RU

İnkluziv cəmiyyət üçün bunu etməliyik- FOTO

Braziliyanın San Paulu şəhərində eşitmə məhdudiyyəti olan insanlar ilə dövlət qurumlarının əməkdaşları arasında ünsiyyəti asanlaşdırmaq məqsədilə yeni bir layihə istifadəyə verilib. Bu layihə, eşitmə məhdudiyyəti olan şəxslərin rəsmi qurumlarda ünsiyyətini rahatlaşdırmağa xidmət edir.
Layihənin əsas hissəsi — Libras Vasitəçilik Mərkəzi adlanan qurumdur. Bu mərkəz vətəndaşları Braziliya işarət dili tərcüməçiləri ilə real vaxt rejimində, videozənglər vasitəsilə birləşdirir. Nəticədə eşitmə məhdudiyyəti olan şəxslər istənilən vaxt bu xidmətdən pulsuz və effektiv şəkildə yararlana bilirlər. Xidmət həm onlayn, həm də oflayn rejimdə əlçatandır.
Bu xidmətdən istifadə üçün ən rahat vasitələrdən biri CIL-SMPED adlı tətbiqdir. Android,iOS əməliyyat sistemli smartfon və ya planşetlərə asanlıqla yüklənə bilən bu proqram, #SanPaulu şəhər rəhbərliyinin mobil operatorlarla imzaladığı sponsorluq razılaşmasına görə internet trafiki tələb etmir. Proqram təkcə vətəndaşlar üçün yox, həm də bələdiyyə işçilərinin eşitmə məhdudiyyətli insanlarla ünsiyyətini təmin etmək məqsədilə nəzərdə tutulub.
Bundan əlavə, şəhər üzrə 700-dən çox xidmət nöqtəsi fəaliyyət göstərir. Bu məntəqələr eşitmə məhdudiyyəti olan vətəndaşların, bələdiyyə əməkdaşlarının və tərcüməçilərin rahat və əlçatan formada bir araya gəlməsinə şərait yaradır. Fiziki Xidmət Nöqtələri əsas ictimai məkanlarda quraşdırıldığından kömək ehtiyacı olan şəxslər istənilən vaxt bu imkandan yararlana bilirlər. Bu eşitmə məhdudiyyətlə şəxslərində xidmətlərə çıxışını asanlaşdırır.
Aqil Məmmədov, ekspert
Избранный
10
news365.az

1Источники