Bakı, 14 yanvar, AZƏRTAC
“Neftçi” komandasında ayrılıq reallaşıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi fransalı futbolçu Kilan Lebonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin yanvarında transfer olunmuş K. Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib və 6 qolla yadda qalıb.