Bakı, 10 yanvar, AZƏRTAC
Gəncə şəhərində ictimai nəqliyyatın tamamilə yenilənməsi planlaşdırılır. Bunun üçün zəruri vəsait ayrılıb.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gəncədə avtobusların yenilənməsi və qarajlarin yenidən qurulması təmin ediləcək: “Digər şəhərlərimiz - Naxçıvan, Mingəçevir, eləcə də işğaldan azad olunmuş ərazilərdə ictimai nəqliyyatın təşkili ilə bağlı məsələlərlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini məşğul olur”.