RU

Daha bir ölkə “Bitcoin”ə yaşıl işıq yandırdı

Tayland Qiymətli Kağızlar və Birja Komissiyası ("SEC") spot “Bitcoin” ETF-lərinin yaradılmasına icazə vermək və onların yerli birjalarda siyahıya alınmasını nəzərdən keçirir.

Valyuta.az-ın məlumatına görə, ABŞ 2024-cü ilin yanvar ayında spot “Bitcoin” ETF-lərinə rəsmi təsdiq verərək mühüm bir mərhələni gerçəkləşdirdi və bu addımı ilə bütün dünyaya nümunə oldu. Bu təşəbbüsün ardınca Honkonq da spot “Bitcoin” ETF-lərini təsdiqlədi. İndi isə Taylanddan müsbət xəbər gəlib.

Tayland "SEC" spot “Bitcoin” ETF-lərinə icazə verməyi və onların həm fərdi, həm də institusional investorlar üçün yerli bazarda mövcud olmasını təmin etməyi planlaşdırır. Komissiyanın baş katibi Pornanong Budsaratragoon bildirib ki, bu tənzimləmə investorların bitkoinə birbaşa çıxışını asanlaşdırmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, Tayland "SEC" daha əvvəl institusional investorlar üçün xarici “Bitcoin” ETF-lərinə sərmayə qoymağa imkan verən bir yerli fondu təsdiqləmişdi.

Əvəz Həsənov

Избранный
4
valyuta.az

1Источники