BAKI/16.09.10/TURAN: ARDNŞ-nin Gürcüstanın Kulevi limanındakı Qara dəniz terminalı (BST Ltd) öz inkişafında yeni səviyyəyə çatıb. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatına görə, 13 sentyabrda yükdaşınma həcmi ilk dəfə 6 mln ton neft və neft məhsulları səviyyəsinə çatıb. 2010-cu ilin 8 ayında yük daşınması həcmi 2,4 mln tona çatıb. Bu, ötən ilin analoji dövründəkindən 50% çoxdur. Qeyd edək ki, bu ilin mayından Kulevi terminalından Qazaxıstanın `Tenqiz` yatağından çıxarılan neft də daşınır. --0-
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта