Bu barədə Demokrat.az “TRThaber”ə istinadən xəbər verir.
Mütəxəssislər qeyd edirlər ki, bu təhlükələrə qarşı ehtiyat tədbirləri və peyvənd proqramları həyati əhəmiyyət kəsb edir.
2025-ci ildə dünyada nəzərə alınması lazım olan yoluxucu xəstəliklər arasında tropik daşıyıcıların törətdiyi dang qızdırması, çikunqunya və malyariya kimi xəstəliklər önə çıxır.
HMPV
Metapnevmovirusun (HMPV) sürətlə yayılması bütün dünyada digər yoluxucu xəstəliklərlə bağlı narahatlıqların artmasına səbəb olur.
Bu virusun bakteriyalar, viruslar, göbələklər və ya parazitlər kimi orqanizmlərin qida istehlakı və ya ətraf mühitdəki orqanizmlərlə təmas yolu ilə insanlara keçmə riski var.
Quş qripi
Hazırda məməlilər və insanlara yayılan quş qripi A qripi virusunun insandan insana keçmə ehtimalına görə səhiyyə orqanlarını narahat edir. Bu virus da zamanla pandemiya riski yarada bilər.
Ümumdünya Səhiyyə Təşkilatına görə, quş qripi ilə bağlı ümumilikdə 939 yoluxma hadisəsi arasında 464 ölüm qeydə alınıb.
Mpox
2024-cü ildə yenidən üzə çıxan digər infeksiya virusun yeni mutasiyası mpox (əvvəllər meymun çiçəyi kimi tanınır) infeksiyasıdır. Mpox-un ötürülməsi yalnız cinsi yolla baş verir. Buna görə də virus mutasiyaya uğradıqca və insanlara daha yaxşı uyğunlaşdıqca, ona qarşı tədbir görmək lazım gəlir. Virusun mutasiyasına görə peyvənd kampaniyalarının və profilaktik tədbirlərin böyük əhəmiyyət kəsb etdiyi vurğulanır.
Denq qızdırması, çikungunya və malyariya
Denq qızdırması, çikungunya və malyariya Afrika və Latın Amerikasında hələ də aktiv olan və 2025-ci ildə müxtəlif ölkələrdə epidemiyalara səbəb olmağa davam edəcək tropik yoluxucu xəstəliklərdir.
İqlim dəyişikliyi və qloballaşma bu xəstəliklərin daşıyıcısı olan ağcaqanadların endemik ərazilərindən kənara çıxmasına və Avropa kimi əvvəllər bu xəstəliklərlə qarşılaşmamış bölgələrə çatmasına səbəb ola bilər.
Əfsanə Kamal
Demokrat.az
10Источники
-
apa.azRegionlarda artan xəstəliklər açıqlanıb ( 15135541)
-
azertag.azİcbari tibbi sığorta ilə icra olunmuş varikosel əməliyyatların sayı açıqlanıb ( 15058483)
-
bakivaxti.azDiş kabinetlərində "gəzən" xəstəliklər: Həkiminizdən tələb edin ki... ( 15001775)
-
az.trend.azƏtraf mühitin çirklənməsindən yaranan xəstəliklər çox təhlükəlidir - Əhliman Əmiraslanov ( 14953273)
-
sherg.azTƏBİB: Tibb müəssisələrinə artan müraciət saylarının nəticəsində xəstəxanalarda doluluq faizi yüksəkdir ( 14933647)
-
poliqon.infoTƏBİB: Tibb müəssisələrinə artan müraciət saylarının nəticəsində xəstəxanalarda doluluq faizi yüksəkdir ( 14932987)
-
apa.azTƏBİB: Tibb müəssisələrinə artan müraciət saylarının nəticəsində xəstəxanalarda doluluq faizi yüksəkdir ( 14932605)
-
apa.azTƏBİB: Tibb müəssisələrinə artan müraciət saylarının nəticəsində xəstəxanalarda doluluq faizi yüksəkdir ( 14932565)
-
bakivaxti.azVegaterianlarda bu xəstəliklər çox az rast gəlinir ( 14806867)
-
herbiand.azMetapnevmavirusla bağlı risk qrupunda olanlar açıqlanıb ( 14805559)