RU

Türkiyədə dəhşətli hadisə - ölənlərin sayı 34-ə çatdı

Saxta spirtli içkilər insanları öldürməyə davam edir. İstanbul Valiliyi son 48 saatda 23 nəfərin həyatını itirdiyini açıqlayıb. Yanvarın 1-dən indiyədək saxta spirtli içkilərdən istifadə nəticəsində dünyasını dəyişənlərin sayı 34-ə çatıb. 32 nəfər reanimasiyadadır...

Saxta spirtli içkilərdən istifadə nəticəsində ölənlərin sayı hər saat artır. Xüsusilə İstanbuldan ölüm xəbərləri bir-birinin ardınca gəlir. İstanbul Valiliyi İstanbulda son 48 saatda saxta spirtli içkidən istifadə nəticəsində 23 nəfərin həyatını itirdiyini açıqlayıb. İstanbul Qubernatorluğu tərəfindən edilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib: "13 Yanvar 2025-ci il Bazar ertəsindən etibarən İstanbulun hər yerində saxta spirtli içkilərin istifadəsi səbəbindən zəhərlənmə hallarında ciddi artım müşahidə olunur. Son 48 saat ərzində ümumilikdə 66 spirtli içkidən zəhərlənmə hadisəsi baş verib, zəhərlənənlərdən 23-ü dünyasını dəyişib, 32 intubasiya olunmuş xəstənin reanimasiya şöbələrində müalicəsi davam etdirilir."

Избранный
19
news365.az

1Источники