirlər)
Bilirsənmi
Bilirsənmi bu həsrətin
Heç, nələr çəkdirir mənə?
Kəsərək yolun bəsrətin -
“Heçnələr” çəkdirir mənə...

Hücuma keçib dörd yandan
Çanımı çıxarır candan.
Ələkdən keçirib, andan -
Seçmələr çəkdirir mənə...

Yamaclar düzü aşağı
Sərib bax, izi aşağı!
Didəmdən üzüaşağı -
Çeşmələr çəkdirir mənə...

Üz tutub yetim günümə,
Yüyürüb yetim, günümə!
Sən gülmə, yetim, günümə -
İç nələr çəkdirir, mənə?!.
Qorxuram...
Sönmüş şam kimidi ömrüm
Yandırmaq - aldanış olar...
Qaralan ən son kömürün -
Tüstüsü saçını yolar...

Tərpənməz ölü nöqtədən -
Qədərin balta vurduğu...
Sakitcə çıxar kölgədən -
Qəmin boynunu burduğu!..

Nə köçə qoşular, nə də
Sarvanla dil tapmaq istər...
Könüllü düşübdü bəndə -
Həsrətin edibdi müstər...

...Sönmüş şamın çaxmaq bəxti
Düşünmə bir də yanmaya...
Qorxuram məni şər vaxtı -
Kim eşitsə, inanmaya!..


Danışa...
Heç belə olmurdu ki,
Mən susam, dərd danışa...
Şum qala bir kənarda,
Xırmansa şərt danışa!

Ah oynada tacını -
Yola, səpə saçını...
Yedizdirə acını -
Üstəlik sərt danışa.

Sayıb, büküb barmağın
Kədər atıb qarmağın...
Kaş, bərəni yarmağın -
Qaydasın mərd danışa!..

Yazdıran şeiri bizə -
Nur səpir şeirimizə...
Gəl, qoyma yerimizə -
Üçüncü fərd danışa!..


Ürəyimlə söhbət
Ürəyimə anlatmışam, xətrinə
Dəyməyəcək nə sözlə, nə baxışla...
Mən batıram göz yaşının ətrinə -
Allah səpən sevgi nurlu yağışla...

Qurban deyib, qurban edib doymuram
Hər addımda dilə gələn istəkdən...
Elə bilmə ürəyini duymuram -
Yan keçirəm o seçdiyi dəstəkdən.

Yerin, göyün varlığıtək görürəm
Ürəyimdə, gözlərimdə tək ONU!
Mən ruhumu baramatək hörürəm -
Sapından tut, sən özünə çək onu!

...Ürəyimə anlatdıqca sözüm də
Yavaş-yavaş həlimləşir, kövrəlir...
Hiss edirəm bu hallarla özüm də -
Ürəyinlə dil tapmağı öyrənir!


Sevmişəm
Həsrət yükün duz etmişəm
Günü günə üz etmişəm...
Bircə işi düz etmişəm -
Sevmişəm!

Aydan ayı küsdürmüşəm,
Oxdan yayı küsdürmüşəm...
Bir qapını kəsdirmişəm -
Sevmişəm!

Gözümdə göz güzgüm olub
İçimdə köz istim olub...
Bir ad - bir söz ismim olub -
Sevmişəm!

Var olduğum bu bölümdə
Haqq içimdə, Haqq çölümdə!
Hədə gəlsə, lap ölüm də -
Sevmişəm!


Olanım bu, qalanım bu
Gerçəyim bu, yalanım bu!
Bu dünyadan talanım bu -
Sevmişəm!!!


Anamın əlləri
(Dünən yaşlı bir qadın gördüm... Anamın bənzəri... Sac üstündə kətə bişirirdi... Əlləri eynən anamın əlləri...)
Fələyin bəlkə də son günahıdı,
Yarılan ruhumun ön cinahıdı...
Mənim ürəyimin oğul ahıdı -
Ağlaya-ağlaya yazdığım şeir...

Əlləri gözümün önündə - diri…
Telləri gözümün önündə - diri!
Yaman qucaqlayıb bu məzar piri -
Ağlaya-ağlaya yazdığım şeir...

Üzünün işığı axır üzündən,
Gözünün işığı baxır gözündən!
Küsən uşaq kimi qalxır dizindən -
Ağlaya-ağlaya yazdığım şeir...

Başından sürüşən çalması - nağıl
Bu gecə mənimlə qalması - nağıl...
Bütün nağılların alması - nağıl -
Ağlaya-ağlaya yazdığım şeir!

Boynuna sarılmaq ən böyük istək,
Allahdan umduğum bir anlıq dəstək!
Sənə görünürəm dəlitək, məsttək -
Ağlaya-ağlaya yazdığım şeir!..


Ümid
Tanrım çırpır xurcununu
Tökülür bir xışma ümid...
Payızıma yetişmədi,
Pay düşə qışıma ümid!

Fərq çox olsa da bölgüdə,
Göyə əl açır çölçü də...
Kaş bircə ulduz ölçüdə 
Nur saça yaşıma, ümid!

Həsrətdən olsam da dəli,
Üstümdə çətirdi əli.
De, bəxtdə gətirdi əli -
Ağıl qoy başıma, Ümid!

Canıma ağrı daraşır,
Sanki uçqundu - qar aşır.
Görürsən, necə yaraşır -
Bu divar-daşıma, Ümid?!.


Adamam...
Özüm özümə deyirəm -
Hər kəsə bəlli adamam!
Düzdü, bir az qəm geyirəm -
Bir az təsəlli adamam...

Yüküm fikir, çuxam kədər
Dürməyimdə yuxam - kədər...
Gücüm çatmır yıxam, kədər,
Deyəm, beşəlli adamam!

Elə bəlli yolum, izim
Yer öpməkdən qabar dizim!
Doğulandan birdi üzüm -
Sözlü, məsəlli adamam!

Hər kiməmsə, ya nəyəmsə
Sözə nökər, ya bəyəmsə,
And yerim məni bəyənsə -
Görər kəsərli adamam...


Bu sabahın duası
(Bir qadına...)
Mən nələr düşünürəm
Bir Allah bilir, bir sən...
Mənim nimdaş ömrümdə -
Allahım kimi birsən!..

Əlimi açdığım da,
Üstünə qaçdığım da,
Adına uçduğum da -
Bil, ən müqəddəs pirsən!..

Sevgisin mədh etdiyim,
Görməyi əhd etdiyim,
Çözməyə cəhd etdiyim -
Sən ilahi bir sirrsən!..

Başım dizinin üstdə,
Dizim izinin üstdə...
Sən də izinin üstdə -
Deyim, Kəbətək yersən!

Həsrət cizgisi...

İndi nə gecədi, nə də ki, səhər,
Nə də ki, gecənin, günün ortası.
Məni elə boğur bu nimdaş qəhər -
Qalır yel əlində vaxtın tortası...

Uçur, hiss etdirmir səssiz-səmirsiz
Sanki yarpaq düşür, ləçək üzülür...
Yaralı bir ürək - o da, təmirsiz 
Dərdlərdən uzun bir növbə düzülür.

Özü öz yükünün altında sönür,
Qaralır külünün içində közü...
Ümidi ani bir ilğıma dönür -
Donur dodağında sonuncu sözü.

...İndi nə gecədi, nə gecəyarı
Nə səhər görünür, nə günortası...
24 saatın içində barı -
Bitsin adım ilə bircə duası!

Sevmək üçün
Dodaqlarım öpüş umur - közərib,
Baxışlarım baxışından köz dərib.
Allah mənə sən gözəli göstərib -
Sevmək üçün...

Xəyallarım göy üzünü fəth edib,
Pıçıltını bal qarışıq mədh edib!
Yerdən göyə məsafəni qət edib -
Sevmək üçün...

Sığallayıb külək saçın, meh üzün
Belə anda "ah" qısadı, "eh!" uzun...
Soruşmadan, səssiz yuyur şeh üzün -
Sevmək üçün...

Xatirələr davamlı bir silsilə,
Danışdıqca ümid verir dil dilə!
Sən də gülüm, zaman ayır bir gilə -
Sevmək üçün!


Girovluq
Hər kəsin öz inadı var
Hər inadın öz dadı var
Tənhalığın bir adı var -
Girovluq.

Xumarlanır quru nəmdə
Yaşadıram bil ki, həm də
Bu ömürə, duru qəmdə -
Girovluq.

Pardaxlayır səs düzümü,
Duymur ki, hər kəs düzümü!
Görməyibdi tərs üzümü -
Cirovluq...

Günüm gününlə bir deyil,
Heç Əbülfət də pir deyil!
Arxalısan - bu sirr deyil -
Girovluq...


Bu günüm də dünənimdi
Bax, dünən də belə idi durumum
Ağrıları ələyirdim həvəslə...
Çalışırdım ciyərimin qurumun -
Təmizləyim qırıq-qırıq nəfəslə.

Gözüm yolun yaxasında bitmişdi,
Sözüm sözlər arasında itmişdi...
Özüm çoxdan aralanıb getmişdi,
Ruhum idi vuruşanım qəfəslə...

Sökülmüşdü xəyalımın köynəyi,
Duz basılmış bir yaranın göynəyi...
Biləmmirəm, məndən axı göy nəyi -
Umur, demir işarəylə, ya səslə.

Bir Qadındı xoşbəxtliyim, həm ahım
Sevgisini sayammaram günahım.
İlim, ayım, günüm, anım - Allahım,
Nə qalıbsa, "hə" sözünə əvəzlə!


Nəvəm Nigarın doğum gününə
Ömrümün işığı, bəxtimin adı,
Varlığın dəyişdi ruhumda dadı!
Sən mənim gözümdə doğmanı, yadı -
Yerbəyer elədin gəldiyin andan.

Arzum çiçək açdı, dodağım qaçdı
Ümidlər yolunu üzümə açdı!
Allahım, bu payın başımda tacdı -
Bunu dərk elədim gəldiyin andan!

***
Özümü asılı bilirəm
Bir topa bulud telindən...
Qurub, xəlvət yellənirəm -
Yelləncək, bulud yelindən!

Fikrimin hörgüsü bəndsiz,
Ustam da özümtək fəndsiz!..
Dilimin altı da qəndsiz -
Qurtar gözümü selindən!

Qəmlə hər oyunum tasdı,
Kimsə yaram üstən basdı!
Qəlbdə yer tapmadı, asdı -
Ağrı kəmərin belimdən.


Gəldiyin andan
Gecəmi gündüzdə əridib yatdım,
Səni oxşayaraq kiridib, yatdım...
Əlindən tutaraq yeridib, yatdım -
Xoşbəxtlik dilədim gəldiyin andan!

Bir az şıltaqlığı, bir az da nazı
Onu sevənləri edibdi razı.
Babanın nəvəyə min dəfə azdı -
Qurbanam! - deməyi, gəldiyi andan!


Ruhumun
Bu bədən adlı qəfəsdə
Havası çatmır ruhumun!
Susub aşkarca həvəs də -
Əli də yatmır ruhumun.

Çırpınır - susuz balıqdı
Sonsuz hesabda qalıqdı...
Dəryada dorsuz qayıqdı -
Yelkəni batmır ruhumun.

Tüstü tutub dərd pətəyin,
Bu həm sifətdi, həm təyin.
Kəsib sakitcə ətəyin -
Üstünə atmır ruhumun!

Yer göyün dizi altında
Tapdanır izi altında!
Sıxsa da bizi altında -
Heç başın qatmır ruhumun!


Cümə gününün şeiri
Eyni yanğı ilə, eyni acıyla
Məni gizli, aşkar ağlayacaqdır...
Sükunət içində silib saçıyla
Bir qara yaylığı bağlayacaqdır -
Məzar daşıma;
O, cümə günü...

Yerim boşalsa da cismim tutumda
Adım səslənəcək doğma dilində...
Ruhum hiss edəcək bir su udumda,
Kimsə sarılıbdı çiçək əlində -
Məzar daşıma;
Bu cümə günü...

Həyat axarında, zaman yolunda
Kim idim, kim oldum və necə qaldım...
Durub gözüyaşlı sağ və solunda
Susan doğmalarım hənirin saldı -
Məzar daşıma;
Bir cümə günü...

Kövrək duyğuları şeir etməyi
Ürək özü umdu, özü istədi...
Dünyadan abırlı çıxıb getməyi
Yazın, Əbülfətin gözü üstədi -
Məzar daşına!
Hər cümə günü...


Ürəyimə
Qapımı döyüb keçdin
Soyuq və yad bir əllə...
Bilmədim nəyi seçdin
Ödədiyin kirənlə -
ürəyimə...

Gözümdə şimşək çaxdı,
Ruhum isə üşəndi...
İçimdən ağrı axdı
Zəli kimi döşəndi -
ürəyimə!..

Toxunduğun tətiyin,
Mərmisi od qaladı...
Ömrün bax, bu gədiyin
Atəş təzdən caladı -
ürəyimə...

Nəyin cəzası oldu,
Bu soyuqluq və yadlıq...
Unutdunmu ki, doldu
Sevgi ancaq bir adlıq -
ürəyimə!..

...İllərimin hər anı
Sən yaşadan qərinə...
Köçür sən öz dünyanı,
Dünyaların yerinə -
Ürəyimə!..


Köhnəlib
Mən elə bilirdim ki,
Çəkdiyim dərd köhnəlib...
Sən demə dərdim ilə -
Kəsdiyim şərt köhnəlib!

Ömür yoxuş və yeniş
Dünya kiçik və geniş.
İllər, babalar demiş -
Olubdu sərt, köhnəlib.

Təklik vurduqca yara -
Günüm dönür biyara.
Qaysaqlayıb bu yara -
Nə qədər çərt, köhnəlib!

Saçı sünbülə dönür,
Yuxuda əlim hörür!..
Əbülfəti el görür -
Bükülüb qədd, köhnəlib!..


Bir dost şeiri
(Gənc və son dərəcə HALAL dostum Səlim Ayvazov üçün)
Hərdən zəng edirəm - halın soruşub,
Sonra qayğıları açıb-tökürəm...
Arada vəd alıb, sonra görüşüb -
Tənhalıq adlanan ilmə sökürəm.

Dünyanı tanıyır, sözü düz tutur.
Amma çılğınlıq da qalır canında!
Adını eşidən ona üz tutur -
Hiss edir diqqəti dərhal yanında!

Özünə bu yurdun hər adamını
Ellisi, doğması, əzizi bilir...
Və bir də dünyada həkim adını -
Şərəfli, müqəddəs, təmizi bilir!

Müsbət aurası ovqat yaradır
Hər zaman başına dost-tanış yığır.
O, bir fikri ilə hikmət andırır -
Kişi ürək sıxmır, yalnız əl sıxır!

...Hərdən zənglərimə ara verirəm
Deyirəm qayğımla yormayım onu...
Hər dəfə üzündə gülüş görürəm -
Kaş bu təbəssümün olmasın sonu!

Ağrı
Ögeyliyi gözdən qaçmır, gizlənmir
Baxışı da kəsir, hətta buz kimi....
Öz işini bildiyindən bizlənmir
Yara üstə basılmış saf duz kimi -
Şellənir ağrı...
Qapı döymür, izin almır, həvəslə
Yurd saldığı bədəndən o, can yolur...
Sövdələşib varlıqdakı nəfəslə
Gah qasırğa, gah tufan, gah yel olur -
Yellənir ağrı...
Fikir də dolaşır, söz də əyilir
Tək bircə gecəni dinc yatmayanda...
Hərdən ortalıqda belə deyilir:
“Dəhnəsin tutmağa güc çatmayanda” -
Sellənir ağrı...
Nə sevgi qazanır, nə də ki, nifrət
Tikan üstündədi günüm, gecəm də...
Nə vaxt hakim olur hər kəsə xiffət:
Tək bircə məqamda - eldən köçəndə -
Ellənir ağrı!..

Görən...
Məni özünə tərəf
Qəm çəkir, niyə görən?!.
Quzey bəlli, bəs güney -
Nəm çəkir niyə görən?!.

Kösövünün kömürün
Tüstüsündə gömülüm...
Yükünü bu ömürün -
Dəm çəkir, niyə görən?!..

Sevgi haqdan mərəzim,
Fikir, xəyal çərəzim!..
Axı bu bəxt tərəzim -
Kəm çəkir, niyə görən?!.

Adımla sözüm ülfət -
Bağlayıb olub külfət!
Həsrət... ümid... Əbülfət -
Cəm çəkir niyə görən?!.


Gülümsəyən səhər...
Şehlə yuyub bu gecənin üzünü,
Xoş elədim ovqatını səhərin...
Vurub yerə qaranlığın dizini -
Sıxdım onun canındakı qəhəri.

Ulduzların sayı qədər anları
Sapa düzmək cəhdim getdi boşuna...
Nə etdiyim, nə dediyim gəlmədi -
Pərvanəsi olduğumun xoşuna!

Yaramadı heç bir işə kamanım,
Qırıq oxun yükü düşdü çiynimə.
Tüstüləndi səssiz ahım, amanım -
Geydiyim qəm dar gəldikcə əynimə...

...Bu gecəni ayırmıram, seçmirəm
Gecələrin sırasından, vərindən...
Mən canımdan elə-belə keçmirəm -
Biləcəksən, düşünəndə dərindən...


Qoşma
Özümdən başqa özümün -
Kimdi günümü nəm bükən?!
Durub önündə gözümün -
Kirpikdən kökə qəm bükən?

Məni umuda bağlayan,
Hətta ruhumu tağlayan!
Canımı isti saxlayan -
Köynək sevgidi! - sən tikən!..

Daha götürə bilmirəm,
Sənə yetirə bilmirəm!
Vallah, ötürə bilmirəm -
Keçmir boğazdan son tikəm!

Ay gülüm, vaxtdı əriyən
Səndən bir sərhəd bəriyəm!
Can sən - mən sümük, dəriyəm -
Demək, Əbülfətə yükəm!


Dünya arzulara dardı...
Mən də bir Allah bəndəsi -
Bəndə arzularım vardı...
Nəyi qurdumsa həndəsi
Üstünü duman-çən sardı...

Əlcəkdən çıxan bir əli,
Kim isə saydı şirəli!
İstədim duram irəli -
Gördüm hər tərəfim qardı…

Qəmi çəksəm də dişimə
Zaman pəl vurdu işimə!
Həsrəti sıxdım döşümə -
Elə bildilər ki, tardı...

Mən də bir Allah bəndəsi -
Səndə arzularım vardı...
Dünya fiqurdu - həndəsi
Sonsuz arzulara dardı!


Bənzətdim
Bu necə sözdü, nağıldı:
- Əvvəldi, yoxsa axırdı?!
Arxamca bir qız baxırdı -
Məni bənzədib kiməsə...

Fikrimin düyünü sərtdi,
Sözü ürəyimi çərtdi...
Belə sevmək də bir şərtdi -
Səni bənzədib kiməsə...

Ötür keçsin duman-çəni
Yaxşı görmək üçün məni!
Deməsən də sevdim səni! -
Yəni bənzədib kiməsə...

Əlin qaş üstə yeri var,
Sözün sahibi - "meri" var!
Əbülfətin çox şeiri var -
Səni bənzədib kiməsə...

Yandır
Şaxta vurmuş budağam
Yavaş-yavaş kəs, yandır!..
At bu oda arabir -
Adımı çək, səs yandır!

Demirəm haya yetmə,
Düşünmə, fikir etmə.
Çox da dərinə getmə -
Olanacan bəs, yandır!

Bitib qolun zoru da
Yanır ruhun goru da!
Sən sonuncu qoru da -
Külək olub əs, yandır!


İndi danışırıq...
Durduğum nöqtədən başqa,
Heç gedəsi yerim yoxdu...
Hətta mənim, bax bu yaşda -
Köç edəsi yerim yoxdu...

İlahi, sənmi unutdun,
Yoxsa mənmi gözdən qaçdım?
Sən məni yuyub qurutdun -
Sübhü dirigözlü açdım...

Səsimi, durduğum yerdə
Əlimlə birgə qaldırdım...
Üstünə düşürdü kölgə -
Dərdimin qaşın aldırdım...

Gördüm ki, donur - qarşılıq
Vermək də çıxır yadından...
Susub, indi danışırıq -
Allahla mən bir qadından!..


Şəkilə oxuduğum şeir
Yenə öz hayında, öz havasında
Gözünə görünmür heç kim və heç nə...
Ürəklə ağılın söz davasında -
Bəbəyi olubdu qaynayan çeçmə…
.
Yuyulub yağışdan yolun naxışı
Qollar düyün düşüb sinə üstündə...
Uzaqdan boylanan bir qız baxışı 
Sakitcə salıbdı binə, üstündə...

Tıncıxıb bir az da vaxtın nəfəsi,
Üzülən yarpaqtək titrəyir dili...
Daralır əyninə bəxtin qəfəsi -
Sonuncu pərdədə büdrəyir zili...

Özünü tərk edib, özünü danıb
Yozum tapa bilmir düşdüyü haldan...
Bildiyi cavabdan ürəyi yanıb -
O qızsa yayınır hələ sualdan...

Ruhumun ağrısı...
Ruhumda sızıltı var -
Duz basılmış sızıltı...
Göz yaşlarım da axdı -
Yanaqlarım cızıldı...

Hönkürtüm bulud səsi,
Ürəyimi sel basdı...
Sona çatan nəfəsi -
Ümiddən bir əl asdı...

Daşı düşən divartək
Gördüm qopan ağrımı...
Qaytarıb öz yerinə -
Hörsün, tapan ağrım!

Qüsurlu görünməsin -
İstəmirəm ruhumun...
Ağrımla tamamlanır -
Künc divarı yuxumun.

Gecə ağrısı
Bu gecənin yuxusunu pozuram
Sızıldayan ürəyimlə birlikdə...
Bildiyimi hansı səmtə yozuram -
Haya çatmır imamlıq da, pirlik də!

Daş altından əl çıxaran adamtək
Ovuduram yaşadığım anı mən...
Ağrı - ordu, ortada da adamtək -
Nəylə yuyum, indi de, bu qanı mən?

Bomboş qalıb dünənki gur küçə, yol
Çəkilibdi sanki şəhər qınına...
Öz-özümə söyləsəm də - hazır ol! -
Ürək bilmir hansı adla qırıla…

Mən kiməsə yük olmaqdan uzağam
Bu gecəsə əlin qoyub çiynimə...
Qəm çəkməkdə, deyirlər ki, üzü ağam -
Çox rahatdı deyilənlər əynimə!


Bir kəlmə...
Sənə yazdığım məktub
Bircə kəlmədi, qadın!
O da Salam və bir də
Sənin və mənim adım!

Bilirəm ki, bu məktub
Vaxtını çox alacaq...
Bir gözün tək kəlmədə -
Biri yolda qalacaq...

Dolaşacaq xəyalın,
Gözünü sel yuyacaq...
Məktub aldığını da -
Evdə hamı duyacaq...

Oxu, sonra məktubu
Bacarsan cır, ya yandır...
Məktubdakı üç ada -
Sevdiyini inandır!


Təbəssümlü şeir
Beşdaş oynayır sanki -
Kədər mənlə diz-dizə...
Doğma olub inan ki-
Qədər mənlə, biz-bizə

Əvvəl desən də heçdin,
Amma sən məni seçdin!
Sonra tələsik keçdin -
Hədər, mənlə "siz-biz"ə!..

Hər halımı sınadın
Ürəyincə qınadın.
De, bitəndə inadın -
Nətər gələk biz sizə?!

Məzar başında pıçıldadığım...
(Atamın və anamın ziyarətində)
Gəlmişdim sizi görməyə,
Susdunuz, anamla atam...
Dünyanın heç bir yerində -
Belə qarşılanmır adam...

Sarıldım baş daşınıza
Dedim sizdən qalan odam...
Fırlandım mən başınıza -
Necə fırlanırsa adam...

