Putin Pezeşkianla görüşəcək
Rusiya Prezidenti Vladimir Putin yanvarın 17-də Rusiyaya rəsmi səfərə gələcək İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin, o cümlədən ticarət və investisiya, nəqliyyat və logistika, regional və beynəlxalq məsələlərin müzakirəsi gözlənilir”, - deyə məlumatda bildirilir.
Digər tərəfdən, danışıqların sonunda Rusiya və İran prezidentləri iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq, həmçinin mətbuata açıqlama verəcəklər.