RU

Ermənistan-ABŞ strateji tərəfdaşlığı Cənubi Qafqazdakı mövcud status-kvoya nə vəd edir?

Bu gün ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması gözlənilir.

 

Bəs İrəvanın ABŞ və digər Qərb ölkələri ilə oxşar məzmunlu əməkdaşlığı Cənubi Qafqazdakı mövcud status-kvoya təsir göstərə bilərmi?

 

Moderator.az-a açıqlama verən siaysi şərhçi Elxan Şahinoğlu mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtonda işgüzar səfəri və burada dövlət katibi Entoni Blinken və digər rəsmilərlə görüşü ilk baxışdan məntiqsiz görünür. Çünki bu görüşdən bir neçə gün sonra Entoni Blinkeni dövlət katibi postunda bir başqası əvəz edəcək. Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra dövlət postları vəzifələrini yeni simalar tutacaq. Belə olan halda Ararat Mirzoyanın köhnələrlə görüş məqsədilə Vaşinqtona səfərinin mənası nədir?

Daha əvvəl belə bir xəbər yayılmışdı ki, ABŞ Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdırır. Ancaq Dövlət Departamenti bu xəbəri təsdiq etməmişdi. Halbuki, Ararat Mirzoyan sənədin müzakirəsi üçün görüşlər keçiriləcəyinə eyham vurmuşdu. Demək, sazişin imzalanması üçün intensiv iş gedirmiş.

 

İrəvan Brüssel və Vaşinqtonla strateji tərəfdaşlığı gücləndirməklə özünü Rusiya təhlükəsindən sığortalamağa çalışır. Yəqin baş nazir Nikol Paşinyan yaxın müddətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıacağını bəyan etməyə hazırlaşır. Ermənistan hökuməti eyni zamanda Brüssel və Vaşinqtonla yaxınlaşmaqla Avropa İttifaqı və ABŞ-ın Azərbaycanla əlaqələrinə mənfi təsir etməyə çalışır. Biz İrəvanın bu oyununu pozmağa çalışmalıyıq”.

 

Seymur ƏLİYEV

Избранный
10
50
moderator.az

10Источники