Görən ruhunuz duydumu
Nə qədər doğmayam - yadam?!.
Yanan qəlbiniz doydumu -
Mən köçdən qalan adamam…

Gəldim, ağlayıb gedirəm
Göz yaşım qalır sizinlə...
Sizdən bir rica edirəm -
Hələlik... gedim izinlə...

Ömürdən bir gün...
Mənzərəsi ürək sıxır bu günün,
Bir qapıdı, bir pəncərə, dörd divar...
Barmaqlarım aça bilmir düyünün -
Arasında keçilməyən hörgü var...

Qucaqlayıb elə bil ki, daş daşı
Bir az çapıq, bir az hamar - yaş daşı...
Mən özüməm bu günümün yaşdaşı -
Ona görə kirpiyimə yağıb qar...

Səpilibdi üzügöyə toz-duman
Bir görən var, on beş isə göz yuman!
Azaldıqca saz dinləyən, söz uman -
Dünyamız da kiçilərək olub dar...

Gerçəkləri xəyal kimi hörmüşəm,
Bilməmişəm, bu da məni ağrıdar...
Elə bu gün ayılmışam, görmüşəm -
Tar bağlayıb ürəyimdə ağrı, tar!


Mənzərəsi ürək sıxan bu günün
Bir ad gülür dodağının ucunda...
Ümid çözür gerçəkliyin düyünün -
Bant edərək ürəyimi saçında...


Özümə
Bir əl sıxır - nəfəsini təngidir
Ürəyinin çırpıntısın səngidir...
Yavaş-yavaş yaşamağı tərgidir -
Əbülfət...

Bir ah açır qanadını çətirtək,
Bir üzünü qəm yandırır fətirtək!
Yavaş-yavaş tay tükənir xətirtək -
Əbülfət!

Bir söz donub düz dodağa yapışır,
Sözlə dodaq sanki indi tapışır!
Yavaş-yavaş halın hala qarışır -
Əbülfət!

Bir gecəlik yol qalıbdı sabaha,
Tükənməyib, bol qalıbdı, sabaha.
"Öl!"mü, yoxsa "Ol!" qalıbdı sabaha -
Əbülfət?!.


Səni yorub, tıncıxdırır suallar
Bu durumu od söndürən su anlar!
Danışacaq səndən indi susanlar -
Əbülfət!


İndidən...
Söykənmişəm divara
Bilirəm yıxılacaq...
Elə bildiyim üçün -
Ürəyim sıxılacaq -
                  indidən!..
Daş götürmüşəm yerdən
üst-üstə qoymaq üçün...
Tələsirəm gözümü -
Hörgüdən soymaq üçün -
                        indidən!..
Nəyi xəyal eləsəm
Anındaca aşınır!
Sabah sizə gələcəm -
Bax, ürəyim qaşınır -
                  indidən!..
Kimliyimi götürüm,
İşdi, birdən... nə isə...
Səbir gəldi, ötürüm
Bilim, divar əyilsə -
                    indidən!

Sevgidi ilahi güc...
Kirpiklərin ucundan 
Səssiz sildiyim kədər,
Sevgidi ilahi güc -
Mənim bildiyim qədər...

Tanıdığım, gördüyüm -
Qismətim mənə yetər...
Sevgidi ilahi güc -
Mənim bildiyim qədər...

Eşitdiyim, duyduğum
Nurdu öyünən qədər!
Sevgidi ilahi güc -
Mənim bildiyim qədər...

Həsrəti və vüsalı
Vəsf etmir şair hədər .
Sevgidi ilahi güc -
Mənim bildiyim qədər...

Üzüldüyüm məqam…
Bu axşam da tənhalıqdı, təklikdi –
Həm qonağım, həm ortağım, həm dostum…
Məni üzən gecikməkdi, lənglikdi –
Xatirələr sükutunu gec pozdum...

Səssizliyi dinləyirəm dözümlə
Hər anını duya-duya sonacan…
Həsrət odun söndürürəm gözümlə –
Damlaları saya-saya onacan.

Oxşadığım şəkillər də küskündü,
Təbəssümü köçən gündən üzümün...
Bu halımdan duyanlarım üzgündü –
Düşünərək son anımı özümün…

Bu axşam da tənhalıqdı, təklikdi –
Tanrım, bunun birin barı sən dirilt!
İndi qəlbim səksəkəli kəklikdi –
Onu da bax, təbəssümlə sən kirit!

Şairin
Kövrəlibdi, indicə
Buludtək sellənəcək…
Kirpikləri ucunda
Damlalar yellənəcək –
Şairin!..
Xəyalı düyün-düyün
Fikri çözüm arayır…
Ümidlərinin telin
Xatirələr darayır –
Şairin…
Ahının saplarını
İlmə-ilmə toxuyur…
Bir qız günahlarını
Hıçqırtıyla oxuyur –
Şairin!..
Baxıb görür güzgüdə
Bir şəkili gözündə…
Ürəyidi, gizlincə
Yanan sevgi közündə –
Şairin!..

Gözlərimin
Bulaq kimi qaynayır qəm
Gözlərimin lap dibində…
Mən bu qəmdən olanda dəm –
Gözlərimin tap, dibində...

Axşamı da səhər elə,
Kimdi deyən qəhər elə?!.
Sən sevinci kəhər elə –
Gözlərimin çap, dibində!

Gözün gəzir gündə, kimi,
Mən inancda, dində kimi?!
Son ümidi kündə kimi –
Gözlərimin yap, dibində!..

Payız danı…
Səhərəcən üzü dana baxıram
Kölgəsində üstümdəki buludun…
Az qalıram göy üzünə bağıram –
Kəsməsin o, yerdəkinin umudun!

Sevdalıdı içimdəki bəndəlik,
Kədəri də sevinc qədər öyürəm…
Günlərim var – hər bir anı rəndəlik –
Baxıb, susub… hayıf olub… deyirəm.

Başqa istək yaddı indi dilimə
Allah yazan tay başımdan tökülür…
Yaxın otur, əlimi al əlinə –
Gözümüzdə payız danı sökülür..

Çözümsüz anın şeiri
Heç özümü anlamıram bu günlər –
Gah dünəni, gah sabahı yozuram…
Çoxaldıqca sinəmdəki düyünlər –
Yaddaşımın boş yerlərin pozuram…

Qarşısında diz çökmüşəm Allahın –
Gedən yerim, gələn yerim bitibdi…
Cavabını bilmədiyim sualın –
Qarşısında olan ağlım itibdi.

Didiklənib kirpiyimin ucu da
Gözlərinə qor dolubdu dizimin...
Bir tilsim var, mən çəkdiyim acıda –
Üstün örtür arxadakı izimin…

Nə çəkdiyim, nə köçdüyüm kimsənin
İynə ucu halına da toxunmur…
Mən ətrafı çox diqqətlə dinlədim –
Ölmüşəmsə, niyə Yasin oxunmur?!


Tüstülənir...
Həyat elə sərt sıxır ki,
Nəfəsim də tüstülənir...
Candan ruh elə çıxır ki -
Həvəsim də tüstülənir...

Gəlib bir udum umud ver,
Nələr çəkdiyimi də gör!..
Mənim koma dediyim yer -
Qəfəsim də, tüstülənir!..

Dönüb baxmasan da mənə,
Duaçıyam yerdə sənə!..
And olsun sən adlı dinə -
Tay səsim də tüstülənir!..

Alışmışam ilmə-ilmə
Baxıb Tanrı çəkən filmə.
Təsvirini əvəz bilmə
Əvəzim də tüstülənir!..


Şəhid anası
Çöhrəsində caynaqlı
Kədər cığır açıbdı...
O cığırla təbəssüm -
Çöhrəsindən qaçıbdı -
Şəhid anasının!..

Lillənib baxışları,
Gözlər dünyadan küskün...
Qəm yolu qırışları...
Üzgündü, yaman üzgün -
Şəhid anası!..

Görnüşü də kölgədi,
Pıçıltısı da, Allah!
O, bir şəhid Ölkədi -
Şəhiddi adı, vallah -
Şəhid ANAsının!
Gücüm çatmır qaytarım
Sənə təbəssümünü...
Yaralı ürəyinə -
Sarı, təəssüfümü -
Şəhid ANAsı...
Canım qardaşım Firudin XIDIROĞLUNA
1980-ci ilin
 Noyabr sevgisi
Güvəndiyim dağ da birdi,
Orman, bağça, bağ da birdi!
Solum kimi sağ da birdi -
Sənlə qardaş olan gündən!

Dünya kimə bəlkə sirrdi,
Dost dediyin bil ki, Pirdi!
Bilən bilir Bir də birdi -
Sənlə qardaş olan gündən!

Mən bəndəyəm - Haqqa qaçan,
Sən varlıqsan - qolun açan...
Yollarıma işıq saçan -
Sənlə qardaş olan gündən!


Sənə yükdü ah çəkməyim,
Gah içməyim, gah çəkməyim!
Yarıdı günah çəkməyim -
Sənlə qardaş olan gündən!

İllər andı bizim üçün,
Çox sınandı bizim üçün…
Dostluq candı bizim üçün -
Sənlə qardaş olan gündən.

Təkdi Allah, təkdi sevgi
Bizi önə çəkdi sevgi!
Bir əbədi əhddi sevgi -
Sənlə qardaş olan gündən!..


Düşüncələr...
Qapısında kədər durub evimin,
Gələnim də, gedənim də üzgündü...
Göz yaşına tuş gələndən sevgimin -
Dostlar deyir bu nə qədər küskündü!..

Səsi çoxdan uzaqlaşıb qatarın,
Yola salan qalmayıbdı perronda...
Yaş doldurub yanağımın çatların -
Dalğalanır boynubükük duranda!

Qayğıları bəhrə verir hər günün,
Xırman yeri tozanaqdı ömrümün...
Mən ümidlə becərdiyim tər gülün
Dəstə-dəstə qalayıram kömürün!

Elə bil ki, kəpənəkdi qismətim,
İlğım kimi hərdən dəyir gözümə...
Kədərimə örtük olur ismətim -
Qoşalaşıb qayıdanda üstümə!


Yağışlı gecənin şeiri
Ruhumun hönkürtüsü
Ürəyimi titrədir...
Mən bilirəm ürəyim -
Gülüm, sənə fitrədir...

Gözlərimdə boğulan
Bulud yağmaq istəyir...
O yağışda doğulan -
Sel də axmaq istəyir...

Dilimin dilçəyi də
Köklənib "yar" sözünə...
Hətta həsrətim belə -
Sığal verir özünə!..

...Bu durumum yozulmaz
Yuxu kimi yadımda...
Adım yəqin pozulmaz -
Yaşatsan həyatında!..


Alqışsız...
Qəflətən bir udum su -
kəsdi nəfəs yolunu...
Ölüm səhnəsidi bu -
O, oynayır rolunu -
                 alqışsız...
Tamaşa bir pərdəli...
Mövzu isə intihar...
Baş qəhrəman bir dəli -
Coşar, özün unudar -
                    alqışsız...
Həsrətin dırnaqları
Qartal caynağından sərt...
Çək köhnə qarmaqları -
Ürəyi bir yolluq çərt -
                     alqışsız...
Əlində quru ləçək
Yaşı on il əvvəl on...
Səhnəyə atdın əlcək -
Pərdə enir... bu da SON!..
                       alqışlar...

Deyə, deyə...
Külək çırpır, pəncərə -
Şüşələri hıçqırır...
Allah, mənim sinəmdə -
Coşmuş həsrət fışqırır -
           adını deyə-deyə...

Yanağımda ağ cığır
Kirpiklər də parlayır...
Dərdim üzüağ çıxır,
Xəyalım da bar sayır -
     dadını deyə-deyə...
             Mən çəkən yük üç dəvə -
Çəkən yükdən üç artıq...
O fərmandar, mən təbə -
Qoşalaşsaq, uçardıq -
   həyatın deyə-deyə...
Gerçəkdə, həm yuxuda
Səsi zildi könlümün.
Xoşbəxt olur ruhum da
Ona şair ömrümün -
Qadını! - deyə-deyə...
Günün etirafi
Mən özümün özümə -
Verdiyim bir cəzayam...
Sənə məhəbbətimin -
Törətdiyi qəzayam!..

Tək varlığıq - sən, mən də
Ürək sənsən - sən məndə!..
Görəcəksən mən səndə -
Döyünən şah əzayam!..

Sevgi ilə aldığın,
Yuva qurub qaldığın...
Gündə üç yol qıldığın -
Namazında qəzayam...

Varlığı var olmağım -
Kükrəməyim, dolmağım...
Aradabir solmağım -
Qorxusuzdu - fəzayam!..


Bir qadına təşəkkür məktubu...
Sağ ol, ovutdun məni
Göndərdiyin yarpaqla...
Üz-gözümə sürtdüyüm -
Bircə xışma torpaqla!..

O yarpaq dibçəkdəki -
Gülündən qopub, gəlib...
Torpaq - gəzdiyin yerdən -
Ləpirin hopub, gəlib...

Dəyişib bütün halım,
Ağrı çıxıb yadımdan.
Sənə bir gün xəyalım -
Baş əyəcək adımdan!..

Bir kiçik bağlamada -
Əl izin və ətirin...
Şəklimi saxlama ta -
At, xoş olsun xətirin!


Him var qopub-düşməyə -
Gözə tökməyə torpaq...
Qoymaz tay üşüməyə -
Üstümü örtən yarpaq...


Ürəyimin qapısı...
Açarsızdı ürəyimin qapısı -
Sən bilərsən harda düşüb, kimdədi...
Yuxuda da görürəm bir kabusu -
O həsrətdi - məqam gəzir, himdədi!..

Yarpaq kimi büzüşübdü əllərim,
Yadırğayıb tay hördüyü sığalı...
Boş çanağı xatırladan illərim -
Dara çəkir mən biçimdə cığalı!..    

Vağanıyıb söz ormanı dilimin,
Quruyubdu ruha düşən şeh izi!..
Təzələyib bir xatirə filimin -
Üşüdəcək üz qarsıyan meh bizi...

...Əl həniri hiss edirəm qapıda
Kölgən düşür ürəyimin içinə...
Parıldayır göz yaşımın sapı da -
Göstərmə sən o açarı heç kimə!..


Sevginin
Ürək etiraf masası -
İçim də, çölüm də bəlli...
Tanrım!- deyib tutmuşam mən
Ətəyindən ikiəlli -
                           sevginin!..
Tapdalanmaq və qırılmaq,
Haqlı-haqsız yazıdı bu!..
Hətta alnından vurulmaq -
Elə bil ki, nazıdı bu -
                    sevginin!..
Hər sözün öz ağırlığı,
Hər baxışın öz oxu var...
Canında həm fağırlığı,
Həm Allahdan bir qoxu var -
                              sevginin!..
Hökmü dünyanı götürüb,
Ruhdu tək aldığı bacı!..
Tanrısı içdə oturub,
Ürəkdi taxtı və tacı -
                       sevginin!..

Sevgi ovqatı
Özümdən qaçıb gəlirəm
Bir yol göstər, bir yer ayır...
İnan ki, uçub gəlirəm -
Bilmirəm  fələk nə sayır!

Ömrümdə çox gün xəşəmdi,
Çox dərdi çəkmək peşəmdi!
Həsrət baş yazım - köşəmdi -
Onu oxucum da yayır!..

Bir haqq var sənə gəlimdə,
Bunu car çəkib dilim də!
Çünki, sübut var əlimdə -
Əbədi sevgimə dair!

Bükülüb, qırışır ümid
Ahıma qarışır ümid!
Allahla barışır ümid -
Susur, dinləyir və sair...


Özümlə təsəlli söhbəti
Qələmlə şum edib, söz əkən bəndə
Dodaqdan yanağa köz əkən bəndə...
Toparla özünü, döz! - əkən bəndə -
Biçini görəsən, biçini bəlkə...

Ömrün bir kitabdı adı "ancaq O",
Bu ömrün mənası, dadı ancaq O!
Göstərsə olduğu qatı ancaq O -
İçini görərsən, içini bəlkə...

Bu yoldu - yaxşı, həm yaman aparır
Batanda su sanki, saman aparır!..
Yır-yığış vaxt alır, zaman aparır -
Köçünü görərsən, köçünü bəlkə...

Calaq elədikcə gecə-gündüzü,
Gizlədir qaranlıq, açır gün düzü!..
Üzünə gülməzsə bəxtin gün üzü -
Heçini görərsən, heçini bəlkə...


Tutmaqla əlindən yarın beşəlli,
Əbülfət özünə verir təsəlli!
Bu da bir deyimdi, bu da məsəldi -
Gecini görərsən, gecini bəlkə!..


Qoymadın...
Qoşdum sənin günlərinə
Günüm gününtək xoş oldu.
Bir əlim gül dərdi sənə,
Bir əlim isə boş oldu -
Qoymadın telini saysın.
Cüt ötən günün içində
Anların izi dolaşdı...
Muncuqlar kirpik ucunda -
Biri birinə bulaşdı -
Qoymadın yanağa yaysın!..
Hissimi sözdə cücərdib
Sözünün ləkində əkdim...
Bütün gücümlə, duamla
Ağrını ağrımtək çəkdim -
Qoymadın ruhum yarısın!..
Sevgi ən pünhan sirrindi
Ürək and yerin - Pirindi!
Sənə də artıq bəllidi -
Xəyal gerçəkdən şirindi 
Qoyma bu dəlin ayılsın!..

Niyyət
İzləyəcəm gecənin
qaşının çatılmasın...
Ulduzların səssizcə -
axına atılmasın...

Gözümü çəkməyəcəm
Mən Ayın yaxasından!..
Məst olacam Günəşin -
Donundan çıxmasından!..

Qaranlığı əridib -
Nur payıma qatacam.
İşıq sürəti ilə -
Gəlib sənə çatacam!..

...Bu gecədən umduğum -
Xəyalımın sədası!..
Sənə sədam çatanda -
Sən də səslən, qadası!


Külək..
Sındırır pəncərəmi -
İndi ən dəli külək!..
Saçlarıma dən səpən -
Qəmin bir əli, külək...

Aralığı tez qatır,
Susanda bir an yatır...
Məni gah geri atır,
Gah da irəli külək!..

İçimə hopan kədər,
Çətirlənmə sən hədər!
Yorulmayana qədər -
Dayanmır zəli külək!

Mənzərə...
Bu gün dənizin gücü
Ləpələrin canından -
Dalğalara keçibdi...
Qayalar həmin gücü -
Ləpə-ləpə içibdi!..

Dənizin maviliyin
Dalğalar xəlbirləyib...
Bir az göyə köçübdü,
Səma da gözlərinə -
Dəniz rəngin seçibdi!

Dənizin pıçıltısın,
Sahil səs-səs biçibdi.
Bir sevgi hıçqırtısın -
Ovutmağa bu səhər -
Ləpələr gecikibdi...


Səsim
Səsim yaman üşüyür -
Üstünü ört səsinlə...
Onda qarışıq düşməz -
Səsim başqa kəsinlə!..

Şəhər, küçə və səki
Məni dinləsin təki!
Həsrət yükləyən çəki -
Ərisin nəfəsinlə!..

Ümidi şələ-şələ
Görən olmayıb hələ!
Tutub gəlsin əl-ələ -
Həvəsim həvəsinlə!..

Səsimi nəzir kimi,
Ya saxla əsir kimi...
Ya da sil, kəsir kimi -
Bir yarpaqlıq əsimlə!..


Boşluqdakı adam...
İlmələri qaçıb...
Naxışları qarışıb
Və həm də 
solub...
Kədərin və tənhalığın
Bayrağı altında -
(Bircə Allah bilir,
Göyün, ya da yerin
Hansısa qatında) 
Sükuta -
Həyan adamın!..
Hə, bir də,
oturduğu yerdə
Çəkdiyi ahları
kirpiklərinin ucu ilə
üzügöyə
millənəndə -
Sayan adamın!
Gördüm ki,
alnı da
yaman qırışıb -
Ürəyi kimi -
Halından
Doyan adamın...
...Nəfəsi
Yumduğu
gözləriylə alır...


Çəkir...
Deyəsən kimsə gələcək -
Gözüm yol çəkir, yol çəkir...
Dünən, bu gün və gələcək -
Bir az sağ, bir az sol, çəkir!..

Qopub sanki ox yayından,
Kədər küsüb "oxqay"ından...
Günlər ötür çox, sayından -
Kimsə onu lap bol çəkir?!.

Mən bir sevginin vəkili,
Solub ruhumun səkili...
Qəlbim hər gün söz şəkili -
Karandaşım da kol çəkir!..

Düşən gündən adım ada,
Çox anlarım köçür yada...
Osa gülüb adıma da -
Üstən əyri bir zol çəkər!..


Gəlir...
Susur, dinməyə də həvəsi yoxdu,
Hətta görməyi də günahdan bilir...
Toxunsa hiss edər nəfəsim yoxdu -
Məni Allah özü günahdan silir...

Əydikcə qəddimi vaxt ağırlığı,
Bükür dizlərimi baxt ağırlığı...
Sevgiyə "Taxt!" dedim - taxt ağırlığı -
Məni ələ salır, əylənir... gülür...

Demiyə göyərir həsrətin şumu,
Sulanır, cücərmir ümidin tumu.
Daş edib köksündə döyünən mumu -
"Hələ yaşayırsan?!" deməyə gəlir!..

Hər halı, hər anı ölçərək boya
Sevgi yaşayıram mən doya-doya!
Göndərsə ölümə, çağırsa toya -
Duyacaq, Əbülfət qaçaraq gəlir!..


***
Elə sarsıdır ki, yaşadıqlarım -
dilim də göyərir dilçəyinəcən...
Mənim varlığımda daşıdıqlarım -
Üzür kəndirimi ilgəyinəcən!..

Başqa nə deyim ki, bəllidi başdan -
mənası hüzndü qaranlığın da!..
Ümid qoparırdım qayadan, daşdan -
Qaldım bir ömrün viranlığında!..

Yazısı bu imiş büdrəyən bəxtin -
Yaşıl yarpaqları xəşəmtək üzür!..
Özü öz halını fitləyən bəxtin -
Üstünə kirpiklər muncuqlar düzür.

Elə sarsılanda belə çırpınmaq -
Yaraya duz basıb, dişi sıxmaqdı...
Sonra üst-başını möhkəmcə çırpmaq -
Dözüm meydanına kişi çıxmaqdı!
   

Bu günün ADAMI...
Oturduğu yerdə
büdrəyir yıxılır,
Durduğu yerdə
anidən ölür...
Ya da nə yıxılır,
nə də ölür
Sadəcə yıxılmaqla
ölüm arasında təklənir -
Adam...

Sükutun içində
havalanır,
Səs-küydə yatır...
Düşündükləri
öz dayazlığının
dərinliyində batır...
Ağlından şəklənir -
Adam...

Əlində tutduğunu
axtarır və tapmır...
Ələyib,
xəmir etdiyini
Unudur
və yapmır...
Özü öz içində ləklənir -
Adam...

Közərir,
tüstülənir
Hətta burnundan
tüstü gəlir...
Siqaret kötüyünü atır,
amma,
çəkməyi atmır!..
Acı öskürəyin lələklənir,
Adam...

Çarpışır, vuruşur...
Dağıdır, qurur...
Bir az
yalaq olur,
bir az da qürur!
Bir az yaradıcı, bir az yırtıcı...
Bütün bunlarla,
bütün havalarda ələklənir -
Adam!


Kədər yelləncəyi
Darıxmağa imkan vermir, anında -
Kədər alır ürəyimin üstünü....
Tutub məni ikiəlli yanında -
Körükləyir sinəmdəki tüstünü!..

Can sirdaşı, göz yoldaşı, diz dostu -
Aramızdan işıq keçmir, su axmır!..
Bu doğranan elə-belə, kol-kosdu -
Mənə tərəf dönüb guya, heç baxmır!..

Tanıyandan binə qurub, köç düşüb
Elə bil ki, tapıntıyam onunçün!
Hiss edirəm o, izimə gec düşüb -
Ürəyimdə düyür günün son ucun...

