Əminəm ki, 2 il ərzində 14 milyon suriyalı öz ölkələrinə qayıdacaq.
"Operativ Media" xəbər verir ki, bunu "YouTube" platformasında məzmun prodüseri Joe HaTTaba danışan Şara, 61 illik Baas rejiminin çökməsi ilə məcburi köçkün və ölkəni tərk etmək məcburiyyətində qalan suriyalıların öz torpaqlarına qayıtmağa başladığını bildirib.
Şara müsahiəbsində "Rejimin devrilməsi ilə nəticələnən proses zamanı nəzarətimizdə olan bölgələrdə yaşayan insanlar köçkün düşməyib, əksinə, daha çox insan orada yaşamağa başlayıb və hazırda cəmiyyətin bütün təbəqələrindən olan insanlar heç bir problem olmadan birlikdə yaşamağa davam edir" deyə söyləyib.
Ölkəyə qayıdışların artacağına işarə edən Şara, "2 il ərzində 14 milyon suriyalının ölkələrinə dönəcəyinə əminəm. Yalnız 1 və ya 1,5 milyonu qalacaq" deyib.