Amsterdam Universitetinin alimləri tərəfindən aparılan tədqiqat göstərib ki, qrip virusunun yeni ştammlarının 80%-dən çoxu Afrika və Cənubi Amerika regionlarında formalaşır. "Ulusum".az xəbər verir ki, tədqiqatın nəticələri Nature Communications (NatCom) jurnalında dərc edilib.Alimlər kompüter hesablama modellərindən istifadə edərək iqlimin, əhali sıxlığının və miqrasiya axınlarının virus mutasiyalarına təsirini öyrəniblər. Məlum olub ki, tropik regionlar infeksiyaların daimi dövranı, yüksək əhali sıxlığı və müəyyən mövsümlərin olmaması səbəbindən virusların təkamülü üçün ideal şərait yaradır.Xüsusilə H1N1 virusuna diqqət yetirilib: son 20 ildə onun yeni ştammlarının təxminən 85%-i məhz tropik zonalarda yaranıb. Sabit temperatur şəraiti infeksiyanın fasiləsiz yayılmasına şərait yaradır və bu, mutasiyaları sürətləndirir.Tədqiqatın rəhbəri, bioinformatika professoru Yohannes van der Bruk qeyd edib ki, bu qanunauyğunluqların başa düşülməsi pandemiyaların qarşısının alınması üçün daha dəqiq strategiyaların hazırlanmasına kömək edəcək. O, yeni virus ştammlarının proqnozlaşdırılması üçün qlobal miqrasiya prosesləri və iqlim dəyişikliklərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.Səidə Mustafa
Diqqət Çəkənlər
Zənginləri məhv etmək və gizlincə izləri ört-basdır etmək: Ulduzların malikanələrini yer üzündən silən yanğınların günahkarı kimdir?
Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır
Geniş istifadə olunan Patçlar göz ətrafındakı şişlikləri aradan qaldırmır