RU

ÜST: Qəzzanın böyük miqdarda tibbi yardıma ehtiyacı var

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfdaşları ilə birlikdə Qəzza zolağına tibbi dəstəyi genişləndirməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində yazıb.

"Qəzza zolağında səhiyyə ehtiyacları böyük olaraq qalır. ÜST tərəfdaşları ilə birlikdə (regiona - red.) dəstəyini artırmağa hazırdır", - paylaşımda qeyd edilir.

Qebreyesus həmçinin ümid etdiyini bildirib ki, İsrail-HƏMAS razılaşmasına əməl ediləcək və tərəflər münaqişənin uzunmüddətli həlli istiqamətində çalışacaqlar.

Избранный
9
2
report.az

1Источники