RU

DGK sədri Qusarda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 15 yanvar, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov yanvarın 22-də saat 10:00-da Qusar rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) Qusar, Quba, Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşəcək.

DGK-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Qusar, Quba və Xaçmaz rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195 Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq tövsiyə olunur.

Избранный
8
5
azertag.az

7Источники