Bakı. Trend:
“Diaspor Akademiyası-2” layihəsinin növbəti 7-ci təlimi baştutub. Təlim “Diasporun imic və nüfuzu” adlı mövzuya həsredilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tanınmıştəlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyovtəlim iştirakçılarına “İmic və nüfuz anlayışları”, “Diasporun imicvə nüfuzunun özünəməxsus xüsusiyyətləri”, “Diasporun imic vənüfuzunun ölkənin obrazının formalaşdırılmasında rolu”, həmçinin“Diasporun imic və nüfuzunun formalaşdırılması və qorunmasıalətləri” və digər mövzular haqqında məlumat verib.
Təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb,qarşılıqlı fikir mübadiləsi aparılıb. Onları maraqlandıran suallartəlimçi tərəfindən cavablandırılıb.