RU

Qrenlandiya əhalisinin əksəriyyəti ABŞ-a qoşulmağı dəstəkləyir

Amerikanın “Patriot Polling” təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, Qrenlandiyada respondentlərin əksəriyyəti ABŞ-a qoşulmağı dəstəkləyir. Sorğuda 416 nəfər iştirak edib.

2024-cü ilin yanvar ayına olan məlumata görə, adanın əhalisi 56,669 nəfərdir. Respondentlərin 57,3%-i Qrenlandiyanın ABŞ-a qoşulmasına, 37,4%-i isə əleyhinə səs verib. Respondentlərin 5,3%-i cavab verməkdən yayınıb. Bu, ilk dəfədir ki, sorğu ABŞ-dan kənarda keçirilir. “Patriot Polling” reytinq agentlikləri arasında 249-cu yerdə qərarlaşıb və 3 baldan 1,1 bal toplayıb. Sorğuların metodoloji şəffaflığı əsasında tərtib edilir.

Adanın ilhaqı məsələsi ABŞ-ın gələcək prezidenti Donald Trampın ərazini əldə etmək planlarını açıqlamasından sonra xüsusilə aktuallaşıb. O, Qrenlandiyanın ştatda olmasını “mütləq zərurət” adlandırıb. Siyasətçi ilk prezidentlik dövründə adanın ilhaqından danışıb.

//Samir Qurbanov, Editor.az

Избранный
9
editor.az

1Источники