ABŞ-ın Kaliforniya ştatından olan 25 yaşlı ingilis dili müəllimi azyaşlı şagirdini zorlamaqda ittiham edilib.
Publika.az xəbər verir ki, bu barədə "Scallywag and Vagabond" məlumat yayıb.
KİV-in məlumatına görə, qız yanvarın 7-də Vudlenddəki orta məktəbdə saxlanılıb. Müəllimin xidməti mövqeyindən istifadə edərək şagirdlərindən biri ilə intim münasibətdə olması barədə polisə məlumat daxil olub.
Onun 2022-ci ildən məktəbdə işlədiyi, həmçinin repetitor kimi də dərs dediyi dəqiqləşib. Aparılan araşdırmalar nəticəsində tələbə təcavüzə məruz qaldığını təsdiqləyib.