Dünyanın ən varlı aşpazı o oldu – Sərvəti 880 milyon funt sterlinqdir
Alan Vonq, məşhur aşpazlar Ceymi Oliver və Qordon Ramzinin ümumi sərvətini üstələyən heyrətamiz sərvəti ilə dünyanın ən varlı aşpazı elan edilib. Yeniavaz.com xarici KIV-ə istinadla xəbər verir ki, Tokio əsilli aşpazın sərvəti 880 milyon funt sterlinq qiymətləndirilib. “Hell's Kitchen” əfsanəsi Qordon Ramzi 180 milyon funt-sterlinq sərvəti ilə dünyanın ikinci ən varlı aşpazı seçilib. 49 yaşlı Ceymi Oliver isə 164 milyon funt-sterlinq sərvəti ilə qlobal siyahıda üçüncü olub. Yapon-Amerikalı aşpaz yerli inqredientlərin ənənəvi reseptlərlə birləşməsini populyarlaşdıraraq, ənənəvi Havay mətbəxi ilə kulinariya simvoluna çevrilib.