ABŞ prezidenti postunu tərk edən Co Bayden ölkə konstitusiyasına dəyişikliklərə çağırıb...
Poliqon xəbər verir ki, Bayden bu barədə fikirlərini xalqa vida televiziya müraciətində dilə gətirib. Baydenin fikrincə, dıyişiklik qanunu pozan prezidentlərin və keçmiş dövlət başçılarının mühakimə olunmasına imkan verməlidir.
Qeyd edək ki, Bayden prezident postunu yanvarın 20-də Donald Trampa təhvil verəcək.
“Biz heç kimin vəzifədə olarkən törədilmiş cinayətlərdən immunitetə malik olmadığını aydınlaşdırmaq üçün konstitutsiyaya düzəliş etməliyik”, deyə Bayden müraciətində bildirib. O qeyd edib ki, ABŞ-də prezident hakimiyyəti mütləq deyil və olmamalıdır.
Atırladaq ki, ABŞ Demokrat Partiyasının nümayəndəsi Co Bayden 2020-ci il seçkilərində o vaxt yenidən seçilmək istəyən Respublikaçı Donald Trampı məğlub edib. Tramp məğlubiyyətini etiraf etməyib və səsvermənin nəticələrini mübahisələndirib.
6 yanvar 2021-ci ildə Vaşinqtonda onu dəstəkləmək üçün mitinq üçün toplaşan respublikaçı tərəfdarlar Seçicilər Kollegiyasının səsvermə nəticələrini təsdiq etməsinə mane olmaq üçün Konqresin binasına basqın ediblər. Konqresdəki Demokratlar daha sonra Trampı üsyana təhrik etməkdə günahlandırdılar və o vaxta qədər hakimiyyəti Baydenə təhvil verməsinə baxmayaraq, onu iki dəfə impiçment etməyə çalışıblar. Donald Tramp Senat tərəfindən bəraət alıb.
Poliqon.info