...Darıxmağı yadırğadıb o, mənə
Nəfəs kimi varlığımda şellənir!
Bu kədərin yelləncəyi var, hələ -
Orda mənlə xatirələr yellənir!..


Adsız gerçəklik
Bəzən
heyrət doğurur,
Bəzən
təəssüf...
Bəzən də
sinəndə
ürək boğulur...
İllərlə
düşündüyünü,
xəyal etdiyini -
Gəzəndə
və görəndə -
Ruh səksənmir...
Həmin andaca
hər şey
ilğım kimi yox olur...
Sən də anlayırsan ki,
Onun üçün heç kimsən!
Deməli
Mənim heç kimliyimdən
Yalnız kədər tox olur...
Bu acı bir gerçək -
Susdu keçmiş,
bitdi gələcək...
Ürəyimlə
Kədəri yemləyirəm...

Getsin...
Bu dünyanın dadı qaçıb -
At qapıdan çölə, getsin...
Bizə şahlıq eləyirdi -
Olsun indi kölə, getsin!

Əl çatandı şər qalası,
Tülkü olub nər balası!
Bizə gələn hər bəlası -
Necə gəlib, elə getsin!..

Min bir fikir başımda cəm,
At oynadır içimdə qəm!
Ay Əbülfət, olanda dəm -
Ver hamısın selə, getsin!..

İlğım təsəlli
Divarları nəm çəkib bu hörgünün,
Hiss olunur, özülü də dayazdı...
Mən ahlardan tikdiyim bu körpünün -
Bu dünyada bənzəri də tay azdı!..

Uzatdıqca, uzaq düşür əl yerdən,
Hətta nəfəs çəkməyə də hey qalmır...
Vurulduqca istəyimə "pəl" yerdən -
Tanrım yada ümid kəndirin salmır!..

Öz işini görür zaman dəyirman,
Səssiz qopur, kirpikləri ütən yaş...
Bürüncəyin gah çən edir, gah duman -
Tək məzarda nişanətək bitən daş!..

...Suvarılan xatirələr baxçası,
O hörgünün naxışların dirildir...
Hərdən açıb ürəyinin boxçasın -
Əbülfət də, özü özün kiridir...


Sükutun səsi....
Təsəvvür
edə bilərsən -
Bir sükut içindəyəm,
Bu an. 
İnan - dərindən dərin...
Həvəsin olsa,
Saçının ucu ilə
Bu sükutun,
Alın tərin
istəsən
astaca,
Silərsən -
Yaman
üşüdür məni!..

Duman...
Budaq-budaq qəm sayıram
Yarpaq-yarpaq isə guman...
Elə bilmə dəm sayıram -
Gözümdə nəm, başda duman?!.

Gözlənilməz olub hücum,
Düyün düşüb işim, gücüm!..
Qavğarlanıb elat köçüm -
Kəsib yolu qaşda, duman!..

Vallah, deyən sehirlənib,
Pıçıltım da şeirlənib.
Taleyimə möhürlənib -
Yay da duman, qış da duman!..

Gah yüngül, gah ağır taxta
Gün ələdim baxta-baxta.
Əbülfəti özəl vaxta -
Saldı on beş yaşda, duman!..


Vida öncəsi...
Lap köhnə məktub kimi
Əzbərəm oxunmaqdan...
Sındırmışam içimi -
Özümə toxunmaqdan!..

Harayım daşmış səbir,
Bu yaşam - gerçək cəbir!..
Bu molla, bu da qəbir -
Qurtuldum doğulmaqdan!

Saralan söz bağıdı,
Quruyan qəlb tağıdı!
Meh əsən ruh dağıdı -
Üzülməm yox olmaqdan!

Ürəyim
Xətir xəstəsi oldum -
Kürrükləndi ürəyim...
Yaz buludutək doldum -
Körükləndi ürəyim!..

Dinlədim mən səslərin,
Yamac öpən sislərin!..
Şahə qalxan hisslərin -
Hörükləndi, ürəyim!

Bildim ki, ömrün şuru -
Quru çıxıbdı, quru!
Səbəb, əzəldən duru -
Görükməndi, ürəyim!

Səni hər an budayan -
Qəmə, dedin, butayam!
Sən o tay, mən bu tayam -
Gör kimlədi ürəyim!


Oxunmayan məktub
Ay, dünyamı şən eləyən,
Ömrü ömrə tən eləyən!..
Məni qəmə, dən eləyən - 
Bu günah - bizim günahdı!..

Zərif bükən sözü gülnən
Bəhs eləyən özü gülnən!
Ay, ümidə üzü gülən -
Bu sabah - bizim sabahdı!..

Yerdən göyə yol - millənən,
Ancaq ruh kimi dillənən...
Gözün dibində lillənən -
Bax bu ah, bizim bu ahdı!

Varlığımda var olanım,
Ürəyimdə bar olanım!
Ay əbədi yar olanım,
Bu Allah bizim Allahdı!


Adıma yazılan
Darıxıb, dodağı qanayıb qəmin -
Yüyürüb üstümə, sığınıb mənə!..
Özün sevdirməyin tapıbdı çəmin -
Deyir ki, biryolluq yıxılıb mənə!..

Olubdu sirdaşım, andım, amanım,
Köklənib bir simdə vaxtım, zamanım!
Təzə mahnılarla köhnə kamanım -
Dinəndə, yüz cürə baxılıb mənə!..

Bilmədim gün doğdu, ya batdı haçan,
Yaddaşdı arabir eynimi açan!..
Unudub, gözümdən aralı qaçan -
Özü zərrə-zərrə yığılıb mənə!..

Demək qor olub ki, sonda köz düşüb,
Gözəl doğulub ki, ona göz düşüb!
Ondan harda söhbət, harda söz düşüb -
Adı mənlə olub - çıxılıb mənə!


Tanışdımı bu gördüyün üz, sənə?..

Hiss edirəm sızıldayır yol, cığır
Xiffətindən ləpirləri yol sıxır!
Ürəyimdən bircə səmtə yol çıxır -
O da tutub açıq-aşkar üz sənə!
Tanışdımı bu gördüyün üz, sənə?..

Yaddaşıma xal salıbdı hər addım,
Addımları ürəyimlə mən atdım...
Nə yaşadım, nə hiss etdim, nə daddım -
Dəyişilməz, ötsə hətta yüz sənə!..
Tanışdımı bu gördüyün üz, sənə?..

Bir-birinə üzgün baxır duman - dağ...
İkisi də bir-birini uman, bax!..
Qımıldanır, sağdı hələ guman, sağ -
Bu dumanın dəryasında üzsənə!..
Tanışdımı bu gördüyün üz, sənə?..

Öz-özümə ha versəm də təsəlli
Həyat yükdü - suallı, həm məsəlli!..
Görkəm həmən, üstəlik də səs bəlli -
Əbülfətdi, qatlayıbdı diz sənə!
Tanışdımı bu gördüyün üz, sənə?..

Söz
Haldan düşüb, sanki çatmır nəfəsi,
Çabalayır balıq kimi dildə söz...
Qıra bilmir atıldığı qəfəsi -
İlişibdi dilçəyindən zildə, söz!..

Qarşılaşıb bir meydanda ağ-qara,
Elə bil ki, çəkilibdi ağ, dara!..
Bir salavat çevirirəm dağlara -
Gülümsəyir Muğanda, həm Mildə söz...

Gecikməsi adi haldı danın da,
Qələm özün göstərəcək anında!
Boy verəcək, ilham varsa canında -
Cücərəcək, düşsə hətta gildə, söz!..

Əbülfətin ruh kasası daşanda,
Sevinəcək daşdıran da, daşan da!..
Bu mənzərə sərhədləri aşanda -
Süslənəcək çiçək də söz, gül də söz!..


İlk görüş öncəsi
("Saralan dəftər"dən bir şeir)
İlk görüşə vədə alıb, söz alıb -
Dözə bilmir, gözü qalıb saatda...
Həyəcandan rəngi bir az sozalıb -
İndi özün "işə salıb" saat da!..

Əqrəblərin yerişini hiss etmir,
Elə bil ki, tutub vaxtın tərsliyi...
Kimsə deyir:- "Zaman heç də pis getmir!"-
İnanmırsan, vərəqlə bax, dərsliyi!

Yönəlibdi ona bütün diqqətlər,
Yayındıra bilmir özün aradan...
Sıxır onu bu həvəskar "şiddətlər" -
Eh... bu sevgi məni tapdı haradan?!.

Görüş yerin köçürübdü gözünə -
Gah saata, gah da baxır güzgüyə...
Hərdən gülür hətta özü özünə -
Çalışır ki, həyəcanın gizləyə!..

...Uçub getdi, vəd aldığı görüşə,
Toxunmadı, ayaqları yerə də!
İndi baxıb həmin günə, gərdişə -
Həsrət ilə, bir yaşayır kirədə!


Bu da bir qoşma
Darıxmaqçün darıxıram...
Darıxmağı həyatıma köçürtdüm -
Gerçəkləşdi, uyğun gəldi qanımla...
Mən özümdə neçə sınaq keçirtdim -
Məkan, həm də dəstək oldun canımla!..

Hara gəldi, necə gəldi əl atdım,
Gözlərimə gül çöhrəni yalatdım!
Ürəyimi ürəyinə calatdım -
Təsdiqləndi bu adımla, sanımla!..

Xəlvət boğub içimdəki qəhəri,
Gül üzünə açıram hər səhəri!
Əbülfətsiz, düşünərsən şəhəri -
Bir xatirə işığında anımla...


Günümün şəkli
Ruhum elə yorulub
Tər dabanından axır...
Sanki qanım sorulub -
Sənə bir şəkil baxır...

Dizlərimin gözünü
Küt bir sızıltı ovur...
Əllərim də özünü -
Biləklərimdən qovur...

Söz - sudan çıxmış balıq -
Heyi yoxdu dilimin...
Mən kəsirsiz bir qalıq -
Gözü aydın ölümün!

Xatirələr toranlıq -
Keçir səssiz, önümdən...
Səslə məni, bir anlıq -
Məni həmin dönümdən!


...Dəftər-qələm ögey, yad
Sayır məni özünə...
Qəlbimi sıxır həyat -
İlhamımın közünə!


Fağır ürəyim
Ağırlıq qaldırır, həm qum ələyir
Özü şum yeridi, həm şum eləyir...
Hər kəs də üstünə hücum eləyir -
Qalır ayaq altda fağır ürəyim -
Bükülüb, gününə baxır ürəyim...
Üz tutur həvəslə bir xoş an üçün,
Bu an bir dünyadı, xoşlanan üçün!
Dönərək keçidə, boş dalan üçün -
Qalır lap alt qatda fağır ürəyim...
Özü öz içini yaxır, ürəyim!..
Ömrünə nur olan ruhun üyüdür,
Fikrə nəfəs verən gözün böyüdür...
Baxışla susdurur, dillə keyidir -
Donur sanki "pat!"da, fağır ürəyim!..
Bir gilə su kimi axır, ürəyim...
Adı "vaxtsız" olur edilən zəngin...
Deyim qəddin qırır, soyuqluq əngin...
Əbülfət bəhrəsin uğursuz cəngin -
Yaşayır həyatda ağır, ürəyim,
Yağır, öz üstünə yağır ürəyim!

Fateh kişi!!!
Qucağıma iməkləyib gəlirsən,
Fəth edirsən qollarımın arasın!
Elə şirin "Baba!" deyib gülürsən -
Kövrəldirsən gözlərimin qarasın!

Yanağını söykəyərək sinəmə,
Təkəbbürlə sən gözaltı baxırsan!
Sanki zəfər qılıncını əlinə -
Alıb onu, FATEH kimi çaxırsan!

Evdəkilər gah söz atır, gah da ki,
Cəhd edirlər qucağımdan almağa...
İnada bax, bu bir yaşlı şahda ki,
İsrarlıdı öz taxtında qalmağa!

Dirəşdikcə ayaq üstə durmağa,
Sevincimi gizlətmirəm, inanın!
Fateh balam, öz dünyanı qurmağa -
Dəstək olsun, məsləkin, həm İNAMIN!


Monoloq

Bu həyatda 
yenilməyən,
yeyilməyən...
içilməyən
nə də 
boya biçilməyən...
Dərinliyi,
dayazlığı
keçilməyən,
Gerçəkliyi
kiçilməyən...
Nə rəngiynən,
nə səsiynən,
hətta
sükut nəfəsiynən -
seçilməyən!..
Hər bir anda,
hər bir halda -
dadsa acı,
yesə bal da! -
Basqılarda,
coşqularda...
Ürəkləri yaşadan da,
Ruhları daşdıran da -
Allahın "sev!" nidasıdı...
Bu yer həm də
Sevənlərin -
Böyük sevgi adasıdı!..


Kövrəklik notu
Mən hər günü ümidlərlə açıram,
Sənə nəsə andırırmı sabahım?!
Mən özümdən üzü sənə qaçıram -
Ümid şamı yandırırmı sabahım?!

Gecə qat-qat, həm də düyün-düyündü,
Yuxularım bu qatlarda üyündü!
Qəlbim bütün gücü ilə döyündü -
Onda sənə, durub gendən ha baxım!..

Xəyal bir az hürkək, bir az ilğımdı
İstəklərim sözə yatmaz - çılğındı...
Həsrətimsə cilov qıran ilxımdı -
Amma yanır günə hələ, papağım!..

Əbülfətin əli yetir mənzilə,
Çox çəkdirdin sən sınağa, sən zilə!
Mən bənzədim, sən qəlbimi fərz elə -
Dən saxlamır, çat-çat olub tabağım...


Mənə...
(Yaddaşdan bir ləçək...)
Sevdirdin gül-çiçəyi,
Sevdirdin, gülüm, mənə.
Nə olar, gül sevgindən
Ver bircə dilim mənə!

Əsməsin, uçunmasın
Ürəyin puçurlasın.
Dodağın pıçıldasın:
Ay ömrüm-günüm, mənə.

Havalanıb bir anda
Qəmi qəmlə vuranda
Ürəyini hər anda
Ürəyim bilim, mənə....

Özümüzə təsəlli 
Bizə alın yazısıdı bu qədər:
Səni heç harda heç kim mənim qədər,
Məni heç harda heç kim sənin qədər -
Düşünmür, düşünmür, düşünmür, gülüm!..

Atdığımız hər bir addım izlənir,
İçimizdən sevinc qaçıb gizlənir...
Kim bilmirsə, daha nələr gözlənir -
Düşünmür, düşünmür, düşünmür, gülüm!..

Qələm Haqdan, yazı Haqdan, söz Haqdan,
Atəş Haqdan, ocaq Haqdan, köz Haqdan...
Deyən varsa, qədərini çöz Haqdan -
Düşünmür, düşünmür, düşünmür, gülüm!..

Yazdıqlarım bildiyinin tənidi,
Ovcundakı gözlərimin dənidi!
Ürək yazıq həsrətlə də şən idi -
Düşünür, düşünür, düşünür, gülüm!..

Ruhumun pıçıltısı...
Bir köç başlayıbdı ruhumda mənim
Titrədir içimi ağır ləngəri...
Hətta xatirələr, yuxumda mənim -
Sanki hücumdadı, yarır səngəri!

Bir az yumşaq edib tay, başaltısın -
Hayıma çatmayan xəyalım, büdrək.
Andır istəyinin bir işartısın -
Onu ayağına, alıb gətirək!

Qədəri məchuldu ömür payımın -
Yarımçıq qırılmaq təhlükəsi var.
Həsrətdi şəriki bu bal ayımın -
Gəl, onun qolunu qolumdan çıxar!..

...Nağıltək səslənər, desəm rahatam -
Özün duyduğuntək, qaralama et...
Bir damla sıçrayar qəfil, qorxuram -
Ruhun yanağını yaralama, get...


Mənim...
Mənim adım bir kitabda yer alıb -
Dörd dəftərdə sətirlərə paylanır...
Mənim sözüm bir ürəkdə yaranıb -
Dörd tərəfdə qanadlanır, paylanır.

Mənim bəxtim nimdaş milli geyimdə
Çəkir onu bu halda hər deyim də!
Köklənibdi "Cəngi" üstə neyim də -
Qol qaldırıb öz tayıyla taylanır!..

Mənim ruhum göydə qurub yuvasın,
Göydən göyə hər an edir duasın!..
Əbülfətin kirpiyindən su asın -
Deyin belə sərinləyir, yaylanır!..

İstəyirəm...
Gündüzləri yuxu kimi əridib,
Gecələri gündüz kimi sovurdum...
Duyğuları göz yaşımla kiridib -
Ürəyimi ağrılarda qovurdum!..

Döyməyərək qapısını heç kimin,
Dayaq yeri özüm oldum eşqimin!
Gizlətmədən yekununu seçkimin -
Olanımı açıq-aşkar yoğurdum!

Yerdən-göyə cığır açdı haqq səsim,
Sən də bil ki, bu verilən haqq, bəsim!
Əbülfətə istəmirəm haqq kəsim -
İstəyirəm, ümidini doğruldum!

Mən...
Səni yola saldım, amma arxanca -
Su ata bilmədim üzügöyə mən!..
İndi gözlərimi yığa bilmirəm -
Belə bənd deyildim düzü, göyə mən!...

Səbrimin saçını öpüb daradım
Səni soraqladım, səni aradım...
İstədim təzə bir xəyal yaradım -
Aparıb çıxarım izi göyə, mən...

Əbülfət əl açıb, köklənib dilə -
Allahın özünün dəstəyi ilə!
Ruhumuz görüşmək istəyi ilə -
Çağırır, duyuram bizi göyə mən!

Tamlayır...
Günləri uc-uca düyünləyirəm,
Həftəyə çevrilib, ayı tamlayır...
Bəlkə də, mən bir az yeyin gəlirəm -
Bu gəliş üst-üstə sayı tamlayır!..

Nə yükə baxıram, nə də ki, yola
Hətta, heç demirəm "nə ola, ola..."!
Həsrət həm ürəyə, həm də ki, qola -
Girib, sevgi adlı payı tamlayır!..

Əbülfət, ağlımı başa yığıram,
Dişimlə səbrimi möhkəm sıxıram!..
Dözüb, son gücümlə qışdan çıxıram -
O da qarşıdakı yayı, tamlayır!..

İlahi, sən məni ümidə cala!
Sel gəlir, üstümə leysan ələnir,
Ətrafım yağmura, lilə bələnir.
Dünənim elə bil nar dənələnir…
İlahi, sən məni ümidə cala!

Əlim boşa çıxır, qəmimsə qoşa,
İstəyir məni də oyuna qoşa!
Nəyi cilaladım gəlmədi xoşa -
İlahi, sən məni ümidə cala!

Sayılan olsa da hər vaxt çox azdan,
Nəfəs də ağrısız keçmir boğazdan!
Özümə deyirəm, sus, az “loğazlan” -
İlahi, sən məni ümidə cala!

Əbülfət adından ülfət perikdi,
Əkinin demiyə, şumun herikdi!
Alnına yazılıb "Dərdlə şərikdi" -
İlahi, sən məni ümidə cala!


Guya...
Elə bil ki, daş üstə daş əzirlər,
Elə bil ki, qumda iynə gəzirlər...
Elə bil ki, ən son bəndi kəsirlər -
Guya, məni görməyərək keçəndə...

Elə bil ki, ipə darı sərirlər,
Qurumağa köhnə qarı sərirlər...
Üzə gülünc, saxta arı sərirlər -
Guya, məni görməyərək keçəndə...

Elə bil ki, tamaşadı, səhnədi
Bu axına hərə bir cür dəhnədi...
Fikir məni bu hallarda təklədi -
Guya, məni görməyərək keçəndə...

Elə bil ki, son yarpağam - qopuram,
Elə bil ki, son damlayam... hopuram!
Ağrımağa min cür səbəb tapıram -
Biri məni "görməyərək " keçəndə!


Düşünmək gücümə güvənirəm mən!..
İlahi, gecəni sübhə keçən an,
Həm dodaq titrəyir, həm isinir qan!..
Onda bir Allahı və səni, inan -
Düşünmək gücümə güvənirəm mən!..

Barmaq izlərimi bədəndə, teldə
Gözümün yaşını çağlayan seldə...
Sözümün sədasın gündoğan eldə
Düşünmək gücümə güvənirəm mən!..

Bütün gerçəkliyi sözbəsöz yazmaq,
Həyatı nağıla, yuxuya yozmaq...
Yalanı qələmin ucundan pozmaq -
Düşünmək gücümə güvənirəm mən!..

Təsəlli sayaraq çəkdiyim ahı,
Oturub gözlədim gecə, sabahı!
Məni ovcu edən, ay gözəl ahu -
Düşünmək gücümə güvənirəm mən!..

Tənhalıq...
Dayanıbdı - nə tərpənir, nə dinir,
Nə büdrəyir, nə əyilir, nə sinir...
Təkcə mənim yanağımda isinir -
Varlığıma hakim olur tənhalıq.

Kölgə salıb - bir qaranlıq kahadı,
Bu kahada süslənən ah bahadı!..
Şikayətim Allaha, nə şahadı -
Ürəyimə sızıb dolur tənhalıq!

Hal qalmayıb mən halsızda, söz deyim,
Gecə-gündüz səni gəzir göz, deyim...
Ürəyimə hansı üzlə döz deyim -
Mənlə birgə hər an solur tənhalıq...

Nişançı da, nişangah da israrda,
Ümid telin tay saxlamır mismar da!..
Qoşa görsə ikimizdən iz harda -
Ləçək-ləçək üzüb yolur tənhalıq!..

 Umudun
Sapı süzülübdü, rəngi solubdu
Bir az tutulubdu, bir az dolubdu...
Elə bil saçını kimsə yolubdu -
İçimdə lövbərin salan buludun,
Məni gözüyolda qoyan umudun...
Səsi kallaşıbdı, dili kütləşib
Bir az nazilibdi - sanki lütləşib.
Gözümdə varlığı elə bütləşib -
Boyunu sevirəm dolan buludun,
Məni gözüyolda qoyan umudun...
Yerişi büdrəkdi, yükü də yaşdı,
Özü özü ilə lap ayaq-başdı!
Xəbərsiz kükrədi, ətərsiz daşdı -
Kasası ilişib qalan buludun,
Məni gözüyolda qoyan umudun…
Hardadı qələmim, hanı dəftərim
Yazısız mən onu çox təriflədim.
İndi anlayıram bütün səhvlərim -
Gerçək saymaq imiş yalan buludun!
Məni gözüyolda qoyan umudun…

Ayaqüstü sağlıq...
Qaytarın üstümə keçən buludu,
Sıxsın kirpiyini axıra qədər...
Yusun sığındığım nimdaş umudu -
Mənim sinəmdəki yağıra qədər...

İsidin azacıq mehin nəfəsin,
Oyadın içimdə yaşam həvəsin!..
Qırın zəncirini həsrət qəfəsin -
Üstəki mamırlı paxıra qədər!

Əli yetmir mənə doğmanın, yadın
Bütün varlığıma hakim - bir Qadın!..
Onun şərəfinə çəkmədən adın -
İçək ən son damla çaxıra qədər!

Məni unutmağa meyil eləmə
Ömrü açıq-aşkar verdikcə yelə,
Həsrət ağrıları döndərir selə!..
Günün ovqatına köklənib belə -
Məni unutmağa meyil eləmə!..

Qəm yuyub aparır gözün ağını,
Göyərdə-göyərdə ürək dağını!..
Səssiz kəsə-kəsə ümid bağını -
Məni unutmağa meyil eləmə!..

Sükut üyütdükcə kövrək halımı,
Sualtək görürəm "ölüm-qalım"ı...
Sevə bilməsən də məntək zalımı -
Məni unutmağa meyil eləmə!..

Əbülfət, sən indi ən üzgün şair...
Həm yerdən, həm göydən ən küskün şair!..
Sən mənə demisən ən düzgün şair! -
Məni unutmağa meyil eləmə!..

Nolar...

Məni bu halımda, bu durumumda
Sual ayağına çəkməyin, nolar...
Mənim öz hisimdə, öz qurumumda -
Kimsədə göyərməz, əkməyin, nolar...

