Ramşteyn formatında keçirilən görüşdə iştirak edən Şimali Atlantika Alyansı ölkələrinin müdafiə nazirlərini Ukraynadakı vəziyyət narahat edib.
Publika.az xəbər verir ki, müvafiq bəyanatla Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış çıxış edib.
"Ukraynadakı hazırkı vəziyyətə görə əhval-ruhiyyə yaxşı deyil. Döyüş təmas xəttində vəziyyət “çox ağırdır” və keçmiş sovet respublikasındakı münaqişədə yorğunluq çox yüksək səviyyədədir”, - deyə nazir vurğulayıb.
Kosinyak-Kamış qeyd edib ki, insanlar sadəcə silahlı qarşıdurmadan yorulublar.