RU

BANM dünyanın TOP universitetlərinin komandalarını üstələyib

Bakı, 13 yanvar, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) "BHOSWARE" komandası dünyanın top universitetlərinin komandalarını üstələyib.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. BANM hər il “Hack The Box” platforması üzərində keçirilən universitetlərarası qlobal kibertəhlükəsizlik yarışmasında ölkə üzrə birinci, dünya üzrə isə 21-ci yeri qazanıb. Yarışda dünya üzrə 1128 komanda iştirak edib.

Ali Məktəbin Komandası informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələrindən ibarətdir.

Избранный
7
3
azertag.az

5Источники