Gecə qara tüldü, ya da kətandı,
Başını daş üstə qoyub yatandı.
Ürəyim dərd üçün dişsiz kotandı -
Bu şuma nə gəldi tökməyin, nolar...

Ruhumu ruhuna sən tələs, qoş ta
Divar özüllüdü, sütunsa boşda!
İstəyir xoşlama, istəyir xoşla -
Olana dəyməyin, sökməyin, nolar!..

Hər kəsin yolu var, sona getməyə
Birəmi, beşəmi, ona getməyə...
Mənə imkan verin Ona getməyə -
Yoluma kötüktək çökməyin, nolar!..

Açmasa da...
Gedirəm dərdimin qapısın döyəm -
Açsa da sağ olsun, heç açmasa da!
İndi təkcə odur yerim, həm göyüm -
Üstümə yüyürüb, heç qaçmasa da...

Artıq perikibdi yerindən ağlım,
Odur ki, diqqəti çəkmir də nağlım!
Özüməm özümə bu işdə paxılım -
Sən durub gözləmə, keç, açmasa da!

Köçürə-köçürə yolu gözümə
And yeri seçmişəm solu özümə!
Qınayıb, birbaşa bunu üzümə -
Demə ki, gecdi ta, gec, açmasa da!..

Bu qədər mələk var, pəri var hətta -
Məni aşındırmaz sonsuz inad da!
Allahı və Onu sevdim həyatda -
Əbülfət, əcəli seç, açmasa da!..

Dünənimin pıçıltısı...
Damcı-damcı əriyirəm - sal kimi
Öz-özümlə danışıram - lal kimi!
Mən səninlə günlər gördüm - bal kimi -
İndi isə dizlərimi qucmuşam!
Havalanıb, o günlərə uçmuşam...
Yerişimi itirmişəm - gəzirəm,
Gülüşümü bitirmişəm - bezirəm!..
Dodağımda sözləri də əzirəm -
Və onların sərgisin də açmışam...
Havalanıb, o günlərə uçmuşam...
Baxışımı tor bələyib - duyuram,
Qəm gözümə qor ələyib - yuyuram!..
Şəkilləri qucaqlayıb uyuram -
Həmin anda mən özümdən qaçmışam!..
Havalanıb, o günlərə uçmuşam...
Varlığıma hopdurduğum nəfəsi,
Yaddaşımda gəzdirdiyim o səsi...
Mən özümdə görə-görə o kəsi -
Əllərimi yenə Göyə açmışam!
Havalanıb, o günlərə uçmuşam...

Hər dəfə...
Hər dəfə
mən özümə
bir bəhanə
tapıram -
sənin səsinə
zəng üçün!..
Hər dəfə
özümə tərəf
bir at çapıram -
tapmaq üçün
söz ucun!
Hər dəfə
söz dilimdə
yarpaq kimi
titrəyir...
Dəstək isə əlimdə -
susqunluqdan
büdrəyir!..
Hər dəfə
eyni halı
mən ruhuma geyinirəm!..
Tay olmuşam
havalı -
harda gəldi,
necə gəldi
deyinirəm...
...Səsini
mənim dairəmdə
açıq saxla!

Həmin küçənin ovqatı...
Üstümdən keçib gedir -
Duymur, halım necədi?
Zamanım köçüb gedir -
O gündüz və gecədi?!

Ələkdən düşən dəntək,
Sinəm də olur lək-lək...
Ruhuma bir sığal çək -
Sevinc, qəm heç-heçədi!..

Tanıdınmı, tanışmı -
Sənlə nələr danışdı?!
Bu da bir yanılışdı -
Küçə həmən küçədi!..

Hönkürtü səngiyibdi,
Söz dildə ləngiyibdi!..
Tay ürək təngiyibdi -
Ümidi son gücədi!

Yer...
Sən məni də götür, get -
Boş qalsın, durduğum yer!
Özümü oda-közə -
Ürəkdən vurduğum yer...

Nə izim izə çıxsın,
Nə sözüm üzə çıxsın...
Kaş bir də, bizə çıxsın -
Mən yuva qurduğum yer!..

Bağlansın ah qapısı,
Hər cür günah qapısı!
Lap olsun şah qapısı -
Həsrəti qırdığım yer!

Əbülfət, solan vaxtdı -
Qəlbimin dolan vaxtı...
Başına dolanmaqdı -
Ruhumu yorduğum yer!..


Qoşma
Hər gün təzələnir qəmin cilidi,
Mənimi aldadır, yoxsa özünü?!.
Üst-üstə yığaraq həmin cilidi -
Ürəyim dünyadan yığır gözünü!

Fırlanır sürətlə günün təkəri,
Qaldırır təzyiqi, həm də şəkəri!
Yuyur yanağımı sanki Həkəri -
O da ki, söndürür ruhun közünü!..

Həyat vücuduma ağrılar tıxıb,
Onun rişələri qələmə çıxıb!
Hər an Əbülfəti daha çox sıxıb -
Dilinə daddırır vida sözünü!..

Boyat məktub
Durmuşam üz-üzə, göz göz içində
Yanır tonqal kimi köz, köz içində...
Cücərir, saralır söz, söz içində -
Ağrıdır bir qəfil “pır” ürəyimi!..
Gücün bitənəcən qır, ürəyimi!
Səninçün dəyərim sıfırı keçmir,
Əsəbin barəmdə güzəşti seçmir.
Varlığım, yoxluğum hamısı heçdir -
Edib düyün-düyün "fır" ürəyimi...
Gücün bitənəcən qır, ürəyimi!..
Etdiyim dualar Allaha çatmır,
Gündüz də dincəlmir, gecə də yatmır!
Boğulan ruhuma kimsə əl atmır -
Sanki tapdalayır TIR ürəyimi!..
Gücün bitənəcən qır, ürəyimi!
Acıma israrda, xoşdusa sənə
Qoyma kainatda yer qalsın mənə!
Cənnətdən çıxmışam, uyub bir dənə -
Sənə cır tanıtdım, cır, ürəyimi!
Gücün bitənəcən qır, ürəyimi!

Kövrək anın şeiri
Hər sözümün sonunda
Sən bir mələk donunda...
Mənim, həm də Onun da -
Yadına ad salırsan!..

Gün keçirib ələkdən,
Günü edib ələk, dən!
Yayındırıb fələkdən -
Sən özün can alırsan!..

Oxuynan, yayıynan sən
Gözümdən yayınan sən!
Uzaqda sayılan sən -
Ürəyimdə qalırsan!

Varlığında mən - sancaq,
Olammadım Sənancaq!
Ay Əbülfət, sən, ancaq -
Xəyallara dalırsan!


Getmisən...
Bu dünyanı birsifətli bilirdin,
Yüz sifətdə bax, qor olub, getmisən...
Dodağından bal damırdı, silirdin -
İndi isə bax, şor olub, getmisən!..

Tumurcuğun çiçək halın görmədən,
Barmaqların qız saçını hörmədən...
Ürəyini qocaltdığın türmədən -
Xəşəmlənmiş yarpaq olub, getmisən!..

Yaşamağa, yaşatmağa gələnlər -
Çox görmüşəm yarınaraq gülənlər!
Bir də onda biləcək ki, bilənlər -
Birçə xışma torpaq olub getmisən!..

Qan ağlayıb baxışların dinəndə,
Həmənkisən sən bu gün də, dünən də!
Həsrət elə turp əkib ki, sinəndə -
Ay Əbülfət, qorxaq olub getmisən!


Özümdən sorğu...
Dilimi dişləməkdən
Tər sözüm də dişdənib...
Bir ad mənim dilimdə -
Hər sözümdə işdənib.

Ah qovurub sinəmi,
Şimşək ütüb binəmi,
Soruşmadın, yenəmi -
Bu ürəyin şişdənib?!

Baş əyirəm qədərə,
Vaxt itirdim hədərə...
Uduzdum mən, kədərə -
Zər əlində "şeş"dənib!..

Düşünərək dərindən,
Gözlərimə verin dən!
Dünyanın hər yerindən -
Mənə də pay "kiş"dənib!..


Bir daşın şeiri
Bir daşa söykənmişəm -
Susur, dinmir, lal daşdı...
Daş üstə göyərmişəm -
Bu daş hələ kal daşdı...

İçim yuva sevgiyə,
İçdim, duya sev! - deyə.
Edək dua sevgiyə -
Bir də görək bal daşdı!

Durub bir yer bəzəyir,
Ya kimisə gözləyir?!
Həsrətimə bənzəyir -
Çiliklənmir, sal daşdı!

Kösövüylə, közüylə
Yol çəkir, yol, gözüylə!
Ruh oxşayan sözüylə -
Bu daş, mənə yoldaşdı!

Səssiz şeir
Məni ağrı danışdırır,
Mən də özümü öyürəm...
Hisslərimi dolaşdırır -
Susub, gözümü döyürəm...

Əyilir bax, əlçim bulud
Sıxıb onu, sözlə durult!
Gözlərimin dibin qurut -
Bunu ricatək deyirəm!..

Min illik Məcnun həvəsim,
Açıb tənhalıq qəfəsin!
Məni bürüyür nəfəsin -
Onu libastək geyirəm!..

Sinəmdəki ürək Odu,
Məhəbbətdi giriş kodu!
Xərclədiyim ürək odu -
Qazanc - göz yaşı yeyirəm...

***
Geyindiyim xəstəxana paltarı,
Gicitkantək bədənimi dalayır...
Palatada at oynadan təlaşın -
Hənirtisi üz-gözümü yalayır...

Yapışıbdı əl havadan, diz yerdən
Bir az çuxur, bir az əyri-düz yerdən.
Ürəyimə basqılar var yüz yerdən -
Hamısı da içimdə od qalayır...

Dözümümü zənn edirdim daş, dəmir,
Ruhum umur isti, doğma, səs-səmir!
Uzandıqca ürəkdəki bu təmir -
Ümid məni gümanlara, calayır!..

Soraqdadı gizli-aşkar göz, könül...
Aciz qalır bu anımda söz, könül!
Səninlədi qoynundakı döz, könül -
Əbülfəti, bir tənhalıq talayır!


Bilər
Nəfəsim titrəyən yarpaq kimidi,
Üzünə toxunan hiss edə bilər...
Kədərim mənimlə birlikdə yanıb -
Üzümü sən silsən his gedə bilər!

Büzüşüb qalmışam günün tərkində,
Ağrı çəngəsində, sancı cəngində.
Çiynənə-çiynənə ayın əngində -
Ömür yaxşı, ya da, pis gedə bilər.

Ürəyim, bir az da yetər ki, nazil
Sınaq karvanında sıraya yazıl!
Əbülfət, sən ola bilmədin qızıl -
Adının önündə mis, gedə bilər...


***
Bir sevginin işığında səhər açıb,
Qaranlığı ilmə-ilmə sökürəm mən...
Bu dünyada hər bir kəsdən sənə qaçıb -
Lap dizinin dibində də çökürəm mən!..

Hay-harayım buludu da sıxıb sərir,
Ahlarımı bircə-bircə yığıb sərir...
Ürəyimdə sözə baxmır, çıxıb sərir -
Nəyim varsa, vərəq üstə tökürəm mən...

Xoş gəlmədi, açıq danış, de, məndə nə,
Nəyi etdi, niyə etdi, de, bəndə, nə?!.
Bir qucaq aç, mərhəmət et, bu bəndənə -
İstəyirəm son gücümlə hönkürəm, mən!


Küskün şeir
Doğma gəlmir heç bir şey,
Üzr olan nə varsa...
Kimsə diksinməz, hətta -
Məni külək aparsa!..

Yormuşam ta çevrəmi,
Süddən yanıq kədərlə...
Tamamlayıb dövrəmi -
Barışmışam qədərlə.

Səhər də axşam kimi,
Bir-birinin tərsidi...
Sorğulayan içimi -
Bu həyatın dərsidi!..

Yolun əvvəli təki,
Sonu da şirə sorur...
Bilgi saydığım nə ki -
Varsa, içimi yorur.


Tək xatirə və bir də,
Şəkillərdi həmsöhbət...
Tanrım, sən də bu yerdə,
Görüşməyə ver möhlət.


Bir az...
(Bir az məzəli şeir)
Darıxmağın yolunu
tap bir az...
Darıx bir az mənimçün -
lap, bir az!
Güc gələndə qəm seli,
Yellənsin bir qız əli!
Bərkisin ümid teli -
sap, bir az!..
Heç nəyə qoymadan qulp,
Ürək çırpınsın gup-gup...
Ovutsun məni də şup -
şap, bir az!..
Açıb bir sirrin qatın,
Söylə dəlinin adın!..
Sən də min xəyal atın -
çap, bir az!..

Göynəyir...
Şehli çiçək, sökülən dan, gülən üz,
Asta tərpən, gülü güldən güllən üz!
Pıçıldayır dodağında gülən iz -
Öpüş üçün baxışlarım göynəyir!

Allah verir hər bəndənin, hər payın
Naxış payın, ümid payın, zər payın!
Qollarımdı yataq yerin - çarpayın -
Laylanı da baxışlarım söyləyir!

Bu durumda "mat" olmayıb, "pat"layıb,
Dəliliyi çoxdan aşıb, adlayıb,
Özü büküb öz dizini, qatlayıb -
Heç bilirsən baxışlarım neynəyir?!.

Acı şəkər, şəkər isə bal olub
Ruh ortağım ürək nəsə lal olub...
Söyləməkdə sözü kəsə - kal olub -
Ona görə baxışlarım göynəyir...


Hönkürür
Dolmuş bulud binə qurub içimdə,
Ağır-ağır, çəngə-çəngə hönkürür...
Elə bil ki, əcəl durub içimdə -
Gətirməkçün məni təngə, hönkürür!..

Küt bir balta çıtıqlayır kötüyü,
Səssiz qalxır yaddaşımın örtüyü!..
Duyulanda dərdin məni ötdüyü -
Çalınmayan hər bir zəngə, hönkürür!

Nağılların bənzəridi həyatım,
Gah təbəssüm, gah göz yaşı hər addım...
Mən elə ki, dost-tanışa hay atım -
Həm yüyrəyə, həm də ləngə hönkürür...

Halay tutub həsrətimin yarğısı,
Məhəbbətdi ümidimin sarğısı!
Əbülfətin daş əridən ağrısı -
Gecə-gündüz verib əngə, hönkürür!


Bilmirəm...
Çiyinlərim ağrılardan əyilib,
Qəddimi də düz saxlaya bilmirəm...
Qəm barədə bütün sözlər deyilib -
Qalanına bel bağlaya bilmirəm!..

Duyğularım tam ələyib dözümü,
Qatılaşıb bulud, tutub gözümü.
Uzatmışam mən ortaya özümü -
Bu fağırı bil, ağlaya bilmirəm!..

Tuş gələndən and içdiyim Pirimə,
Od püskürər, hər kəs olsa yerimə!
Sənə yazıb, paylaşdığım şeirimə -
Özgəsini bax, tağlaya bilmirəm!..

Keçib artıq, faydasızdı and-aman
Sözümdə də daşıdığım adnanam!
Əbülfəti edən andan eşq, şaman -
Ürəyimcə, yar, çağlaya bilmirəm...


Qayıtdım...
Getmişdim sevinc dalınca -
Ürəyim yandı, qayıtdım...
Sinəmi ovub sıxınca -
Baxdım ki, qandı, qayıtdım...

Düşməsəm heç yadına da
"Can!"- dedim, mən adına da!
Cümədə , ya adınada -
Adımı andı, qayıtdım...

Buludu solan göy üzü,
Kükrəyib dolan göy üzü...
Mən ögey balan, göy üzü -
Bu da ad-sandı, qayıtdım!..

Əbülfət adlı bir xalam,
Öpdüm, üzünə iz salam.
Yatmadım, yuxuya qalam
Sökülən dandı, qayıtdım...


Boşluğun mənzərəsi
Mən özümdən özümə,
Gələn yolu unutdum...
Kirpiklərimi sıxdım -
Gözlərimi durultdum...

Üzdə guya kübardım,
Nəsillikcə cuvardım!..
Duzlu suyla suvardım -
Ümidimi qurutdum.

Daldığım quru xəyal,
O da büsbütün loyal...
Məndən bu canı soy, al -
Demə, sənə umuddum!..

Çiliklənib sökülən,
Bıldır-bıldır tökülən,
Suyu göyə çəkilən -
Mən, faydasız quruntdum!


Məni dərk eləmək...
Yenə üz-üzəyik, səninlə, yenə
Söhbət eləyirik yol yoldaşıtək...
Sənin göstərdiyin ötəri sayqı -
Mənə pıçıldayır, hələ fikir çək!

Gecəni gözümdə əridim, sonra
Gündüzü ötürüm üzü gecəyə...
Mənim ürəyimi ütən bu qorla -
Ömrümü de bölüm kimə, neçəyə?

Xəzəlin dənləyim duyğularımın,
Sərim sinəm üstə, adın oxunsun...
Məni dərk eləmək kimə çətinsə -
Onun da qəlbinə qadın toxunsun!..

...Yenə üz-üzəyik... bu dəfə xəyal
Bizə görüş üçün məkan seçibdi.
Burda özünə dön, özün kimi qal -
Tay olan olubdu, keçən keçibdi!..


Budur, bu…
Bu gün ürəyimi yenə həkimə aparıram... yenə ürək... yenə həkim… görək bu dəfə necə olacaq... Ürəyimdəki ilə Allahın əlindən tutub gedirəm...
Ürəyimi aparıram həkimə,
Baxıb sussa, demək qədər budu, bu...
Bu günədək sirr verdimsə hər kimə -
Yayılanda dedim, hədər budu, bu...

Ağrılarım dil anlamaz, dil bilməz
Ağrılarla ötüb keçər il, bilməz!
Gözlərimin lap kökünü sil, bilməz -
Hiss etməzsə, demək kədər budu, bu!..

Açıq-aşkar dinclik çıxdı əlimdən
İndi əsəb, həm yaxam, həm əlimsən!..
Ay Əbülfət, sən də çoxdan əminsən -
Ürəyinə düşən bədəl, budur, bu...


Tapammıram...
Axtarıram evdə, çöldə
Həm vurmada, həm də böldə...
Göz yaşımdan olan göldə -
Tapammıram Ümidimi...

Soruşuram dağdan, daşdan
Gün əyilən zaman, qaşdan!
Ocağımda yanan yaşdan -
Tapammıram, Ümidimi...

Səsləyirəm ilıq mehdən,
Ləçək üstə düşən şehdən.
Ömrə verilməyən behdən -
Yapammıram Ümidimi!..

Arayıram gül də, nur da
Gözəl olur gül də nurda!
Nə günah var axı burda? -
Tapammıram Ümidimi!..


Cəhd edirəm hecalanım,
Önə çıxır "re" çalanım!..
Ürəyinə de, calanım -
Tapammıram Ümidimi...


Bir şəkil var...
Bir şəkil var ürəyimin üstündə
Gecələrə dözümümü artırır...
Boğuluram mən özüm öz tüstümdə -
Göz yaşlarım bu şəkili batırır...

Çevrilirəm yanı üstə - sağ-sola
İynə ucu dinclik çatmır hayıma...
Bütün ömrü bir quruca "sağola"-
Bağışlaram, sənlə keçən ayıma!..

Can ağrısı, göz göynəyi, ruh seli
Bir sevginin qışlığı, həm yazlığı...
Keçib gedir varlığımdan qəm yeli -
Çıxır üzə dözümün dayazlığı...

...Bir şəkil var ürəyimin üstündə,
Ürəyimin and yeridi o şəkil!
Gözlərimə toxundura bilmirəm -
Hiss edirəm gözlərimdən nəm çəkir…


Anlamağa çalışdığım məqam...
(Bir dostuma)
Telefonuna zəng çaldım,
açmadı, mesaj yazdı...
"Namaza başlayıram
bağışla, vaxtım azdı...".

Qəribə bir bildiriş -
Allah adından cavab!..
Necə də asan imiş -
Belə qazanmaq savab?!.

Bir ürəyin istəyi,
O birindən yan keçir...
Xilaskar olmur, susub -
Namazı üstün seçir!..

...Ovcumdakı telefonu
Günahkartək sıxıram...
Gözləmirdim bu sonu -
Əhatədən çıxıram!..

Bəmbəyaz göy üzü...
Başımın üstdən göy qaçıb,
Görünür nə varsa orda...
Allah yerin üstün açıb -
Çabalayır, sanki torda!

Qaralıb buludun üzü,
Şimşək də çıxıb özündən!
Sel yuyub dərəni, düzü -
Nəyi var sıxıb gözündən!..

Titrəyir mehin nəfəsi,
Sanki budaqdan qopacaq...
Tay yerin göyə həvəsi -
Sonda işığa hopacaq!..

Həyat mənzərəsi...
Bir ocaq közərir, bir tüstü qalxır
Köklənib diqqətim baş verənlərə...
Ürəyim susaraq kənardan baxır -
Qəmin divarına, daş verənlərə!..

Titrədir ruhumu həzin bir avaz,
Gözümün kökündə sular lillənir...
Kədərim dərindi, ümidim dayaz -
Dilim tərpənməmiş ağrı dillənir...

Baxıb, vərəq-vərəq yaddaş dəftərin,
Kirpik ucu ilə sığallayıram...
Üzümə oxunan ömrün səhvlərin -
Qəbul eləmirəm - cığallayıram...

Nədənsə bənzətdim dar ağacına -
Közərən ocağın tüstü dirəyin...
Səni and verirəm, gülüm, saçına -
Ovut, səni sevən şair ürəyin!


Özümlə üz-üzə ...
Bir üzü qaranlıq, bir üzü sükut
Əyilir üstümə təklik kabusu...
Sanki buxarlanıb azalır umud -
Çırpılır üzümə onun qapısı...

Xəlbirdə daşınan suya bənzəyir,
Səssiz itirilən ömür günləri...
Hara naxış olur, nəyi bəzəyir
Ayın yarıkösöv - kömür günləri!..

Ağırlıq mərkəzi olandan ürək,
Artıq düyün düşüb qollar sinədə...
Tənhalıq adlanan işgüzar mələk -
İndi əl qoyubdu özəl günə də!

Mənzərə dözülməz, vaxt da kirkirə
Üyünən xəyallar tökülən yarpaq...
Arabir dalıram dərin fikirə -
İsinər qovuşsaq, üşüyən torpaq!..


Sevgim...
Gecikdim bu axşam deyəsən, bir az
Bəlkə də yubandım, ya da ləngidim...
Amma düşünmə ki, edib sənə naz -
Dalğalı dəniztək indi səngidim!..

Fikrim də, ruhum da həmişəkitək,
Qoşa izimizlə gəzib bu gün də!..
Yaddaşında canlat - xəlvət şəklin çək -
Məni o şəkildə göstər bu gündə!

Bir az da yorulmuş, bir az da küskün -
Üzünə təbəssüm mehi dəyməyən...
Sənin dediyintək, şükürsüz, üzgün -
Elə həmənkiyəm - özün təkləyən…

Tanrı sərhəddində aşıbdı sevgim -
Çünki inadım da ölçüsüz olub.
Düşünmə, mən dünən səni az sevdim -
Bu gün Yer kürəsi sevgimlə dolub!


Son nəfəs
Mənim kədərim də özüm kimidi -
Hərdən unudulub qalır bir küncdə...
Günüm də günlərin sarı simidi -
Fərqlənir o, ancaq qalanda dincə!..

Nə qapı döyülür, nə telefon dinir
Hətta qulağım da cingildəmir heç...
Ümid pillə-pillə aşağı enir -
Baxıb köks ötürmə, yanımdan düz keç!

Düyünü çoxalır sözsüz ahların
Artır titrəyişi barmaqların da...
Yerin qoruyuram mən günahların -
Üzün köçürərək varaqlarımda...

Oxşarım kədərin halları çox vaxt
Çevrəmi qaçırır, bezdirir məndən!..
Sən belə hallarda, özünü toxtat -
Bil ki, son nəfəstək tutmuşam səndən!..

