RU

Azərbaycan bu dini icmaya İLK DƏFƏ pul ayrıldı

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda fəaliyyət göstərən dini icmalara maliyyə yardımı ayrılıb.

Modern.az-ın məlumatına görə, icmalara ayrılan yardımın ümumi məbləği 5.5 milyon manata yaxındır.

Maliyyə yardımı ayrılan icmalardan biri xüsusi diqqət çəkib.

Belə ki, Sefarad yəhudilərinin Bakı dini icmasına maliyyə yardımı ayrılıb. Yardımın məbləği 350 min manatdır.

Qeyd edək ki, "sefarat" ivrit dilində "sfarat" sözündən yaranıb və İspaniya mənasına gəlməkdədir. İspaniya (həmçinin Portuqaliya), Şimali Afrika və Yaxın Şərq ölkələrinə köç edən yəhudilər bu cür adlanır. 

 

Избранный
4
1
modern.az

2Источники