RU

Tiktoker Fatimə ev dustaqlığına buraxıldı

Tiktok əməliyyatı zamanı saxlanılan Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb.

Avtosfer.az-ın Lent.az-a istinadən məlumata görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

Belə ki, təqsirləndirilən şəxsin vəkili məhkəmə qarşısında vəsatət qaldırıb.

Vəsatətdə göstərilib ki, tiktoker xanımın autizmdən əziyyət çəkən 4 yaşlı övladı var.

Qısa müşavirədən sonra məhkəmə humanist addım ataraq vəsatəti təmin edib və Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma)  maddəsi ilə ittiham irəli sürülüb.

Избранный
25
8
avtosfer.az

10Источники