RU

2024-cü il qlobal miqyasda ən isti il olub

Bakı, 10 yanvar, AZƏRTAC

2024-cü ilin qlobal miqyasda ən isti il olduğu təsdiqlənib.

AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat verib.

Bildirilib ki, 2024-cü il həm də orta qlobal temperaturun əvvəlki səviyyədən 1,5 dərəcə yüksək olduğu ilk təqvim ili kimi qeyd olunur. Bu nəticə Paris Sazişi ilə müəyyən edilmiş göstəricinin kritik həddidir.

Kopernik İqlim Dəyişikliyi Xidməti bildirib ki, 2024-cü ildə qlobal orta temperatur 15,1 dərəcə olub. Bu 2023-cü il üçün olan göstəricidən 0,12 dərəcə yüksəkdir.

Избранный
35
7
azertag.az

10Источники