Sonuncu gülən...
Fikirlə, xəyalla əlbəyaxayam -
Onlar məni didir, mən də ürəyi...
Bilmədim özümdə selbə saxlayam -
Dəyməsin torpağa ruhun kürəyi!

Zaman gah kükrəyir okean kimi,
Gah da sahillərin dalayıb dönür...
Qədər imkan vermir sərəm içimi -
Hər kəs görə-görə bir işıq sönür!

Gücüm qanadsızdı, istəyim yasaq
Sevgimi büruzə vermək cinayət!
Yayın od-alovu mənimçün sazaq -
Allahdan umduğum, tək bir hidayət!..

Özümü divara söykəyib güldüm,
Axarın dəyişən heç nə olmadı...
Gülləsiz mən hər gün dirildim, öldüm -
Gözümün yaşı da çeşmə olmadı...

Budur soyuq üzü acı doğrunun
İçimi çölümtək sən bildin, Allah!
Dünyada mənimtək saysız yorğunun -
Sonuna sonuncu Sən güldün, Allah!


Çıxır

İçimdə ocaq qalanıb,
Tüstüsü gözümdən çıxır...
Ağrım ağrıya calanıb -
İstisi sözümdən çıxır...

Bir dəli haraynan, haynan
Gün öldürürəm tay saynan!
Qışda yaşadığım yaynan -
Külüm də közümdən çıxır...

Baxıb boş olan doluma,
Qəm girir yartək qoluma...
Özün bilirsən yoluma -
Nə çıxsa, özümdən çıxır!

İstək...
Qapıya qədərdi yolum,
Qapıdan o yan sərhəddi...
Hər dəfə qolunda qolum -
Qapıda oyan, sərhəddi!

Xəyalda anlar filmdi,
Bizlərə düşübdü baş rol...
Həyatda, insaf et, azca -
Filmdəkitək aşiq ol!

Səsimi çırpdım, dilimdə
Ömrümə töküldü adın...
İcazən olsun, əlimdə -
Qapını mən açım, Qadın!


Aşiqim kədər
Söykənib dayandım, baxışlarına
Susub, susdururdun həmin an məni.
Dünyanın ən sirli naxışlarına -
Bükürdün heçnəsiz sən inan, məni!

İçimdə suallar nidaqarışıq,
Nöqtələr, vergüllər perikmiş halda...
Bilinmir davadı, yoxsa barışıq -
Amma işartı var hələ xəyalda!..

Özün təsəvvür et, atsız atlının -
Yerişi büdrəkdi, qamçı əldə yük...
Nə gördüm, nə duydum qəm qanadlının -
Çiynində haçansa bitsin bir ağ tük!

...Söykənib dayandım deməyim nağıl,
Uzağam gözündən min işıq qədər...
Mən şəkil öpürəm, a dünya dağıl -
Məni də qısqanır aşiqim kədər!

Məni
(Allaha və Sənə üz tutdum...)
Səndəmi yaxanı çəkdin kənara -
Qoydun dərdlərimlə baş-başa məni?
Allahım, hardasan, baxıb bu ara -
Bəlkə döndərəsən sən daşa məni?!

Ahımdan yorulub gözümdən qaçdın,
Külümdən üşəndin, közümdən qaçdın...
Bezdin dinləməkdən - sozümdən qaçdın -
Güzəşt də etmədin bu yaşa, məni...

Sınıb çilik-çilik oldum içimdə,
Susuz yarpaq kimi soldum içimdə...
Dünən "ol!" demişdin, oldum içimdə -
Bu gün "öl!" sellənir, tay aşa məni!..

Sözüm
Ləçəyi saralan qönçə misaldı
Dilimin ucunda büdrəyən sözüm!
Bütün varlığımda ağ bir iz saldı -
Sevgindən köksümdə kükrəyən sözüm!

Cəm edə bilmirəm anı bir yerə,
Qanı bir qaşığa - qanı bir yerə!..
Mən qurban deyirəm canı bir yerə -
Səni çaşdırmasın titrəyən sözüm!

Keçdiyim yollardı - dərə də, düz də
Düzlüyüm qalsa da hələ də düzdə!
Məni əyridə yox, sən ara, düzdə -
Axan göz yaşıma "Kür!"- deyən sözüm!

Qapıda-bacada gözlətmədiyim,
Heç kimdən, heç yerdə gizlətmədiyim...
Yalnız varlığını özətlədiyim -
Sözümü ürəklə, gur deyən sözüm!


Unutmasın!
Sən hərdən məni danışdır,
Dilim özün unutmasın...
Lapdan da fikrimi çaşdır -
Dilim sözün unutmasın!

Çoxdu bu zamanın toru,
Sən ondan özünü qoru!
Dilini ütürsə qoru -
Odun közün, unutmasın!

Şeirə başlasam da dildən,
Söz gövdədi, bəlkə dil, dən?!
Mən bir dərs aldım bu ildən -
Görən gözün unutmasın!

Üz tutub ahın dərdiyim,
Gen durub, yaxın dərdiyim...
Ömürdü baxın, dərdiyim -
Heç kim izin unutmasın!


Bu gün ANAmdan ayrılığımın 40 günü tamam oldu... İnanmasam da keçdi 40 gün...Və mən 65 illik ömrümdə bu 40 gündə ANAmı düşündüyüm qədər ANA demədiyimin, ANA düşünmədiyimin fərqinə vardım... Təəssüf ki, bu artıq heç nəyi dəyişməyəcək... yenə uduzan... itirən mən oldum!
Mən saya bilmədim, çaşdırdı məni
Gəlib qırxa çatdı günlərin sayı...
40 gündü göz-gözə görmürəm səni -
Cavabsız qalıbdı qəlbimin hayı...

Yatdığın otaqla gəzdiyin həyət
Yenə o görkəmdə, o biçimdədi...
Sənsiz mənasını itirən həyat -
Ağrıya çevrilib - o, içimdədi!

Hazırlıq görülür mərasiminə
Hər kəs öz işində, öz aləmində...
Anlaya bilmirəm münasibətin -
Bu günə yadın da, ailəmin də!

Mən ANA arayan, axtaran biri
Çevrəmdə keçmişdən hamı danışır...
Övladın ürəyi diriysə, diri -
Ana yoxluğuyla necə barışır?!.

***
Yenə göz-gözədi qara buludlar -
Sözləri çəp gəlib - çalxalanırlar...
Onlardan hansına yerdə ümid var? -
Onlar ki, Allaha arxalanırlar!..

Dartınıb uzanır, gah da yığılır
Və yaxud yayılır bənd görən sutək...
Bu ara kirpiktək elə sıxılır -
Aşağıdan baxıb şəkillərin çək!

Gecənin rəngi də hopur canına,
Bir az çətinləşir "döyüş" izləmək...
Torpaq damla-damla hopur "qanına" -
Daha mümkün deyil bunu gizləmək!

...Yağışdan əvvəlki bulud döyüşü
Ciddi bir ssenari, canlı səhnədi.
Göyün qəhqəhəsi - səsin görnüşü -
Bu yay gecəsində təzə səhfədi!

Kimi, sən?...
Yenə gözlərimdən aralanırsan -
Dənizə çəkilən ləpə kimi, sən...
Qəlbimlə birlikdə yaralanırsan -
Özün bilə-bilə axı, kiminsən?!.

Çaşıram əlimi əldən üzəndə
Hər gün qədərimi başdan düzəndə…
Mən örüş yeriyəm qəmə düzəndə -
Sən lalə bitirən təpə kimisən!

Yığıb, yığışdırıb sözü, söhbəti
Verdin Əbülfətə, şiddət töhməti!
Belə qazanıram mən də şöhrəti -
Bildinmi gətirdin təbə kimi, sən?!.

Oyat xatirələri

Dinləmək çox gözəldi
Boyat xatirələri... 
Bir mesajla lütf edib – 
Oyat xatirələri!

Demə sevgi yandırar, 
Gün gələr inandırar!..
Sənə məni andırar – 
Həyat xatirələri..

Yenə gözlərim dolub, 
Payızdı - çöhrəm solub... 
O köhnə Ümid olub – 
Soyad, xatirələri...


Rəngi qarışıbdı alın yazımın

Məni dinləməyə həvəs göstərmir, 
Elə bil küsübdü dağ-daş da məndən... 
Üzünü çevirib aralı gəzir – 
Həm ötən, həm gələn çağdaş da məndən...

Rəngi qarışıbdı alın yazımın, 
Diqqətlə baxıram - oxunmur heç nə... 
Min dəfə əlimlə sığal çəkirəm – 
Amma əlimə də toxunmur heç nə!..

Nəyin cəzasıdı, kimin ahıdı – 
Baş aça bilmirəm bu çəkdiyimdən?!  
Bəlkə ürəyimin öz günahıdı – 
Mənə sitəm edir su çəkdiyimdən...

Bilmirəm

Özümdən küsdüyüm kimi
Özgədən küsə bilmirəm...
Qaçırıb əlim ümidi -
Əlimi kəsə bilmirəm!

Ürəklə ağrı dalaşır
Üz-gözüm qana bulaşır.
Ayağıma qəm dolaşır,
Ya başqa nəsə, bilmirəm...

Gün də ömürə geyilir,
Daş da daş ilə yeyilir!..
Deyəsən adım deyilir -
Çıxım bu səsə, bilmirəm?!.

Hər ağacın olmur barı,
Fikrim səpələnmiş darı!..
Sən mənim könlümlə yarı -
Üstündə əsə bilmirəm!..
Yaman darıxıram...

Dünyanı dolaşmaq - xəyalda bir an,
Dörd tərəf ovcumun içindən baxır...
Özünü bəbəkdən üzümə vuran -
Mənim yanağıma içimdən axır...
Yaman darıxıram, yaman...

İsmarıc, ya bir zəng, ya elə qəfil
Adından üstümə düşən bir gilə...
Məni səfil edib həsrətim, səfil -
Bunu demirəm ki, tay elə-belə...
Yaman darıxıram, yaman...

Tanrı qucaq açmır, yer də ki, yaxa
Yoruldum ahları körpü etməkdən...
Dörd divar içində, göz baxa-baxa -
Ancaq danışıram çıxıb getməkdən...
Yaman darıxıram, yaman...

Əlimdən tutanım xatirələrdi,
Dərgahda olanlar yuxuma gəlir...
Mənim məhəbbətim şeh kimi tərdi -
Qayıdır üstümə - yaxına gəlir...
Yaman darıxıram, yaman...

Allahla söhbətə gücüm, nə də ki,
Üzüm yox, sevgini - Allah bilmişəm...
Kəpənək tozuymuş demək əldəki -
Onu da çırpmışam, ya da silmişəm...
Yaman darıxıram, yaman...

Bu qədər tənhalıq, bu qədər sitəm -
Sarvansız karvanlar yükündən ağır...
Tay dərə boyunca çalınmış fitəm -
Darıxdın, bircə yol adımı çağır...
Yaman darıxıram, yaman...


Doyum

Məni ovutmağa yaman tələsdin -
Qoymadın sevginin dadından doyum...
Bir ömür demirəm, sadəcə bir gün - 
İlahi, sevdiyim qadından doyum!..

Əlim ətəyində, dizim yaradı,
Həsrətin yanında üzüm qaradı!...
Bir dəfə demədim bura haradı -
Qoymadın o yerin dadından doyum!

Qovurdu sakitcə ağrı canımı,
Dondurdu arabir hətta qanımı!
Allahım, səninlə keçən anımı - 
Özün böl, doğmandan, yadından doyum...


Keçib...

Allah, mənim üstümdən
Deyəsən saat keçib...
Hardasa ləngimişəm -
Gün ötüb, saat keçib...

Dedin sel ol! - axdım da 
Nə var mənim baxdımda?
"Xəbərlər"in vaxtında -
Gün bitib, saat keçib!..

Dəyirmanla dən yarı,
Səni sevdim, sən yarı!!!
Bu vaxtacan tən yarı -
Gün itib, saat keçib!..


Bilmirəm nə edim...

Bilmirəm özümü necə ovudum -
Şəklinlə danışım, ya məktubunla?!
Bir az ürəyimin odun soyudum -
Bəlkə ovunaram bir az, bununla?!.

Bükülən qəddimə ağırlıq çökür,
Dizim də, alnım da torpağa dəyir...
Mənim ümidlərim yarpağın tökür -
Həsrət onların da budağın əyir...

Sanki ütülənir daha ahlarım,
Onunçün kənardan tumar görünür...
Mənimlə yaşıtdı tay günahlarım -
Mənimtək onlar da kübar görünür!..

...Bilmirəm gecənin bu dar çağını,
Və yaxud dan yerin tutum söhbətə?
İndi həsrətimdi mənə yaxınım -
Onu sən mindirdin, gülüm, hörmətə!


Xatirələr...

(Dünyasını dəyişən dostlarıma)

Ölüm də var, öldürən də
Ölümünə güldürən də!
Şəkilləri güldürəndə -
Dodaqlarda görünəcək - 
                         xatirələr...

Tel sayanda yazın əli,
Əlindədi nazın əli...
Gül içində qızın əli -
Ləçəklərə bürünəcək -
                        xatirələr!..

Xarrayanda dodaqda bal,
Şeh olanda yanaqda xal...
Bu mənzərə, bu cürə hal -
Yaşandıqca diriləcək -
                           xatirələr!..

Bir səs qapı döydüyü an
Qızaracaq dodaqda qan...
Nə qədər ki, sağdı bu can -
Ürəyimlə dəriləcək -
                                xatirələr!..

Bir könül pıçıltısı

Mən niyə bu qədər dərdlə, kədərlə -
Gün öldürməliyəm, de, bir köynəkdə?!
Bəlkə anlaşmıram bəxtlə, qədərlə -
Nə olar, sən mənə bir dil öyrət də!..

Bir azca sözümün dodağın qaçırt,
De, kədər adamı heç şux saxlamaz!..
Bir az da özümün dodağın qaçırt -
Sevən sevdiyinə qapı bağlamaz!..

Onsuz da anbaan silinir yazı -
Üzü yenişədi burdan o yana...
Arxada çoxudu, qarşıda azı -
Çətin ki, bəxt bundan sonra oyana!..

... Bu bəlli gerçəyin üzü ortada 
Onu ikimiz də hər an görürük...
Ürəyi qoyaraq düzü, ortada -
Səssiz dörd yanına həsrət hörürük!..
Xəyalımın mənzərəsi

Dan üzünü seyr edərkən bağından
Çiçək dərib, gül oxşamaq istədim...
Hürkütmədən ləçəkləri tağından -
Onları da ziyarətə səslədim!..

Addımımı elə atdım, mürgülü -
Quşlar hətta, səksənməsin yuvada.
Yar bağının bir çiçəyi, bir gülü -
Ürpənməsin, edəcəyim duada!

Varlığıma hakim olan xoş məram -
Xəyallandım şehə batdı gözümdə!..
Bu sübh çağı gül bağında gəzdiyim -
Yarı tapdım ürəyimin özündə!

Üstə

Yenə ürəyimlə sözüm düz gəlmir,
İsrar eləyirik bir baxış üstə.
Calaq da vururuq, yenə düzəlmir -
Bir naxış altdadı, bir naxış üstə.

Duman da yenibdi diz bərabəri,
Ot da göyəribdi iz bərabəri...
Tapa bilmirik ki biz, bərabəri -
Görsünlər bizləri də bax, iş üstə!

Ovduqca xiffətdən əlim əlimi,
Mənə xatırladır köhnə təlimi...
Əbülfət, zənnincə bir ağ dəlimi -
Gəzdikcə ələnir qar, yağış üstə?!.

Gülür

Sükut ruha bələnəndə
İçimdəki kədər gülür...
Fikir səssiz ələnəndə -
Mənə ancaq qədər gülür!

Heydən düşür əlim, qolum
Səhra olur sağım, solum...
Can atıram qurban olum -
Bəxtə "gələn səfər!" gülür...

İllər edib qor közümü,
Çox yormuşam mən özümü!
Dinləmədən heç sözümü -
Gülən vallah, hədər gülür!

Əbülfətəm, sözə yaram,
Hanı o güc, qəfəs yaram?!
Mən adi bir həvəskaram -
Hərdən üzə cüt zər gülür...

Sənə etiraf

Mənim ürəyimin baharı Sənsən,
Qışı tənhalıqdı, bir də ki ahdı...
Mənim varlığımın hər anı Sənsən -
Sənsizəm söyləmək böyük günahdı!

Ruhumun özündən özümə yaxın,
Gözümün özündən gözümə yaxın...
Yandığım közümdən közümə yaxın -
İnan ki, bir Sənsən, bir də Allahdı!..

Olduğun hər ünvan - yer də yerimdi,
Sənlə Cənnət olub həmin yer İndi!
Bu Sənə yazdığım təzə şeirimdi -
Oxusan, bilərəm, bu bir savabdı…


Xankəndidə sancılan bayrağıma səcdələrlə

Bu payız ömrümün baharı oldu,
Gözü aydın olsun torpağın, daşın!..
QƏLƏBƏ əbədi vüqarı oldu -
Sildi Qarabağım, gözünün yaşın!..

Səksəndi bu yurdun kövrək ürəyi,
Açdıq müjdə ilə nurlu sabahı!
Çıxardıb əynindən işğal köynəyin -
Xanın kəndi oldu İLHAM şəhəri!

Axır ki, duruldu yurdun səması -
Dualar selləndi şəhid adına!
Əsgər oğulların Vətən anası -
Təbəssüm sarıdı yaralarına!

Qürura bələndi Vətən büsbütün,
Ürəyim fərəhdən dalğa yarırdı...
Bayraq da yerinə qayıtdığıyçün -
Sonsuz fəxarətlə dalğalanırdı!!!
15 oktyabr 2023
Üz-üzəyəm...

Mən özümlə üz-üzəyəm, oturub
Oxuyuram gözlərinin dibini...
Bir az ərklə, əl uzadıb götürüb -
Çevirirəm kədərimin cibini!..

Oxuduğum tanış sözlər kədərli
Çevirdiyim cibdən qopur toz, duman...
Bu da belə bir yazıdı, qədərdi -
Tənhalığa mən özüməm göz yuman!..

Yozumunu unutmuşam halımın,
Bəlkə də bu ədalətli seçimdi...
Cavabını tapmadım sualımın -
Bir günüm də ürəyimdə keçindi!


Sabah pıçıltısı

Bu sabah da dünənkitək çiskinli,
Sanki bizi düşünərək qəmlənib...
Göy üzü də bir azacıq nisgilli -
Şəfəqlər də kövrəklikdən nəmlənib...

Doğulubdu təzə ümid sabahla,
Fikir başda düyün düşüb, "ah" dildə...
Ayaqlaşa bilmirəm ki, ta vaxtla -
Ayrılığın yaşı artdı bir il də!..

Üzü sərtmiş içimdəki dözümün,
Ya da sevgim güclü imiş xiffətdən!..
Bilirsən ki, qarasısan gözümün -
Kim ayırar səni bu Əbülfətdən?!


Küləkli gecə

Sanki ağaclarla savaş açıbdı -
Külək dəli kimi yolur yarpağı...
Bir az ağacların rəngi qaçıbdı -
Bir az da qorxudan solur yarpağı...

Vahimə yaradır, əsəb oyadır -
Külək ulartısı, yarpaq ağısı...
Vallah qətliamı bir az andırır -
Bu an yaşadığım həyat ağrısı...

Bəlkə də kiməsə xoşdu, məndəsə - 
Saçın qarışdıqca qısqanclıq artır...
Həllini gəzdiyim adi həndəsə -
Məni dərinliyə bir az da dartır...


Sinəmin üstündə 

Heç bilirsən mən indi nə haldayam? -
Daş göyərib düz sinəmin üstündə!..
Özün kəsib doğrayan bir baltayam -
Tüstülənir köz sinəmin üstündə!..

Sarmaşıbdı bir-birinə söz tağı,
Möhürlənib yaddaşıma söz dağı...
Baxışınla qollarımdan çöz bağı -
İz qoyubdu üz sinəmin üstünə!

Bir selovdu qaşlarımın arası,
Qançır olub ahlarımın yarası...
Keçib ömrün çoxundan çox parası -
Qalıb yalqız iz, sinəmin üstündə!


Özünə

Dəyirman dənsizləyib,
Çatdırın dənin özünə...
Dağlar da çənsizləyib -
Qaytarın çənin özünə...

Göy üzü bulud şəllənib,
Yel vurub, bulud ələnib...
Kirpiyi selə bələnib -
Tapmayıb tənin özünə!

Mələk donda yaranan qız,
Payız kimi saralan qız...
Göz güzgümdə daranan qız -
Bənzəyir sənin özünə!

Əl açmışam O varlığa, o kəsə
Ürəyimi gətirmişəm həvəsə!
Xızır kimi səsimi mən o səsə -
                           Yetirmişəm!..

Bilməsən də könlüm olub neçə lək,
Əkin üçün istəyincə şırım çək!..
Gözündəki qəmi mən suçəkəntək -
                                 Götürmüşəm!..

Xəyalımı diksindirib büdrədən 
Şaqqıldayıb göyü, yeri titrədən -
İldırımı sayıb gülüm, fitrədən -
                                Ötürmüşəm!..

Bir aləm var vüsalının məstində,
Ürəyimə sıxdığım gül dəstində!
Mən Allahın elçi daşı üstündə -
                                Oturmuşam!..


Kirpiklərimin

Tənhalıq tökülür bax, üz-gözümdən
Dibi də qırışıb kirpiklərimin...
Gözümdən süzülən yaşın üzündən -
Dibi də sıxlaşıb, kirpiklərimin...

Ovcumun içiylə ovub baxıram, 
Ələyib baxıram, sovub baxıram...
Guya tənhalığı qovub baxıram -
Sırası qarışıb kirpiklərimin...

Ayağı büdrəkmiş atdığım sözün,
İlğıma aldanıb satdığım sözün!..
Hər gün marığına yatdığım sözüm -
Bəxtiylə barışıb, kirpiklərimin!


Ümid yolu...

Hər gün ağrılarımın
Artırıram çəkisin...
Ağrılar küçəsinin -
Bəzəyirəm səkisin!..

Yorulmuş dəvə kimi...
Didilmiş gəbə kimi...
Qüsursuz təbə kimi - 
Kim tapar mən təkisin?!.

Mən alışdım dözümə
“Qulun salma sözümə!”.
Elə bax ki, gözümə -
Ümid yolu çəkilsin!


Hələ də...

Vərəqləri saralmış
Bir köhnə dəftərim var...
Dəftərdən aşıb-daşan 
O qədər səhvlərim var -
Hələ də davam edir!..

Zamanın xəlbirində
Ələndiyim vaxt olub...
Anların hər biri də 
Sonda mənə bəxt olub -
Hələ də davam edir!..

Canda qəm kirkirəsi
Ruhda sevgi fırlanıb...
Ürəyimdə hərəsi -
Öz kefinə tırlanıb -
Hələ də davam edir...

Üz sürtdüyüm divar da,
Öpdüyüm daş dadında...
Su umduğum cuvar da
Bilir, kim var yadımda -
Hələ də davam edir...


ÇÖZÜMSÜZ ANIN ŞEİRİ
Heç özümü anlamıram bu günlər -
Gah dünəni, gah sabahı yozuram...
Çoxaldıqca sinəmdəki düyünlər -
Yaddaşımın boş yerlərin pozuram...
Qarşısında diz çökmüşəm Allahın -
Gedən yerim, gələn yerim bitibdi...
Cavabını bilmədiyim sualın -
Qarşısında olan ağlım itibdi!..
Didiklənib kirpiyimin ucu da
Gözlərinə qor dolubdu dizimin!..
Bir tilsim var, mən çəkdiyim acıda -
Üstün örtür arxadakı izimin!..
Nə çəkdiyim, nə köçdüyüm kimsənin
İynə ucu halına da toxunmur...
Mən ətrafı çox diqqətlə dinlədim -
Ölmüşəmsə, niyə Yasin oxunmur?!


