Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskini Ukraynaya xarici qoşunlar göndərmək fikrinə görə “qaniçən canavar” adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN rəsmisi bu barədə RİA Novosti-yə müsahibəsində bildirib.
Zaxarovanın sözlərinə görə, Zelenski əvvəlcə öz vətəndaşlarını məhv edib, indi isə Kiyevin müttəfiqi hesab etdiyi şəxsləri məhv etmək istəyir.