Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ cavab verib.
“Cebheinfo.az” xəbər verir ki, Baxçalı Özəlin növbədənkənar seçki çağırışı barədə danışıb.
O, prezident və parlament seçkilərinin nəzərdə tutulduğu vaxtda keçiriləcəyini söyləyib:
“Özgür bəy "erkən seçki qərarı alaq" deyir, sanki bazara çıxıb kartof-soğan alır. Özgür bəy, burax bu işləri, hesabını-kitabını seçkilərin zamanında keçirilməsinə görə planla və hazırlaş.
Seçkilərin erkən keçirilməsindən söhbət getmir, buna ehtiyac da yoxdur”.