Xorvatiyanın hazırkı Prezidenti Zoran Milanoviç 77,86 faiz səslə seçkilərdə liderdir, onun rəqibi Draqan Primorats isə 22,14 faiz səs toplayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "ekzit-poll"un məlumatlarınada deyilir.
Bildirilib ki, prezident seçkiləri yerli vaxtla saat 07:00-dan 19:00-dək 6700-dən çox seçki məntəqəsində və 38 xarici ölkədə 105 seçki məntəqəsində keçirilib.
3 milyon 769 min 598 nəfərin səsvermə hüququ olub.
Dövlət Seçki Komissiyası (DSK) 14600 xorvat və xarici müşahidəçini akkreditə edib.
Qeyd olunur ki, seçkilər dinc şəraitdə keçib.