RU

Mask İranda saxlanılan italyan jurnalistin azad olunmasına kömək edib

Amerikalı multimilyarder İlon Mask italyan jurnalist Sesiliya Salanı İran həbsxanasından azad etməyə kömək edib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, jurnalistin yaxınları kömək üçün Maska müraciət ediblər. Nəşrin mənbələrinə görə, iş adamı İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani ilə əlaqə yaradıb. Danışıqlardan sonra Sala sərbəst buraxılıb. Eyni zamanda ABŞ hakimiyyətinin tələbi ilə İtaliyada saxlanılan iranlı mühəndis Məhəmməd Abedin də sərbəst buraxılıb.

Məqalədə qeyd olunur ki, danışıqların bütün iştirakçıları, eləcə də jurnalistin ailəsi azadlığa buraxılması ilə bağlı heç bir təfərrüat vermir.

Poliqon.info

Избранный
20
2
poliqon.info

3Источники