2024-cü ildə qanunsuz yollarla Azərbaycana gətirilməsinə cəhd göstərilən 7 milyondan artıq siqaret aşkar edilib.
AzNews.az bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Məlumata əsasən, gömrük orqanları tətəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü il ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 7 milyon 256 min 037 ədəd xaricdə istehsal olunan siqaretlər, 13 min 266 litr spirtli içkilər, 105 min 721,715 litr energetik içkilər, həmçinin aksiz markalarının tətbiqi qaydalarının pozulması halları ilə əlaqədar Azərbaycanın aksiz markası ilə markalanmış 292 litr spirtli içki saxlanılıb.