Yurgen Klopp karyerasını bitirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Yenisabah.az Daily Mail-ə istinadla xəbər verir ki, o belə bir fikirdə olmadığını deyib.
Hazırda “Red Bull” şirkətinin idman bölməsinə rəhbərlik edən Klopp məşqçi kimi işinə davam etməyə hazır olduğunu qeyd edib:
“Red Bull”da məşqçi olmayacağam. Amma bu o demək deyil ki, məşqçilik karyeramı bitirmişəm. Yaxşı layihə olsa, çalışaram”.
Telegram kanalımız