Üzüldüyüm məqam...

Bu axşam da tənhalıqdı, təklikdi -
Həm qonağım, həm ortağım, həm dostum...
Məni üzən gecikməkdi, lənglikdi -
Xatirələr sükutunu gec pozdum!..
Səssizliyi dinləyirəm dözümlə
Hər anını duya- duya sonacan...
Həsrət odun söndürürəm gözümlə -
Damlaları saya-saya onacan!..
Oxşadığım şəkillər də küsgündü,
Təbəssümü köçən gündən üzümün!..
Bu halımdan duyanlarım üzgündü -
Düşünərək son anımı özümün...
Bu axşam da tənhalıqdı, təklikdi -
Tanrım, bunun birin barı sən dirilt!...
İndi qəlbim səksəkəli kəklikdi -
Onu da bax, təbəssümlə sən kirit!..


Yağışlı gecənin ŞEİRİ

Ruhumun hönkürtüsü
Ürəyimi titrədir...
Mən bilirəm, ürəyim -
Gülüm, sənə fitrədir...
Gözlərimdə boğulan
Bulud, yağmaq istəyir...
O yağışda doğulan -
Sel də axmaq istəyir...
Dilimin dilçəyi də
Köklənib "YAR" sözünə...
Hətta həsrətim belə -
Sığal verir özünə!..
...Bu durumum yozulmaz
Yuxu kimi yadımda...
Adım, yəqin pozulmaz -
Yaşatsan , həyatında!..


Alqışsız...

Qəflətən bir udum su -
kəsdi nəfəs yolunu...
Ölüm səhnəsidi bu -
O, oynayır rolunu -
Alqışsız...
Tamaşa bir pərdəli...
Mövzu isə intihar...
Baş qəhrəman bir dəli -
coşar, özün unudar -
Alqışsız...
Həsrətin dırnaqları
qartal caynağından sərt...
Çək köhnə qarmaqları -
Ürəyi bir yolluq çərt -
Alqışsız!..
Əlində quru ləçək
Yaşı on il əvvəl on!..
Səhnəyə atdın əlcək -
Pərdə enir...bu da SON!..
Alqışlar...


Deyə, deyə...

Külək çırpır, pəncərə -
Şüşələri hıçqırır...
Allah, mənim sinəmdə -
Coşmuş həsrət fışqırır -
adını deyə, deyə...
Yanağımda ağ cığır
Kipriklər də parlayır...
Dərdim üzü ağ çıxır ,
Xəyalım da , bar sayır -
dadını deyə, deyə...
Mən çəkən yük üç dəvə
Çəkən yükdən üç artıq...
O fərmandar, mən təbə -
Qoşalaşsaq, uçardıq -
həyatın deyə, deyə...
Gerçəkdə, həm yuxuda
Səsi zildi könlümün!..
Xoşbəxt olur, ruhum da
Ona şair ömrümün -
Qadını! - deyə, deyə...


Günün ETİRAFI

Mən özümün özümə
Verdiyim bir cəzayam...
Sənə məhəbətimin -
Törətdiyi qəzayam!..
Tək varlığıq -sən, mən də
Ürək sənsən - sən məndə!..
Görəcəksən mən, səndə -
Döyünən şah əzayam!..
Sevgi ilə aldığın
Yuva qurub qaldığın...
Gündə üç yol qıldığın -
Namazında qəzayam...
Varlığı var olmağım -
Kükrəməyim, dolmağım...
Arada bir solmağım -
Qorxusuzdu, - fəzayam!..


Bir QADINA Təşəkkür Məktubu...

Sağ ol, ovutdun məni
Göndərdiyin yarpaqla...
Üz-gözümə sürtdüyüm -
Bircə xışma torpaqla!..
O yaqrpaq dibçəkdəki -
Gülündən qopub , gəlib...
Torpaq - gəzdiyin yerdən -
Ləpirin hopub, gəlib!..
Dəyişib bütün halım,
Ağrı çıxıb yadımdan!..
Sənə , bir gün xəyalım -
Baş əyəcək, adımdan!..
Bir kiçik bağlamada -
Əl izin və ətirin...
Şəklimi saxlama ta -
At, xoş olsun xətirin!
Him var qopub düşməyə
Gözə tökməyə torpaq...
Qoymaz tay üşüməyə -
Üstümü örtən yarpaq...


Ürəyimin qapısı...
Açarsızdı ürəyimin qapısı -
Sən bilərsən harda düşüb, kimdədi...
Yuxuda da görürəm bir kabusu -
O həsrətdi - məqam gəzir , himdədi!..
Yarpaq kimi büzüşübdü əllərim,
Yadırğayıb tay hördüyü sığalı...
Boş çanağı xatırladan illərim -
Dara çəkir mən biçimdə cığalı!..
Vağanıyıb söz ormanı dilimin,
Quruyubdu ruha düşən şeh izi!..
Təzələyib bir xatirə filimin -
Üşüdəcək üz qarsıyan meh bizi!..
...Əl həniri hiss edirəm qapıda
Kölgən düşür ürəyimin içinə!..
Parıldayır göz yaşımın sapı da -
Göstərmə sən o açarı heç kimə!..


SEVGİNİN

Ürək etiraf masası -
İçim və çölüm də bəlli...
Tanrım!- deyib tutmuşam mən
Ətəyindən iki əlli-
SEVGİNİN!..
Tapdalanmaq və qırılmaq,
Haqlı- haqsız yazıdı bu!..
Hətta alnından vurulmaq -
Elə bil ki, nazıdı bu -
SEVGİNİN!..
Hər sözün öz ağırlığı,
Hər baxışın öz oxu var...
Canında həm fağırlığı,
Həm Allahdan bir qoxu var -
SEVGİNİN!
Hökmü dünyanı götürüb,
Ruhdu tək aldığı bacı!..
Tanrısı içdə oturub -
Ürəkdi taxtı və tacı-
SEVGİNİN!..

Sevgi ovqatı

Özümdən qaçıb gəlirəm
Bir yol göstər, bir yer ayır...
İnan ki, uçub gəlirəm -
Bilmirəm . fələk nə sayır!
Ömrümdə çox gün xəşəmdi,
Çox dərdi çəkmək peşəmdi!
Həsrət - baş yazım - köşəmdi -
Onu oxucum da yayır!..
Bir haqq var sənə gəlimdə,
Bunu car çəkib dilim də!
Çünki, sübut var əlimdə -
Əbədi sevgimə dair!
Bükülüb , qırışır ümid
Ahıma qarışır ümid!
Allahla barışır ümid -
Susur, dinləyir və sair...

ÖZÜMLƏ TƏSƏLLİ SÖHBƏTİ

Qələmlə şum edib, söz əkən bəndə
Dodaqdan yanağa köz əkən bəndə...
Toparla özünü, döz!- əkən bəndə -
Biçini görəsən, biçini , bəlkə ...
Ömrün bir kitabdı , adı " ancaq O",
Bu ömrün mənası, dadı ancaq O!..
Göstərsə olduğu qatı ancaq O -
İçini görərsən, içini, bəlkə...
Bu yoldu -yaxşı, həm yaman aparır
Batanda, su sanki, saman aparır!..
Yır-yığış vaxt alır, zaman aparır -
Köçünü görərsən, köçünü, bəlkə...
Calaq elədikcə gecə gündüzü,
Gizlədir qaranlıq, açır gün düzü!..
Üzünə gülməzsə bəxtin gün üzü -
Heçini görərsən, heçini , bəlkə...
Tutmaqla əlindən yarın beş əlli,
Əbülfət özünə verir təsəlli!
Bu da bir deyimdi, bu da məsəldi -
Gecini görərsən, gecini , bəlkə!..

Qoymadın...

Qoşdum sənin günlərinə
Günüm gününtək xoş oldu!..
Bir əlim gül dərdi sənə
Bir əlim isə boş oldu -
Qoymadın , telini saysın!..
Cüt ötən günün içində
Anların izi dolaşdı...
Muncuqlar kirpik ucunda -
Biri-birinə bulaşdı -
Qoymadın , yanağa yaysın!..
Hissimi sözdə cücərdib
Sözünün ləkində əkdim...
Bütün gücümlə, duamla
Ağrını ağrım tək çəkdim -
Qoymadın, ruhum yarısın!..
Sevgi ən pünhan sirrindi
Ürək and yerin - Pirindi!
Sənə də artıq bəllidi,
Xəyal gerçəkdən şirindi-
Qoyma , bu dəlin ayılsın!..


Niyyət

İzləyəcəm gecənin
qaşının çatılmasını...
Ulduzların səssizcə -
axına atılmasın...
Gözümü çəkməyəcəm
mən Ayın yaxasından!..
Məst olacam Günəşin -
Donundan çıxmasından!..
Qaranlığı əridib -
nur payıma qatacam!..
İşıq sürəti ilə -
gəlib sənə çatacam!..
...Bu gecədən umduğum -
xəyalımın sədası!..
Sənə sədam çatanda -
Sən də, səslən, qadası!.


Külək..
.
Sındırır pəncərəmi -
İndi.ən dəli külək!..
Saçlarıma dən səpən -
Qəmin, bir əli, külək...
Aralığı tez qatır,
Susanda, bir an yatır!..
Məni gah geri atır,
Gah da , irəli külək!..
İçimə hopan kədər,
Çətirlənmə sən hədər!..
Yorulmayana qədər -
Dayanmır zəli, külək!

Mənzərə...

Bu gün dənizin gücü
Ləpələrin canından -
Dalğalara keçibdi...
Qayalar həmin gücü -
Ləpə, ləpə içibdi!..
Dənizin maviliyin
Dalğalar xəlbirləyib...
Bir az göyə köçübdü,
Səma da gözlərinə -
Dəniz rəngin seçibdi!
Dənizin pıçıltısın,
Sahil səs, səs biçibdi!..
Bir sevgi hıçqırtısın -
Ovutmağa bu səhər -
Ləpələr gecikibdi!..

Səsim...
Səsim yaman üşüyür -
Üstünü ört səsinlə...
Onda qarışıq düşməz -
Səsim, başqa kəsinlə!..
Şəhər, küçə və səki
Məni dinləsin təki!
Həsrət yükləyən çəki -
Ərisin , nəfəsinlə!..
Ümidi şələ, şələ
Görən olmayıb hələ!
Tutub gəlsin əl-ələ -
Həvəsim, həvəsinlə!..
Səsimi nəzir kimi,
Ya saxla əsir kimi...
Ya da sil, kəsir kimi -
Bir yarpaqlıq, əsimlə!..


Boşluqdakı adam...
İlmələri qaçıb...
Naxışları qarışıb
Və həm də ,
solub...
Kədərin və tənhalığın
Bayrağı altında -
( Bircə Allah bilir ,
Göyün, ya da yerin
Hansısa qatında -)
Sükuta -
Həyan adamın!..
Hə, bir də,
oturduğu yerdə
Çəkdiyi ahları
kipriklərinin ucu ilə
üzü göyə
millənəndə -
Sayan adamın!
Gördüm ki,
alnı da
yaman qırışıb -
Ürəyi kimi -
Halından
Doyan adamın...
...Nəfəsi
Yumduğu
gözləriylə alır...


ÇƏKİR...

Deyəsən kimsə gələcək -
Gözüm yol çəkir, yol, çəkir...
Dünən, bu gün və gələcək -
Bir az sağ, bir az sol, çəkir!..
Qopub . sanki ox yayından,
Kədər küsüb "oxqay"-ından...
Günlər ötür çox, sayından -
Kimsə onu lap bol çəkir?!.
Mən bir sevginin vəkili,
Solub ruhumun səkili...
Qəlbim hər gün söz şəkili -
Karandaşım da kol , çəkir!..
Düşən gündən adım ada,
Çox anlarım köçür yada!..
Osa gülüb, adıma da -
Üstən əyri bir zol ,çəkr!..


GƏLİR...
Susur, dinməyə də həvəsi yoxdu
Hətta görməyi də günahdan bilir...
Toxunsa hiss edər - nəfəsim yoxdu -
Məni ,Allah özü "günah"-dan silir...
Əydikcə qəddimi vaxt ağırlığı,
Bükür dizlərimi baxt ağırlığı...
Sevgiyə "Taxt!"- dedim - taxt ağırlığı -
Məni ələ salır, əylənir...gülür!..
Demiyə göyərir həsrətin şumu,
Sulanır - cücərmir ümidin tumu!..
Daş edib köksündə döyünən mumu -
"Hələ yaşayırsan?!"- deməyə gəlir!..
Hər halı, hər anı ölçərək boya
Sevgi yaşayıram mən doya-doya!
Göndərsə ölümə, çağırsa toya -
Duyacaq, Əbülfət qaçaraq gəlir!..


*****

Elə sarsıdır ki, yaşadıqlarım -
dilim də göyərir dilçəyinəcən...
Mənim varlığımda daşıdıqlarım -
Üzür kəndirimi ilgəyinəcən!..
Başqa nə deyim ki, bəllidi başdan -
mənası hüzndü qaranlığın da!..
Ümid qoparırdım qayadan, daşdan -
Qaldım bir ömrün viranlığında!..
Yazısı bu imiş büdrəyən bəxtin -
Yaşıl yarpaqları xəşəm tək üzür!..
Özü öz halını fitdəyən bəxtin -
Üstünə kipriklər muncuqlar düzür.
Elə sarsılanda - belə çırpınmaq -
Yaraya duz basıb - dişi sıxmaqdı...
Sonra üst-başını möhkəm cə çırpmaq -
Dözüm meydanına Kişi çıxmaqdı!
   


Bu günün ADAMI...

Oturduğu yerdə
büdrəyir yıxılır,
Durduğu yerdə
anidən ölür...
Ya da . nə yıxılır,
nə də ölür
Sadəcə yıxılmaqla
ölüm arasında təklənir -
Adam...
Sükutun içində
havalanır,
Səs-küydə yatır...
Düşündükləri
öz dayazlığının
dərinliyində batır...
Ağlından şəklənir -
Adam...
Əlində tutduğunu
axtarır və tapmır...
Ələyib,
xəmir etdiyini
Unudur
və yapmır...
Özü-öz içində ləklənir -
Adam...
Közərir,
tüstülənir
Hətta burnundan
tüstü gəlir...
Siqaret kötüyünü atır,
amma,
çəkməyi atmır!..
Acı öskürəyin lələklənir -
Adam...
Çarpışır, vuruşur...
Dağıdır, qurur...
Bir az
yalaq olur,
bir az da qürur!
Bir az yaradıcı, bir az yırtıcı...
Bütün bunlarla,
bütün havalarda ələklənir -
Adam!

Kədər yellənçəyi

Darıxmağa imkan vermir, anında -
Kədər alır ürəyimin üstünü....
Tutub məni iki əlli yanında -
Körükləyir sinəmdəki tüstünü!..
Can sirdaşı, göz yoldaşı, diz dostu -
Aramızdan işıq keçmir, su axmır!..
Bu doğranan , elə- belə, kol-kosdu -
Mənə tərəf dönüb guya heç baxmır!..
Tanıyandan binə qurub, köç düşüb
Elə bil ki, tapıntıyam onunçün!
Hiss edirəm o. izimə gec düşüb -
Ürəyimdə düyür günün son ucun!..
...Darıxmağı yadırğadıb o, mənə
Nəfəs kimi varlığımda şellənir!
Bu kədərin yellənçəyi var, hələ -
Orda mənlə xatirələr yellənir!..

Adsız GERÇƏKLİK

Bəzən
heyrət doğurur,
Bəzən
təəssüf...
Bəzən də
sinəndə
ürək boğulur...
İllərlə
düşündüyünü,
xəyal etdiyini -
Gəzəndə
və görəndə-
Ruh səksənmir...
Həmin andaca
hər şey
ilğım kimi yox olur...
Sən də anlayırsan ki,
Onun üçün heç kimsən!
Deməli
"Mənim heç kimliyimdən"
Yalnız kədər tox olur!..
Bu acı bir gerçək-
Susdu keçmiş,
bitdi gələcək...
Ürəyimlə
Kədəri yemliyirəm...

Getsin...

Bu dünyanın dadı qaçıb -
At qapıdan çölə, getsin...
Bizə şahlıq eliyirdi -
OLsun indi kölə, getsin!
Əl çatandı Şər qalası,
Tülkü olub Nər balası!
Bizə gələn hər bəlası -
Necə gəlib, elə, getsin!..
Min bir fikir başımda cəm,
At oynadır içimdə qəm!
Ay Əbülfət, olanda dəm -
Ver hamısın selə, getsin!..


İlğım təsəlli

Divarları nəm çəkib bu hörgünün,
Hiss olunur, özülü də dayazdı...
Mən ahlardan tikdiyim bu körpünün -
Bu dünyada , bənzəri də tay azdı!..
Uzatdıqca, uzaq düşür əl yerdən,
Hətta nəfəs çəkməyə də hey qalmır...
Vurulduqca istəyimə "pəl" yerdən -
Tanrım yada ümid kəndirin salmır!..
Öz işini görür zaman dəyirman,
Səssiz qopur, kiprikləri ütən yaş...
Bürüncəyin gah çən edir, gah duman -
Tək məzarda nişanə tək bitən daş!..
...Suvarılan xatirələr baxcası,
O hörgünün naxışların dirildir...
Hərdən açıb ürəyinin boxcasın -
Əbülfət də, özü özün kiridir...


Sükutun səsi....

Təsəvvür
edə bilərsən-
Bir sükut içindəyəm,
Bu an !
İnan - dərindən dərin...
Həvəsin olsa,
Saçının ucu ilə
Bu sükutun,
Alın tərin
istəsən
astaca,
, Silərsən -
Yaman
üşüdür məni!..

DUMAN...

Budaq, budaq qəm sayıram
Yarpaq, yarpaq isə , guman...
Elə bilmə dəm, sayıram -
Gözümdə nəm. başda - duman?!.
Gözlənilməz olub hücum,
Düyün düşüb işim, gücüm!..
Qavğarlanıb , elat köçüm -
Kəsib yolu, qaşda, duman!..
Vallah, deyən sehirlənib,
Pıçıltım da şeirlənib!..
Talehimə möhürlənib -
Yay da duman, qış da duman!..
Gah yüngül, gah ağır taxta
Gün ələdim , baxta - baxta!..
Əbülfəti , özəl vaxta -
Saldı , on beş yaşda , duman!..

Vida öncəsi...

Lap köhnə məktub kimi
Əzbərəm oxunmaqdan...
Sındırmışam içimi -
Özümə toxunmaqdan!..
Harayım daşmış səbir,
Bu yaşam - gerçək cəbir!..
Bu molla, bu da qəbir -
Qurtuldum - doğulmaqdan!
Saralan söz bağıdı,
Quruyan qəlb tağıdı!
Meh əsən - ruh dağıdı -
Üzülməm , yox olmaqdan!

ÜRƏYİM

Xətir xəstəsi oldum -
Kürrükləndi , ürəyim...
Yaz buludu tək doldum -
Körükləndi , ürəyim!..
Dinlədim mən səslərin,
Yamac öpən sislərin!..
Şahə qalxan hisslərin -
Hörükləndi, ürəyim!
Bildim ki, ömrün şuru -
Quru çıxıbdı, quru!..
Səbəb, əzəldən duru -
Görükməndi, ürəyim!
Səni hər an budayan -
Qəmə, dedin, butayam!
Sən o tay, mən bu tayam -
Gör kimlədi , ürəyim!


Oxunmayan məktub

Ay dünyamı, ŞƏN eləyən,
Ömrü ömrə - TƏN ,eləyən!..
Məni qəmə, DƏN eləyən - -
Bu günah - bizim günahdı!..
Zərif bükən SÖZÜ , gülnən
Bəhs eləyən - ÖZÜ, gülnən!
Ay ümidə , ÜZÜ gülən -
Bu sabah - bizim, sabahdı!..
Yerdən göyə yol - millənən,
Ancaq ruh kimi dillənən...
Gözün dibində lillənən -
Bax , bu ah, bizim BU AHDI!
Varlığımda VAR , olanım,
Ürəyimdə BAR - olanım!
Ay əbədi , YAR!- olanım -
Bu Allah - bizim , Allahdı!

Adıma yazılan

Darıxıb, dodağı qanayıb qəmin -
Yüyürüb üstümə, sığınıb mənə!..
Özün sevdirməyin tapıbdı çəmin -
Deyirki, biryolluq yıxılıb, mənə!..
Olubdu sirdaşım, andım - amanım,
Köklənib bir simdə vaxtım, zamanım!
Təzə mahnılarla , köhnə kamanım -
Dinəndə , yüz cürə baxılıb, mənə!..
Bilmədim gün doğdu, ya batdı haçan,
Yaddaşdı , arabir, eynimi açan!..
Unudub, gözümdən aralı qaçan -
Özü zərrə- zərrə yığılıb mənə!..
Demək qor olub ki, sonda köz düşüb,
Gözəl doğulub ki, ona göz düşüb!
Ondan harda söhbət, harda söz düşüb -
Adı mənlə olub - çıxılıb, mənə!

***
Hiss edirəm sızıldayır yol, cığır
Xiffətindən ləpirləri yol , sıxır!
Ürəyimdən bircə səmtə yol çıxır -
O da tutub , açıq-aşkar, üz sənə!
Tanışdımı, bu gördüyün üz, sənə?..
Yaddaşıma xal salıbdı hər addım,
Addımları ürəyimlə mən atdım...
Nə yaşadım, nə hiss etdim, nə daddım -
Dəyişilməz, ötsə hətta , yüz sənə!..
Tanışdımı, bu gördüyün üz, sənə?..
Bir- birinə üzgün baxır duman - dağ...
İkisi də bir- birini uman, bax!..
Qımıldanır, sağdı hələ guman, sağ -
Bu dumanın dəryasında üzsənə!..
Tanışdımı, bu gördüyün üz, sənə?..
Öz -özümə ha versəmdə təsəlli
Həyat yükdü - suallı, həm məsəlli!..
Görkəm həmən, üstəlik də, səs bəlli -
Əbülfətdi, qatlayıbdı diz, sənə!
Tanışdımı, bu gördüyün üz, sənə?..


SÖZ

Haldan daşüb, sanki çatmır nəfəsi,
Çabalayır balıq kimi dildə, söz...
Qıra bilmir atıldığı qəfəsi -
İlişibdi dilçəyindən zildə, söz!..
Qarşılaşıb bir meydanda ağ- qara,
Elə bil ki, çəkilibdi ağ, dara!..
Bir salavat çevirirəm dağlara -
Gülümsəyir Muğanda, həm Mildə , söz...
Gecikməsi , adi haldı Danın da,
Qələm özün göstərəcək anında!
Boy verəcək, ilham varsa, canında -
Cücərəcək, düşsə hətta, gildə , söz!..
Əbülfətin , ruh kasası daşanda,
Sevinəcək, daşdıran da, daşan da!..
Bu mənzərə , sərhədləri aşanda -
Süslənəcək çiçək də söz, gül də söz!..


İlk görüş öncəsi

("Saralan dəftər"-dən bir ŞEİR)
İlk görüşə vədə alıb, söz alıb -
Dözə bilmir, gözü qalıb saatda...
Həyəcandan , rəngi bir az sozalıb -
İndi özün "işə salıb" saat da!..
Əqrəblərin yerişini hiss etmir,
Elə bil ki, tutub vaxtın tərsliyi...
Kimsə deyir,- "Zaman heç də pis getmir!"-
İnanmırsan, vərəqlə, bax dərsliyi!
Yönəlibdi ona bütün diqqətlər,
Yayındıra bilmir özün aradan...
Sıxır onu, bu həvəskar "şiddətlər" -
Eh...bu sevgi məni tapdı, haradan?!.
Görüş yerin köçürübdü gözünə-
Gah saata, gah da baxır güzgüyə...
Hərdən gülür, hətta, özü özünə -
Çalışır ki, həyəcanın gizləyə!..
...Uçub getdi, vəd aldığı görüşə,
Toxunmadı, ayaqları yerə də!
İndi baxıb həmin günə, gərdişə -
Həsrət ilə, bir yaşayır - kirədə!


