RU

Bellinqem "El-Klassiko"da oynaya biləcək?

style='margin-bottom:10px;'>

"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya Suoerkubokunun "Barselona" ilə final matçı öncəsi futbolçusu Cud Bellinqemin durumu haqda danışıb.

QOL.az xəbər verir ki, daha əvvəl 21 yaşlı yarımmüdafiəçinin həlledici görüşü buraxacağı yazılırdı.

Mütəxəssis isə hazırda ingiltərəli oyunçunun durumunun yaxşı olduğunu bildirib:
“Hər şey yaxşıdır. Bellinqem sağalıb. O, yüngül bir yüklənmə yaşamışdı. Cud bizim üçün çox vacib oyunçudur. Bellinqem həqiqətən də fərq yaradan futbolçudur”.

"Real" və "Barselona" final oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Избранный
21
teleqraf.com

1Источники