RU

Los-Ancelesdə meşə yanğınının səbəbi atəşfəşanlıq ola bilər – ÖZƏL

Los-Anceles dairəsinin Palisades rayonunda baş verən yanğının səbəbi Yeni il gecəsi atəşfəşanlıqlardan istifadə ola bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti peyk görüntüləri, video və radiomateriallar, həmçinin şahidlərin müsahibələrinə əsaslanan təhlilə istinadən yazıb.

"Təhlil göstərdi ki, yeni yanğın əvvəlki yanğının yaxınlığında başlayıb. Bu, Yeni il ərəfəsində baş verən yanğının təkrar alovlanma ehtimalını artırır ki, bu da küləkli havalarda baş verə bilər," - deyə məqalədə qeyd olunub.

Məlumata görə, Pasifik-Palisades rayonunda 1 yanvar 2025-ci il gecəsi baş verən yanğın təxminən dörd saata söndürülüb. Yanğının lokallaşdırılmasından sonra Los-Anceles dairəsinin yanğınsöndürmə xidməti yanğının təkrar alovlanmasının qarşısını almaq üçün tədbirlər görəcəyini bildirib.

Bununla belə, nəşr qeyd edir ki, foto və digər məlumatların çatışmazlığı, eləcə də digər fövqəladə hallara reaksiya vermək zərurəti yanğınsöndürənlər üçün artıq söndürülmüş yanğınların yenidən alovlanıb-alovlanmadığını izləməyi çətinləşdirir.

Xatırladaq ki, yanğınlar yanvarın 7-də, çərşənbə axşamı günü, Los-Ancelesin şimalında yerləşən dağlıq ərazilərdə başlayıb. Bir gün ərzində alov Hollivud ulduzlarının yaşadığı elit Pasifik-Palisades rayonunda minlərlə binanı məhv edib.

Son məlumata görə, Los-Ancelesdə baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 24-ə çatıb, 100 mindən çox insan isə təxliyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
24
50
olaylar.az

10Источники