Azərbaycan parlamenti əhalinin qorunan bank əmanətlərinin maksimal həcmini artırmaqda maraqlıdır. Biz ölkənin bank sektorunun nümayəndələri ilə əhalinin qorunan əmanətlərinin həcminin 50 min manata qədər artırılması məsələsini müzakirə etməyə hazırıq”, - deyə Z.Səmədzadə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşdə bildirib. Hazırda ölkədə qorunan bank əmanətlərinin məbləği illik 10%-lə 30 min manata qədər təşkil edir. Deputatın sözlərinə görə, 2009-cu ilə kimi əhalinin qorunan bank əmanətlərinin limiti 5 dəfə - 30 min manata qədər artırılıb. --17D—