RU

Atəşkəs haqqında sazişin bağlanması düzgün və zəruri addımdır - İsrail Prezidenti

Qəzza zolağında atəşkəs haqqında sazişin bağlanması və girovların azad edilməsi düzgün və zəruri addımdır.

APA xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq xalqa müraciəti zamanı bildirib.

O qeyd edib ki, indi münaqişə tərəfləri bu addımı atmağa və vəziyyəti düzəltməyə borcludurlar.

“Mən İsrailin Prezidenti kimi birmənalı şəkildə deyirəm: bu düzgün addımdır, bu mühüm addımdır, bu zəruri addımdır”, - Hersoq qeyd edib.

Избранный
18
7
azpolitika.info

8Источники