Rusiya Prezidenti Vladimir Putin yanvarın 17-də Rusiyaya rəsmi səfərə gələcək İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq. Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “Görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin, o cümlədən ticarət və investisiya, nəqliyyat və logistika, regional və beynəlxalq məsələlərin müzakirəsi gözlənilir”, - deyə məlumatda bildirilir. Digər tərəfdən, danışıqların sonunda Rusiya və İran prezidentləri iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq, həmçinin mətbuata açıqlama verəcəklər.