RU

"Turanbank"ın əməliyyat mənfəəti 3 dəfədən çox artıb

"Turanbank" ASC 2024-cü ili 2 milyon 496 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2023-cü ili, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara vəsait ayırdığı üçün 9 milyon 888 min manat xalis zərər ilə bağlamışdı.

Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 110 milyon 746 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 86 milyon 343 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 403 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 21 milyon 907 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Turanbank"ın cəmi əməliyyat gəlirləri 91 milyon 970 min manat, cəmi əməliyyat xərcləri 84 milyon 349 min manat, əməliyyat mənfəəti 7 milyon 621 min manat təşkil etmişdi. Bank 17 milyon 510 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı. 

Ötən il "Turanbank"ın faiz gəlirləri 8 milyon 985 min manat və ya 11,2%, qeyri-faiz gəlirləri 9 milyon 735 min manat və ya 84,2% artıb. Ötən il Bankın əməliyyat mənfəəti 3,2 dəfə artıb. Bankın gəlirlərinin artması ilə bərabər, xərclərin daha az artması bu böyük artıma səbəb olub. 

Xəbər yenilənəcək...

Избранный
16
marja.az

1Источники