![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/11/1/caa0c3ab-95cd-4379-85d5-0c6cd5334f96/nato-telim-yeni1a.jpg)
NATO yanvarın 13-dən fevralın 26-dək “Steadfast Dart” təlimi keçirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimdə NATO-nun doqquz ölkəsindən 10 minə yaxın hərbçi iştirak edəcək.
Təlimlər Rumıniya, Bolqarıstan və Yunanıstanda baş tutacaq.