Bu da bir QOŞMA
Darıxmaqçün darıxıram...

Darıxmağı həyatıma köçürtdüm -
Gerçəkləşdi, uyğun gəldi qanımla...
Mən özümdə neçə sınaq keçirtdim -
Məkan, həm də dəstək oldun canımla!..
Hara gəldi, necə gəldi, əl atdım,
Gözlərimə gül çöhrəni yalatdım!
Ürəyimi ürəyinə calatdım -
Təsdiqləndi bu adımla, sanımla!..
Xəlvət boğub içimdəki qəhəri,
Gül üzünə açıram hər səhəri!
Əbülfətsiz, düşünərsən şəhəri -
Bir xatirə işığında anımla...

Günümün ŞƏKLİ

Ruhum elə yorulub
Tər dabanından axır...
Sanki qanım sorulub -
Sənə , bir şəkil baxır...
Dizlərimin gözünü
Küt bir sızıltı ovur...
Əllərim də özünü -
Biləklərimdən qovur...
Söz -sudan çıxmış balıq -
Heyi yoxdu dilimin...
Mən kəsrsiz bir qalıq -
Gözü aydın. ölümün!
Xatirələr toranlıq-
Keçir , səssiz önümdən...
Səslə məni, bir anlıq -
Məni həmin dönümdən!
...Dəftər, qələm ögey, yad
Sayır məni özünə...
Qəlbimi sıxır həyat -
İlhamımın közünə!


Fağır Ürəyim

Ağırlıq qaldırır, həm qum ələyir
Özü şum yeridi, həm şum eləyir...
Hər kəs də üstünə hücum eləyir -
Qalır ayaq altda fağır ürəyim!..
Bükülüb gününə baxır, ürəyim...
Üz tutur həvəslə bir xoş an üçün,
Bu an - bir dünyadı, xoşlanan üçün!
Dönərək keçidə, boş dalan üçün -
Qalır lap alt qatda , fağır ürəyim...
Özü -öz içini yaxır, ürəyim!..
Ömrünə nur olan , ruhun . üyüdür
Fikrə nəfəs verən, gözün böyüdür...
Baxışla susdurur, dillə keyidir -
Donur sanki "pat!"-da, fağır ürəyim!..
Bir gilə su kimi axır, ürəyim...
Adı "Vaxtsız" olur, edilən zəngin...
Deyim qəddin qırır, soyuqluq əngin...
Əbülfət , bəhrəsin uğursuz cəngin -
Yaşayır həyatda, ağır, ürəyim!
Yağır, öz üstünə, yağır, ürəyim!


Fateh KİŞİ!!!

Qucağıma iməkləyib gəlirsən,
Fəth edirsən qollarımın arasın!
Elə şirin "Baba!" deyib gülürsən -
Kövrəldirsən gözlərimin qarasın!
Yanağını söykəyərək sinəmə
Təkəbbürlə , sən gözaltı baxırsan!
Sanki zəfər qılıncını əlinə -
Alıb onu, FATEH kimi çaxırsan!
Evdəkilər gah söz atır, gah da ki,
Cəhd edirlər qucağımdan almağa...
İnada bax, bu bir yaşlı , şahda ki,
İsrarlıdı öz taxtında qalmağa!
Dirəşdikcə ayaq üstə durmağa,
Sevincimi gizlətmirəm, inanın!
Fateh balam, öz dünyanı qurmağa -
Dəstək olsun, məsləkin, həm İNAMIN!

Monoloq

Bu həyatda : -
yenilməyən,
yeyilməyən...
içilməyən
nə də ,
boya biçilməyən...
Dərinliyi,
dayazlığı
keçilməyən,
Gerçəkliyi
kiçilməyən...
Nə rəngiynən,
nə səsiynən,
hətta
sükut nəfəsiynən -
seçilməyən!..
Hər bir anda,
hər bir halda -
dadsa acı,
yesə bal da! -
Basqılarda,
coşqularda...
Ürəkləri yaşadan da,
Ruhları daşdıran da -
Allahın "SEV!" nidasıdı...
Bu yer həm də
Sevənlərin -

BÖYÜK SEVGİ ADASIDI!..

Kövrəklik NOTU

Mən hər günü ümidlərlə açıram,
Sənə nəsə andırırmı, sabahım?!
Mən özümdən üzü sənə qaçıram -
Ümid şamı yandırırmı , sabahım?!
Gecə qat-qat, həm də düyün düyündü,
Yuxularım bu qatlarda üyündü!
Qəlbim bütün gücü ilə döyündü -
Onda sənə, durub gendən ha baxım!..
Xəyal bir az hürkək, bir az ilğımdı
İstəklərim sözə yatmaz - çılğındı...
Həsrətimsə cilov qıran ilxımdı -
Amma yanır, günə hələ, papağım!..
Əbülfətin əli yetir mənzilə,
Çox çəkdirdin, sən sınağa, sən, zilə!
Mən bənzədim - sən qəlbimi fərz elə -
Dən saxlamır, çat-çat olub tabağım...


Mənə...

(Yaddaşdan bir ləçək...)
Sevdirdin gül- çiçəyi,
Sevdirdin,gülüm, mənə.
Nə olar,gül sevgindən
Ver bircə dilim mənə!
Əsməsin,uçunmasın
Ürəyin puçurlasın.
Dodağın pıçıldasın:
Ay ömrüm- günüm!-mənə.
Havalanıb bir anda
Qəmi qəmlə vuranda
Ürəyini hər anda
Ürəyim bilim,mənə....


Özümüzə təsəlli ŞEİRİ

Bizə alın yazısıdı bu qədər:
-Səni heç harda heç kim mənim qədər,
Məni heç harda heç kim sənin qədər -
Düşünmür, düşünmür, düşünmür gülüm!..
Atdığımız hər bir addım izlənir,
İçimizdən sevinc qaçıb, gizlənir...
Kim bilmirsə, daha nələr gözlənir -
Düşünmür, düşünmür, düşünmür gülüm!..
Qələm Haqdan, yazı Haqdan, söz Haqdan,
Atəş Haqdan, ocaq Haqdan, köz Haqdan...
Deyən varsa, qədərini çöz Haqdan -
Düşünmür, düşünmür, düşünmür gülüm!..
Yazdıqlarım bildiyinin tənidi,
Ovcundakı, gözlərimin dənidi!
Ürək yazıq, həsrətlə də şən idi -
Düşünür...düşünür, düşünür,gülüm!..

Ruhumun pıçıltısı...

Bir köç başlayıbdı ruhumda mənim
Titrədir içimi ağır ləngəri...
Hətta xatirələr, yuxumda mənim -
Sanki hücumdadı, yarır səngəri!
Bir az yumşaq edib tay başaltısın -
Hayıma çatmayan xəyalım, büdrək
Andır istəyinin bir işartısın -
Onu ,ayağına alıb , gətirək!
Qədəri məhculdu ömür payımın, -
Yarımçıq qırılmaq təhlükəsi var.
Həsrətdi şəriki , bu bal ayımın -
Gəl, onun qolunu, qolumdan çıxar!..
...Nağıl tək səslənər, desəm, rahatam -
Özün duyduğun tək, qaralama et...
Bir damla sıçrayar, qəfil, qorxuram -
Ruhun yanağını , yaralama, get...

Mənim...

Mənim adım bir kitabda yer alıb -
Dörd dəftərdə sətirlərə paylanır...
Mənim sözüm bir ürəkdə yaranıb -
Dörd tərəfdə qanadlanır, paylanır!..
Mənim bəxtim nimdaş, milli geyimdə
Çəkir onu bu halda , hər deyim də!
Köklənibdi "Cəngi" üstə neyim də -
Qol qaldırıb öz tayıyla taylanır!..
Mənim ruhum göydə qurub yuvasın,
Göydən göyə, hər an edir, duasın!..
Əbülfətin kipriyindən ,su asın -
Deyin , belə sərinləyir, yaylanır!..


İSTƏYİRƏM...

Gündüzləri yuxu kimi əridib,
Gecələri gündüz kimi sovurdum...
Duyğuları göz yaşımla kiridib -
Ürəyimi ağrılarda qovurdum!..
Döyməyərək qapısını heç kimin,
Dayaq yeri özüm oldum, eşqimin!
Gizlətmədən yekununu seçkimin -
Olanımı açıq ,aşkar yoğurdum!
Yerdən göyə cığır açdı haqq səsim,
Sən də bil ki, bu verilən haqq ,bəsim!
Əbülfətə istəmirəm haq kəsim -
İstəyirəm, ümidini , doğruldum!

Mən...

Səni yola saldım, amma arxanca -
Su ata bilmədim ,üzü göyə , mən!..
İndi gözlərimi yığa bilmirəm -
Belə bənd deyildim düzü, göyə mən!...
Səbrimin saçını öpüb , daradım
Səni soraqladım, səni aradım...
İstədim , təzə bir xəyal yaradım -
Aparıb çıxarım izi göyə, mən...
Əbülfət əl açıb, köklənib , dilə
Allahın özünün dəstəyi ilə!
Ruhumuz görüşmək istəyi ilə -
Çağırır, duyuram bizi, göyə mən!

Tamlayır...

Günləri uc-uca düyünləyirəm,
Həftəyə çevrilib, ayı tamlayır...
Bəlkə də, mən bir az yeyin gəlirəm -
Bu gəliş üst-üstə sayı, tamlayır!..
Nə yükə baxıram, nə də ki, yola
Hətta, heç demirəm "nə ola,ola..."
Həsrət həm ürəyə, həm də ki, qola -
Girib sevgi adlı payı, tamlayır!..
Əbülfət, ağlımı başa yığıram,
Dişimlə səbrimi möhkəm sıxıram!..
Dözüb, son gücümlə qışdan çıxıram -
O da , qarşıdakı yayı, tamlayır!..

İlahi, sən məni ümidə cala!..

Sel gəlir, üstümə leysan ələnir
Ətrafım yağmura, lilə bələnir...
Dünənim elə bil, nar dənələnir -
İlahi, sən məni ümidə cala!..
Əlim boşa çıxır, qəmimsə qoşa,
İstəyir məni də oyuna qoşa!..
Nəyi cilaladım , gəlmədi xoşa -
İlahi, sən məni ümidə cala!..
Sayılan olsa da hər vaxt çox azdan,
Nəfəs də ağrısız keçmir boğazdan!
Özümə deyirəm, sus, az loğazdan -
İlahi, sən məni ümidə cala!..
Əbülfət adından ülfət perikdi,
Əkinin demiyə, şumun herikdi!
Alnına yazılıb " Dərdlə şərikdi" -
İlahi, sən məni ümidə cala!..


Guya...

Elə bil ki, daş üstə daş əzirlər,
Elə bil ki, qumda iynə gəzirlər...
Elə bil ki, ən son bəndi kəsirlər -
Guya məni , görməyərək keçəndə...
Elə bil ki, ipə darı sərirlər,
Qurumağa köhnə qarı sərirlər...
Üzə gülünc,, saxta arı sərirlər -
Guya məni görməyərək ,keçəndə...
Elə bil ki, tamaşadı, səhnədi
Bu axına hərə bir cür dəhnədi!..
Fikir məni , bu hallarda təklədi-
Guya məni , görməyərək keçəndə...
Elə bil ki, son yarpağam - qopuram,
Elə bil ki, son damlayam ...hopuram!
Ağrımağa min cür səbəb tapıram -
Biri məni " görməyərək " ... keçən də!


Düşünmək gücümə güvənirəm , mən!..

İlahi, gecəni sübhə keçən an,
Həm dodaq titrəyir, həm isinir qan!..
Onda bir Allahı və səni , inan -
Düşünmək gücümə güvənirəm , mən!..
Barmaq izlərimi bədəndə, tel də
Gözümün yaşını çağlayan seldə...
Sözümün sədasın gün doğan eldə
Düşünmək gücümə güvənirəm , mən!..
Bütün gerçəkliyi sözbəsöz yazmaq,
Həyatı nağıla, yuxuya yozmaq...
Yalanı qələmin ucundan pozmaq -
Düşünmək gücümə güvənirəm , mən!..
Təsəlli sayaraq çəkdiyim ahı,
Oturub gözlədim gecə, sabahı!
Məni ovcu edən. ay gözəl ahu -
Düşünmək gücümə güvənirəm , mən!..

Tənhalıq...

Dayanıbdı, nə tərpənir, nə dinir
Nə büdrəyir, nə əyilir, nə sinir...
Təkcə mənim yanağımda isinir -
Varlığıma hakim olur , tənhalıq!..
Kölgə salıb -bir qaranlıq kahadı,
Bu kahada süslənən ah bahadı!..
Şikayətim Allaha. nə şahadı -
Ürəyimə sızıb dolur, tənhalıq!
Hal qalmayıb mən halsızda, söz deyim,
Gecə, gündüz Səni gəzir göz!- deyim...
Ürəyimə hansı üzlə Döz! !- deyim -
Mənlə birgə hər an solur, tənhalıq!..
Nişançı da, nişangah da israrda,
Ümid telin tay saxlamır mismar da!..
Qoşa görsə iİkimizdən iz harda -
Ləçək , ləçək üzüb yolur , tənhalıq!..

 UMUDUN

Sapı süzülübdü, rəngi solubdu
Bir az tutulubdu. bir az dolubdu...
Elə bil saçını kimsə yolubdu -
İçimdə lövbərin salan , buludun...
Məni gözü yolda qoyan, umudun!..
Səsi kallaşıbdı, dili kütləşib
Bir az nazilibdi - sanki lütləşib!..
Gözümdə varlığı elə bütləşib -
Boyunu sevirəm dolan buludun ...
Məni gözü yolda qoyan, umudun!..
Yerişi büdrəkdi, yükü də yaşdı,
Özü-özü ilə lap ayaq-başdı!
Xəbərsiz kükrədi, ətərsiz daşdı -
Kasası, ilişib qalan buludun!..
Məni gözü yolda qoyan umudun!..
Hardadı qələmim. hanı dəftərim
Yazısız mən onu çox təriflədim!..
İndi anlayıram bütün səflərim -
Gerçək saymaq imiş , yalan buludun!
Məni gözü yolda qoyan, umudun!.


Ayaqüstü sağlıq...


Qaytarın üstümə keçən buludu,
Sıxsın kipriyini axıra qədər...
Yusun sığındığım nimdaş umudu -
Mənim sinəmdəki yağıra qədər...
İsidin azacıq mehin nəfəsin,
Oyadın içimdə yaşam həvəsin!..
Qırın zəncirini həsrət qəfəsin -
Üstəki mamırlı paxıra qədər!
Əli yetmir mənə doğmanın, yadın
Bütün varlığıma hakim bir Qadın!..
Onun ŞƏRƏFİNƏ çəkmədən adın -
İçək , ən son damla çaxıra qədər!


Məni unutmağa meyil eləmə

Ömrü açıq aşkar verdikcə yelə,
Həsrət ağrıları döndərir selə!..
Günün ovqatına köklənib , belə -
Məni unutmağa meyil eləmə!..
Qəm yuyub aparır gözün ağını,
Göyərdə, göyərdə ürək dağını!..
Səssiz kəsə, kəsə ümüd bağını -
Məni unutmağa meyil eləmə!..
Sükut üyütdükcə kövrək halımı,
Sual tək görürəm "Ölüm-qalım"-ı...
Sevə bilməsən də , mən tək zalımı -
Məni unutmağa meyil eləmə!..
Əbülfət, sən indi ən üzgün şair...
Həm yerdən, həm göydən ən küsgün, şair!..
Sən mənə demisən ən düzgün şair! -
Məni unutmağa meyil eləmə!..


Nolar...

Məni bu halımda . bu durumumda
Sual ayağına çəkməyin, nolar...
Mənim öz hisim də, öz qurumum da -
Kimsədə göyərməz, əkməyin, nolar...
Gecə qara tüldü, ya da kətandl
Başını daş üstə qoyub yatandı!..
Ürəyim dərd üçün dişsiz kotandı -
Bu şuma nə gəldi, tökməyin, nolar...
Ruhumu ruhuna sən tələs, qoş ta
Divar özüllüdü, sütunsa boşda!
İstəyir xoşlama, istəyir xoşda -
Olana dəyməyin, sökməyin, nolar!..
Hər kəsin yolu var, sona getməyə
Birəmi, beşəmi, ona getməyə!..
Mənə imkan verin O-na getməyə -
Yoluma kötük tək . çökməyin, nolar!..

Açmasa da...

Gedirəm dərdimin qapısın döyəm -
Açsa da sağ olsun, heç açmasa da!
İndi , təkcə odur yerim, həm göyüm -
Üstümə yüyürüb, heç qaçmasa da!..
Artıq perikibdi yerindən ağlım ,
Odur ki, diqqəti çəkmir də nağlım!
Özüməm özümə bu işdə paxlım -
Sən durub gözləmə keç, açmasa da!
Köçürə, köçürə yolu gözümə
And yeri seçmişəm SOL-u özümə!
Qınayıb , birbaşa, bunu üzümə -
Deməki, gecdi ta, gec, açmasa da!..
Bu qədər Mələk var, Pəri var hətta , -
Məni aşındırmaz sonsuz inad da!!!
Allahı və O-nu sevdim həyatda!
Əbülfət, əcəli seç, açmasa da!..


Dünənimin pıçıltısı...

Damcı, damcı əriyirəm - sal kimi
Öz-özümlə danışıram - lal kimi!
Mən səninlə günlər gördüm - bal kimi -
İndi isə , dizlərimi qucmuşam!
Havalanıb ,o günlərə uçmuşam...
Yerişimi itirmişəm - gəzirəm,
Gülüşümü bitirmişəm - bezirəm!..
Dodağımda sözləri də əzirəm -
Və onların , sərgisin də açmışam !..
Havalanıb, o günlərə uçmuşam...
Baxışımı tor bələyib - duyuram,
Qəm gözümə qor ələyib - yuyuram!..
Şəkilləri qucaqlayıb uyuram -
Həmin an da , mən özümdən qaçmışam!..
Havalanıb ,o günlərə uçmuşam...
Varlığıma hopdurduğum nəfəsi,
Yaddaşımda gəzdirdiyim o səsi...
Mən özümdə görə-görə ,o kəsi -
Əllərimi , yenə Göyə açmışam!
Havalanıb , o günlərə uçmuşam...

Hər dəfə...

hər dəfə
mən özümə
Bir bəhanə
tapıram -
Sənin səsinə
zəng üçün!..
hər dəfə
özümə tərəf
bir at çapıram -
Tapmaq üçün
söz ucun!
hər dəfə
söz dilimdə
Yarpaq kimi
titrəyir...
Dəstək isə əlimdə -
Susqunluqdan
büdrəyir!..
hər dəfə
eyni halı
Mən ruhuma geyinirəm!..
Tay olmuşam
havalı-
Harda gəldi,
necə gəldi
deyinirəm...
...Səsini
mənim dairəmdə
açıq saxla!


Həmin küçənin ovqatı...

Üstümdən keçib gedir,-
Duymur, halım necədi?
Zamanım köçüb gedir -
O gündüz və gecədi?!
Ələkdən düşən dən tək,
Sinəm də olur lək, lək...
Ruhuma bir sığal çək -
Sevinc- qəm heç heçədi!..
Tanıdınmı, tanışmı -
Sənlə nələr danışdı?!
Bu da bir yanılışdı-
Küçə həmən küçədi!..
Hönkürtü səngiyibdi,
Söz dildə ləngiyibdi!..
Tay ürək təngiyibdi -
Ümidi son gücədi!


Yer...

Sən məni də götür, get -
Boş qalsın, durduğum yer!
Özümü oda, közə -
Ürəkdən vurduğum , yer...
Nə izim izə çıxsın,
Nə sözüm üzə çıxsın...
Kaş, bir də, bizə çıxsın -
Mən yuva qurduğum yer!..
Bağlansın "AH!" qapısı,
Hər cür günah qapısı!
Lap olsun şah qapısı -
Həsrəti qırdığım yer!
Əbülfət, solan -vaxtdı -
Qəlbimin dolan vaxtı!..
Başına dolanmaqdı -
Ruhumu yorduğum yer!..


QOŞMA

Hər gün təzələnir qəmin cilidi,
Mənimi aldadır, yoxsa özünü?!.
Üst-üstə yığaraq həmin cilidi -
Ürəyim dünyadan yığır gözünü!
Fırlanır sürətlə günün təkəri,
Qaldırır təziqi, həm də şəkəri!
Yuyur yanağımı sanki Həkəri -
O da ki, söndürür ruhun közünü!..
Həyat vücuduma ağrılar tıxıb,
Onun rişələri qələmə çıxıb!
Hər an Əbülfəti daha çox sıxıb -
Dilinə daddırır "VİDA" sözünü!..


Boyat məktub

Durmuşam üz-üzə, göz göz içində
Yanır tonqal kimi , köz köz içində...
Cücərir, saralır söz söz içində -
Ağrıdır bir qəfil "pır!" , ürəyimi!...
Gücün bitənəcən qır, ürəyimi!
Səninçün dəyərim sıfırı keçmir,
Əsəbin barəmdə güzəşti seçmir!..
Varlığım, yoxluğum hamısı heçdir -
Edib düyün, düyün "fır" ürəyimi...
Gücün bitənəcən qır, ürəyimi!..
Etdiyim dualar Allaha çatmır,
Gündüz də dincəlmir, gecə də yatmır!
Boğulan ruhuma kimsə əl atmır -
Sanki tapdalayır TIR ürəyimi!..
Gücün bitənəcən qır, ürəyimi!
Acıma israrda xoşdusa, sənə
Qoyma kainatda yer qalsın mənə!
Cənnətdən çıxmışam, uyub bir dənə -
Sənə cır tanıtdım, cır, ürəyimi!
Gücün bitənəcən qır, ürəyimi!

Kövrək anın ŞEİRİ

Hər sözümün sonunda
Sən bir mələk donunda...
Mənim, həm də O- nun da -
Yadına ad salırsan!..
Gün keçirib ələkdən,
Günü edib ələk , dən!
Yayındırıb fələkdən -
Sən özün can alırsaqn!..
Oxuynan, yayıynan sən
Gözümdən yayınan sən!
Uzaqda sayılan , sən -
Ürəyimdə qalırsan!
Varlığında mən - sancaq,
Olammadım Sənancaq!
Ay Əbülfət, sən, ancaq -
Xəyallara dalırsan!

Getmisən...

Bu dünyanı bir sifətli bilirdin,
Yüz sifətdə qor, bax olub, getmisən...
Dodağından bal damırdı. silirdin -
İndi isə şor, bax olub, getmisən!..
Tumurcuğun çiçək halın görmədən,
Barmaqların qız saçını hörmədən ...
Ürəyini qocaltdığın türmədən -
Xəşəmlənmiş yarpaq olub , getmisən!..
Yaşamağa, yaşatmağa gələnlər -
Çox görmüşəm ,yarınaraq gülənlər.!
Bir də onda biləcək ki, bilənlər -
Birçə xışma torpaq olub ,getmisən!..
Qan ağlayıb baxışların dinəndə,
Həmənkisən sən bu gün də, dünən də!
Həsrət elə turp əkib ki, sinəndə -
Ay Əbülfət, qorxaq olub, getmisən!


Özümdən sorğu...

Dilimi dişləməkdən
Tər sözüm də dişdənib...
Bir ad mənim dilimdə -
Hər sözümdə işdənib!..
Ah qovurub sinəmi,
Şimşək ütüb binəmi!..
Soruşmadın, yenəmi -
Bu ürəyin şişdənib?!,
Baş əyirəm qədərə,
Vaxt itirdim hədərə...
Uduzdum mən, kədərə -
Zər əlində "şeş"-dənib!..
Düşünərək dərindən,
Gözlərimə verin dən!
Dünyanın hər yerindən-
Mənə də pay "kiş"-dənib!..


