Ajans.az bildirir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin baş məsləhətçisi Asif Hüseynov məlumat verib. Daşıma prosesində ən önəmli olan məlumatlar və daşıma sənədi yük göndərən müştəri tərəfindən tərtib olunur. Elektron qaydada Bakı Yük stansiyasına yönləndirilir, əməkdaşlar tərəfindən yoxlanılır, təsdiqlənir və daşınmaya qəbul edilir. Gələcəkdə bu sistemin təkmilləşdirilməsi və həmçinin digər əməliyyatlar proseslərinə inteqrasiya olunması planlaşdırılır. Məqsəd müasir texnologiyalar vasitəsilə müştərilərə daha yüksək xidmətin göstərilməsidir.