RU

“Ukrayna dairəsi''ndə hərəkət dəyişikliyi effektiv alınmayıb VİDEO

Bir müddət əvvəl inşaat işləri aparılan “Ukrayna dairəsi''ndə hərəkətin təşkilində edilmiş dəyişiklik effektiv alınmayıb.

Hərəkətin təşkilində dəyişiklik qəzaların sayını azaltsa da, ciddi sıxlığa səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, burda yol-nəqliyyat hadisələri tez-tez olduğundan dairə ətrafında aidiyyəti qurumlar tərəfindən dəyişiklik edilib.

Yolda bir neçə yerdə təhlükəsizlik adacıqları yaradılmaqla, yol nişanları da qoyulub.

Sürücülər deyirlər ki, bu dairə ətrafında zolaqların sayının azalması günün pik saatlarında sıxılığın yaranmasına səbəb olub.

Sürücülər onu da əlavə etdilər ki, yeni layihə dairə ətrafında təhlükəsizliyin artmasında böyük rolu var. Sürücülər hesab edirlər ki, ərazidə böyük tıxacları yalnız işıqforlar vasitəsi ilə tənzimləmək olar.

Yol hərəkəti qaydaları üzrə ekspertlər hesab edirlər ki, Məhəmməd Hadi, Neapol və Aşıq Ələsgər küçələrindən dairəyə birləşən nöqtələrdə işıqfor qoymaq olar. Amma bundan əvvəl orada yenidən təhlillər aparılmalıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, ərazidə işlər hələ tam yekunlaşmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
22
1
xezerxeber.az

2Источники