Beynəlxalq ictimaiyyətin Liviya böhranına münasibəti, dünya gücləri arasında onun həlli ilə bağlı ümumi razılığın olmaması ölkədə vahid hökumətin formalaşmasına mane olur.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Benqazidəki müvəqqəti hökumətin investisiyalar naziri postunu tutan Əli Səidi bildirib.
Onun sözlərinə görə, dünya ictimaiyyətinin Liviya böhranı ilə qarşılıqlı əlaqəsini dağıdıcı kimi xarakterizə etmək olar.