RU

Rusiya mülki təyyarələri vurur - baş nazir

Rusiya dünya hava yollarına zərər vermək istəyir. Bunu Polşanın baş naziri Donald Tusk  Kiyevdə olarkən bəyan edib.
 
Dialog.UA  verdiyi məlumata görə, Rusiya Polşa və digər ölkələrə qarşı hava terroru planlaşdırır. Polşa baş naziri təfərrüatlara varmasa da, Moskvanın bütün Qərbə qarşı müharibə apardığını vurğulayıb.

"Mən detallara varmayacağam, amma təsdiq edə bilərəm ki, Rusiya hava yollarına qarşı terror aktları... bütün dünya üzrə planlaşdırır. Bu diversiya aktları Rusiya tərəfindən bütün dünyaya qarşı, təkcə Ukraynaya deyil, elan edilən müharibənin bir versiyasıdır," –  Polşa hökumətinin başçısı bildirib.

Onun sözlərinə görə, Rusiyanın təcavüzü Qərbin birgə səylərini tələb edir. Təcavüzkara qarşı birgə cavab verilməlidir.

Mətbuat konfransında Tusk Avropanın bu müharibədə Ukraynanın qələbəsinə inandığını vurğulayıb. Tərəfdaşlar və müttəfiqlər Kiyevə Rusiyanın əsassız təcavüzünü dəf etməkdə yardım etməyə davam edəcəklər. Polşa isə bu məsələdə lider mövqeyini saxlamağa sadiqdir.
 
N.Təbrizli

www.anews.az
Избранный
14
anews.az

1Источники