Bir daşın ŞEİRİ

Bir daşa söykənmişəm-
Susur, dinmir, lal daşdı...
Daş üstə göyərmişəm -
Bu daş hələ, kal daşdı...
İçim yuva sevgiyə,
İçdim, duya sev!-deyə.
Edək dua sevgiyə-
Bir də görək bal daşdı!
Durub, bir yer bəzəyir,
Ya kimisə gözləyir ?!
Həsrətimə bənzəyir -
Çiliklənmir, sal daşdı!
Kösövüylə, közüylə
Yol çəkir, yol, gözüylə!
Ruh oxşayan sözüylə -
Bu daş, mənə yoldaşdı!

Səssiz ŞEİR

Məni ağrı danışdırır,
mən də özümü öyürəm...
Hislərimi dolaşdırır -
Susub. gözümü döyürəm...
Əyilir bax, əlçim bulud
Sıxıb onu, sözlə durult!
Gözlərimin dibin qurut -
Bunu rica tək deyirəm!..
Min illik Məcnun həvəsim,
Açıb tənhalıq qəfəsin!
Məni bürüyür nəfəsin -
Onu libas tək geyirəm!..
Sinəmdəki ürək O-du,
Məhəbbətdi giriş kodu!
Xərclədiyim ürək odu -
Qazanc - göz yaşı yeyirəm!..


***
Geyindiyim xəstəxana paltarı,
Cigitkantək bədənimi dalayır...
Palatada at oynadan təlaşın -
Hənirtisi, üz-gözümü yalayır...
Yapışıbdı əl havadan, diz yerdən
Bir az çuxur, bir az əyri-düz yerdən!..
Ürəyimə basqılar var yüz yerdən -
Hamısı da, içimdə od qalayır...
Dözümümü zənd edirdim daş, dəmir
Ruhum umur isti, doğma, səs-səmir!
Uzandıqca ürəkdəki bu, təmir -
Ümid məni gumanlara, calayır!...
Soraqdadı gizli, aşkar göz, könül...
Aciz qalır bu anımda söz, könül!
Səninlədi qoynundakı döz, könül -
Əbülfəti, bir tənhalıq talayır!


Bilər

Nəfəsim titrəyən yarpaq kimidi,

Üzünə toxunan hiss edə bilər...
Kədərim mənimlə birlikdə yanıb -
Üzümü sən silsən -his gedə bilər!
Büzüşüb qalmışam günün tərkində,
Ağrı çəngəsində, sancı cəngində!..
Çiynənə, çiynənə ayın əngində -
Ömür yaxşı. ya da, pis gedə bilər!..
Ürəyim, bir az da yetər ki, nazil
Sınaq karvanında sıraya yazıl!
Əbülfət , sən ola bilmədin qızıl -
Adının önündə mis, gedə bilər...

***
Bir sevginin işığında səhər açıb,
Qaranlığı ilmə . ilmə sökürəm mən...
Bu dünyada , hər bir kəsdən sənə qaçıb -
Lap dizinin dibində də çökürəm , mən!..
Hay, harayım buludu da sıxıb sərir,
Ahlarımı bircə, bircə yığıb sərir...
Ürəyimdə sözə baxmır, - çıxıb sərir -
Nəyim varsa, vərəq üstə tökürəm mən...
Xoş gəlmədi, açıq danış,de, məndə nə
Nəyi etdi, niyə etdi,de, bəndə, nə?!.
Bir qucaq aç, mərhəmət et, bu bəndənə ! -
İstəyirəm son gücümlə ,hönkürəm, mən!

Küsgün ŞEİR

Doğma gəlmir heç bir şey,
Üzür olan nə varsa...
Kimsə diksinməz, hətta -
Məni külək aparsa!..
Yormuşam tay çevrəmi,
Süddən yanıq kədərlə...
Tamamlayıb dövrəmi -
Barışmışam qədərlə!..
Səhər də axşam kimi,
Bir-birinin tərsidi...
Sorğulayan içimi -
Bu həyatın dərsidi!..
Yolun əvvəli təki,
Sonu da şirə sorur...
Bilgi saydığım nə ki -
Varsa , içimi yorur!..
Tək xatirə və bir də,
Şəkillərdi həmsöhbət...
Tanrım, sən də bu yerdə,
Görüşməyə ver möhlət!..


Bir az...

(Bir az məzəli ŞEİR)
Darıxmağın yolunu
tap , bir az...
Darıx bir az mənimçün -
lap bir az!
Güc gələndə qəm seli,
Yellənsin bir qız əli!..
Bərkisin Ümid teli -
sap, bir az!..
Heç nəyə qoymadan qulp,
Ürək çırpınsın gup...gup...
Ovutsun məni də şup -
şap, bir az!..
Açıb bir sirrin qatın,
Söylə dəlinin adın!..
Sən də min xəyal atın -
çap, bir az!..

Göynəyir...

Şehli çiçək, sökülən dan, gülən üz,
Asta tərpən gülü güldən güllən üz!
Pıçıldayır dodağında gülən iz -
Öpüş üçün baxışlarım göynəyir!
Allah verir hər bəndənin, hər payın
Naxış payın, ümid payın, zər payın!
Qollarımdı yataq yerin - çarpayın -
Laylanı da baxışlarım söyləyir!
Bu durumda "mat" olmayıb - "pat"-dıyıb,
Dəliliyi çoxdan aşıb, addıyıb!
Özü büküb öz dizini, qatdıyıb -
Heç bilirsən baxışlarım neynəyir?!.
Acı şəkər, şəkər isə, bal olub
Ruh ortağım ürək ... nəsə lal olub...
Söyləməkdə sözü kəsə - kal olub -
Ona görə baxışlarım göynəyir!..


Hönkürür

Dolmuş bulud binə qurub içimdə,
Ağır-ağır, çəngə-çəngə hönkürür...
Elə bil ki, əcəl durub içimdə -
Gətirməkçün məni təngə, hönkürür!..
Küt bir balta çıtıqlayır kötüyü,
Səssiz qalxır yaddaşımın örtüyü!..
Duyulanda dərdin məni ötdüyü -
Çalınmayan hər bir zəngə, hönkürür!
Nağılların bənzəridi həyatım,
Gah təbəssüm, gah göz yaşı hər addım...
Mən elə ki, dost, tanışa hay atım -
Həm yüyrəyə, həm də ləngə hönkürür...
Halay tutub həsrətimin yarğısı,
Məhəbbətdi ümidimin sarğısı!
Əbülfətin daş əridən ağrısı -
Gecə , gündüz verib əngə , hönkürür!


Bilmirəm...

Çiyinlərim ağrılardan əyilib,
Qəddimi də, düz saxlaya, bilmirəm...
Qəm barədə bütün sözlər deyilib -
Qalanına bel bağlaya, bilmirəm!..
Duyğularım tam ələyib dözümü,
Qatılaşıb, bulud tutub gözümü!..
Uzatmışam mən ortaya özümü -
Bu fağırı bil, ağlaya, bilmirəm!..
Tuş gələndən and içdiyim Pirimə,
Od püskürər, hər kəs olsa yerimə!..
Sənə yazıb , paylaşdığım şerimə -
Özgəsini bax, tağlaya , bilmirəm!..
Keçib artıq, faydasızdı and, aman
Sözümdə də daşıdığım adnanam!..
Əbülfəti , edən andan eşq, şaman -
Ürəyimcə, yar, çağlaya bilmirəm...


Qayıtdım...

Getmişdim sevinc dalınca -
Ürəyim yandı, qayıtdım...
Sinəmi ovub sıxınca -
Baxdımki, qandı, qayıtdım...
Düşməsəm də yadına da
"Can!"- dedim, mən adına da!..
Cümədə , ya adınada -
Adımı andı, qayıtdım...
Buludu solan, göy üzü,
Kükrəyib, dolan, göy üzü...
Mən ögey balan, göy üzü -
Bu da, ad- sandı, qayıtdım!..
Əbülfət -adlı bir xalam,
Öpdüm, üzünə iz salam!..
Yatmadım, yuxuya qalam
Sökülən dandı, qayıtdım...

Boşluğun mənzərəsi

Mən özümdən özümə,
Gələn yolu unutdum...
Kipriklərimi sıxdım -
Gözlərimi durultdum...
Üzdə guya kübardım,
Nəsillikcə cuvardım!..
Duzlu suyla suvardım -
Ümidimi qurutdum!..
Daldığım quru xəyal,
O da büst-bütün loyal...
Məndən bu canı soy, al -
Demə , sənə umuddum!..
Çiliklənib sökülən,
Bıldır, bıldır tökülən,..
Suyu göyə çəkilən -
Mən, faydasız quruntdum!

Məni dərk eləmək...

Yenə üz-üzəyik, səninlə yenə
Söhbət eləyirik yol yoldaşı tək...
Sənin göstərdiyin ötəri sayqı -
Mənə pıçıldayır, hələ fikir çək!
Gecəni gözümdə əridim, sonra
Gündüzü ötürüm üzü, gecəyə...
Mənim ürəyimi ütən bu qorla -
Ömrümü de bölüm, kimə, neçəyə?..
Xəzəlin dənləyim duyğularımın,
Sərim sinəm üstə, adın oxunsun...
Məni dərk eləmək kimə çətinsə -
Onun da qəlbinə qadın toxunsun!..
...Yenə üz-üzəyik... bu dəfə xəyal
Bizə görüş üçün məkan seçibdi.
Burda özünə dön, özün kimi qal -
Tay olan olubdu, keçən keçibdi!..


Budur, bu..
Bu gün ürəyimi yenə həkimə aparıram...yenə ürək...yenə həkim.. görək bu dəfə necə olacaq...ÜRƏYİMDƏKİ ilə Allahın əlindən tutub gedirəm...

Ürəyimi aparıram həkimə,
Baxıb sussa, demək qədər budu, bu...
Bu günədək sir verdimsə hər kimə -
Yayılanda dedim, hədər budu, bu...
Ağrılarım dil anlamaz, dil bilməz
Ağrılarla ötüb keçər il, bilməz!
Gözlərimin lap kökünü sil, bilməz -
Hiss etməzsə, demək , kədər budu, bu!..
Açıq, aşkar dinclik çıxdı əlimdən
İndi əsəb, həm yaxam, həm əlimsən!..
Ay Əbülfət,sən də çoxdan əminsən -
Ürəyinə düşən bədəl, budur, bu...

Tapammıram...

Axtarıram ev də, çöl də
Həm vurmada , həm də böl də...
Göz yaşımdan olan göl də -
Tapammıram, Ümidimi!..
Soruşuram dağdan, daşdan
Gün əyilən zaman qaşdan!
Ocağımda yanan yaşdan -
Tapammıram, Ümidimi!..
Səsləyirəm ilıq mehdən,
Ləçək üstə düşən şehdən!..
Ömrə verilməyən behdən -
Yapammıram ,Ümidimi!..
Arayıram gül də, nur da
Gözəl olur gül də nurda!
Nə günah var axı burda? -
Tapammıram, Ümidimi!..
Cəhd edirəm hecalanım,
Önə çıxır "re" çalanım!..
Ürəyinə de, calanım -
Tapammıram, Ümidimi...


Bir şəkil var...

Bir şəkil var ürəyimin üstündə
Gecələrə dözümümü artırır...
Boğuluram , mən özüm -öz tüstümdə -
Gğz yaşlarım bu şəkili batırır...
Çevrilirəm yanı üstə -sağ- sola
İynə ucu dinclik çatmır hayıma...
Bütün ömrü bir quruca "sağola"-
Bağışlaram, sənlə keçən ayıma!..
Can ağrısı, göz göynəyi, ruh seli
Bir sevginin qışlığı, həm yazlığı...
Keçib gedir varlığımdan qəm yeli -
Çıxır üzə dözümün dayazlığı...
...Bir şəkil var, ürəyimin üstündə
Ürəyimin and yeridi o şəkil!
Gözlərimə toxundura bilmirəm -
Hiss edirəm gözlərimdən nəm çəki

Anlamağa çalışdığım məqam...
( Bir dostuma)
Telefonuna zəng çaldım,
açmadı, mesaj yazdı...
"Namaza başlayıram
bağışla, vaxtım azdı..."
Qəribə bir bildiriş ...
Allah adından cavab!..
Necə də asan imiş -
Belə qazanmaq səvab?!.
Bir ürəyin istəyi ,
O birindən yan keçir...
Xilaskar olmur, susub -
Namazı üstün seçir!..
... Ovcumdakı telefonu
Günahkar tək sıxıram...
Gözləmirdim bu sonu -
əhatədən çıxıram!..

Bəmbəyaz göy üzü...

Başımın üstdən göy qaçıb,
Görünür nə varsa orda...
Allah yerin üstün açıb -
Çabalayır, sanki torda!
Qaralıb buludun üzü,
Şimşək də çıxıb özündən!
Sel yuyub dərəni , düzü -
Nəyi var , sıxıb gözündən!..
Titrəyir mehin nəfəsi,
Sanki budaqdan qopacaq...
Tay yerin göyə həvəsi -
Sonda işığa hopacaq!..


Həyat mənzərəsi...

Bir ocaq közərir, bir tüstü qalxır
Köklənib diqqətim , baş verənlərə...
Ürəyim susaraq kənardan baxır -
Qəmin divarına, daş verənlərə!..
Titrədir ruhumu həzin bir avaz,
Gözümün kökündə sular lillənir...
Kədərim dərindi, ümidim dayaz -
Dilim tərpənməmiş ağrı dillənir...
Baxıb, vərəq- vərəq yaddaş dəftərin,
Kiprik ucu ilə sığallayıram...
Üzümə oxunan ömrün səhflərin-
Qəbul eləmirəm - cığallayıram...
Nədənsə bənzətdim dar ağacına -
Közərən ocağın tüstü dirəyin....
Səni and verirəm, gülüm, saçına -
Ovut, səni sevən şair ürəyin!


Özümlə üz-üzə ...

Bir üzü qaranlıq, bir üzü sükut
Əyilir üstümə təklik kabusu...
Sanki buxarlanıb azalır umud -
Çırpılır üzümə onun qapısı...
Xəlbirdə daşınan suya bənzəyir,
Səssiz itirilən ömür günləri...
Hara naxış olur, nəyi bəzəyir
Ayın yarı kösöv - kömür günləri!..
Ağırlıq mərkəzi olandan ürək,
Artıq düyün düşüb qollar sinədə...
Tənhalıq adlanan işgüzar mələk -
İndi əl qoyubdu özəl günə də!
Mənzərə dözülməz, vaxt da kirkirə
Üyünən xəyallar tökülən yarpaq...
Arabir dalıram dərin fikirə -
İsinər qovuşsaq üşüyən torpaq!...

SEVGİM...

Gecikdim bu axşam, deyəsən bir az
Bəlkə də yubandım, ya da ləngidim...
Amma düşünməki edib sənə naz -
Dalğalı dəniz tək indi səngidim!..
Fikrim də, ruhum da həmişəki tək,
Qoşa izimizlə gəzib bu gün də!..
Yaddaşında canlat - xəlvət şəklin çək -
Məni o şəkildə göstər bu gündə!
Bir az da yorulmuş, bir az da küsgün -
Üzünə təbəssüm mehi dəyməyən...
Sənin dediyin tək, şükürsüz, üzgün -
Elə həmənkiyəm - özün təkləyən!..
Tanrı sərhəddin də aşıbdı sevgim-
Çünki inadım da ölçüsüz olub.!
Düşünmə, mən dünən səni az sevdim -
Bu gün Yer kürəsi sevgimlə dolub!


Son nəfəs

Mənim kədərim də özüm kimidi -
Hərdən unudulub qalır bir küncdə...
Günüm də günlərin sarı simidi -
Fərqlənir o ancaq qalanda dincə!..
Nə qapı döyülür, nə telefon dinir
Hətta qulağım da cingildəmir heç...
Ümid pillə pillə aşağı yenir -
Baxıb köks ötürmə, yanımdan düz keç!
Düyünü çoxalır sözsüz ahların
Artır titrəyişi barmaqların da...
Yerin qoruyuram mən günahların -
Üzün köçürərək varaqlarımda...
Oxşarım kədərin halları çox vaxt
Çevrəmi qaçırır, bezdirir məndən!..
Sən , belə hallarda, özünü toxtat -
Bil ki, son nəfəs tək tutmuşam səndən!..

Sonuncu gülən...

Fikirlə, xəyalla əlbəyaxayam -
Onlar məni didir, mən də ürəyi...
Bilmədim özümdə selbə saxlayam -
Dəyməsin torpağa ruhun kürəyi!
Zaman gah kükrəyir okean kimi,
Gah da sahillərin dalayıb dönür...
Qədər imkan vermir sərəm içimi -
Hər kəs , görə-görə, bir işıq sönür!
Gücüm qanadsızdı, istəyim yasaq
Sevgimi büruzə vermək cinayət!..
Yayın od-alovu mənimçün sazaq -
Allahdan umduğum, tək bir hidayət!..
Özümü divara söykəyib güldüm
Axarın dəyişən, heç nə olmadı...
Gülləsiz mən hər gün dirildim, öldüm -
Gözümün yaşı da çeşmə olmadı!..
Budur soyuq üzü acı doğrunun
İçimi çölüm tək sən bildin , Allah!
Dünyada mənim tək saysız yorğunun -
Sonuna , sonuncu Sən güldün, Allah!


Çıxır

İçimdə ocaq qalanıb,
Tüstüsü gözümdən çıxır...
Ağrım ağrıya calanıb -
İstisi sözümdən çıxır...
Bir dəli haraynan, haynan
Gün öldürürəm tay saynan!
Qışda yaşadığım yaynan -
Külüm də közümdən çıxır...
Baxıb boş olan doluma,
Qəm girir yar tək qoluma!..
Özün bilirsən yoluma -
Nə çıxsa , özümdən çıxır!

İstək...

Qapıya qədərdi yolum,
Qapıdan o yan sərhəddi...
Hər dəfə qolunda qolum -
Qapıda oyan, sərhəddi!
Xəyalda anlar filimdi,
Bizlərə düşübdü baş rol...
Həyatda, insaf et, azca -
Filimdəki tək aşiq ol!
Səsimi çırpdım dilimdə
Ömrümə töküldü adın...
İcazən olsun, əlimdə-
Qapını mən açım, Qadın!

Aşiqim kədər

Söykənib dayandım, baxışlarına
Susub susdururdun həmin an məni.
Dünyanın ən sirli naxışlarına -
Bükürdün heç nəsiz sən inan, məni!
İçimdə suallar nida qarışıq,
Nöqtələr, vergüllər perikmiş halda...
Bilinmir davadı, yoxsa barışıq -
Amma işartı var hələ xəyalda!..
Özün təsəvvür et atsız atlının-
Yerişi büdrəkdi, qamçı əldə yük...
Nə gördüm, nə duydum qəm qanadlının -
Çiynində , haçansa , bitsin bir ağ tük!
...Söykənib dayandlm - deməyim nağıl
Uzağam gözündən min işıq qədər...
Mən şəkil öpürəm, a dünya dağıl -
Məni də qısqanır aşiqim kədər!..


Məni
(Allaha və Sənə üz tutdum...)

Səndəmi yaxanı çəkdin kənara -
Qoydun dərdlərimlə baş-başa, məni?!.
Allahım ,hardasan, baxıb bu ara -
Bəlkə döndərəsən sən , daşa məni!
Ahımdan yorulub gözümdən qaçdın,
Külümdən üşəndin, közümdən qaçdın...
Bezdin dinləməkdən ,- sozümdən qaçdın -
Güzəştdə etmədin bu yaşa, məni...
Sınıb çilik-çilik oldum içimdə,
Susuz yarpaq kimi soldum içimdə...
Dünən "OL!" -demişdin, "OL"-dum içimdə -
Bu gün "ÖL!" sellənir, tay aşa, məni!..

Sözüm

Ləçəyi saralan qönçə misaldı
Dilimin ucunda büdrəyən sözüm!..
Bütün varlığımda ağ bir iz saldı -
Sevgindən köksümdə kükrəyən sözüm!..
Cəm edə bilmirəm anı bir yerə,
Qanı bir qaşığa - qanı, bir yerə!..
Mən qurban deyirəm canı bir yerə -
Səni, çaşdırmasın titrəyən sözüm!
Keçdiyim yollardı - dərə də, düz də
Düzlüyüm qasa da hələ də düzdə!
Məni əyridə yox, sən, ara düzdə -
Axan göz yaşıma "Kür!"-deyən , sözüm!
Qapıda, bacada gözlətmədiyim,
Heç kimdən,heç yerdə gizlətmədiyim...
Yalnız varlığını özətlədiyim -
Sözümü ürəklə, gur deyən sözüm!


Unutmasın!

Sən hərdən məni danışdır
Dilim özün ,unutmasın...
Lapdan da fikrimi çaşdır -
Dilim sözün, unutmasın!..
Çoxdu bu zamanın toru
Sən ondan özünü qoru!
Dilini ütürsə qoru -
Odun közün, unutmasın!
Şerə başlasam da dildən,
Söz gövdədi, bəlkə dil, dən?!
Mən bir dərs aldım bu ildən -
Görən gözün, unutmasın!
Üz tutub ahın dərdiyim,
Gen durub , yaxın dərdiyim...
Ömürdü baxın, dərdiyim -
Heç kim izin unutmasın!

Bu gün ANAmdan ayrılığımın 40 günü tamam oldu...İnanmasam da keçdi 40 gün...Və mən 65 illik ömrümdə bu 40 gündə ANAmı düşündüyüm qədər ANA!_ demədiyimin, ANA!- düşünmədiyimin fərqinə vardım...Təəssüf ki, bu artıq heç nəyi dəyişməyəcək... yenə uduzan...itirən mən oldum!
Mən saya bilmədim, çaşdırdı məni
Gəlib qırxa çatdı günlərin sayı...
40 gündü göz-gözə görmürəm səni -
Cavabsız qalıbdı qəlbimin hayı...
Yatdığın otaqla, gəzdiyin həyət
Yenə o görkəmdə, o biçimdədi...
Sənsiz mənasını itirən həyat -
Ağrıya çevrilib - o, içimdədi!
Hazırlıq görülür mərasiminə
Hər kəs öz işində, öz aləmində...
Anlaya bilmirəm münasibətin -
Bu günə yadın da, ailəmin də!
Mən ANA arayan, axtaran biri
Çevrəmdə keçmişdən hamı danışır...
Övladın ürəyi dirisə , diri -
Ana yoxluğuyla necə barışır?!


***
Yenə göz-gözədi qara buludlar -
Sözləri çəp gəlib - çalxalanırlar...
Onlardan hansına yerdə ümid var ?-
Onlar ki, Allaha arxalanırlar!..
Dartınıb uzanır, gah da yığılır
Və yaxud yayılır bənd görən su tək...
Bu ara kirpiktək elə sıxılır -
Aşağıdan baxıb şəkillərin çək!..
Gecənin rəngi də hopur canına,
Bir az çətinləşir "döyüş" izləmək...
Torpaq damla, damla hopur "qanına" -
Daha mümkün deyil bunu gizləmək!
...Yağışdan əvvəlki "bulud döyüşü"
Ciddi bir senari, canlı səhnədi .
Göyün qəhqəhəsi - səsin görnüşü -
Bu yay gecəsində təzə səhfədi!


Kimi, sən?..

Yenə gözlərimdən aralanırsan-
Dənizə çəkilən ləpə kimi, sən...
Qəlbimlə birlikdə yaralanırsan -
Özün bilə - bilə axı, kiminsən?!.
Çaşıram əlimi əldən üzəndə
Hər gün qədərimi başdan düzəndə!..
Mən örüş yeriyəm qəmə düzəndə -
Sən lalə bitirən təpə kimisən!
Yığıb, yığışdırıb sözü, söhbəti
Verdin Əbülfətə, şiddət töhməti!
Belə qazanıram , mən də, şöhrəti -
Bildinmi , gətirdin təbə, kimi, sən?!.
 

Избранный
17
adalet.az

1Источники